06 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Hümbət Quliyev: Nar payı

2 il əvvəl 567 01

Hümbət Quliyev:

Nar payı

(novella)

Moskva aeroportunun binasından çölə çıxanda onun hər əlində bir yük var idi. Bir əlində həmişə məzunyyətə götürdüyü çanta, bir əlində isə yonulmuş taxtalardan xüsusi düzəldilmiş və narlarla dolu yeşik- çanta. O, Moskvaya getdiyini biləndə, oz doktorantı Sergey Maslovdan soruşmuşdu ki;- Azərbaycandan sənə nə gətirim?

Sergey onun rəhbəri olduğu kafedrada olmuşdu, Bakını gəzmişdi və azərbaycan təamlarını dadmışdı. Sırf işgüzar münasibətlərlə yanaşı bu cavan rus alimi ilə xoş insani münasibətləri də yaranmışdı. Bu gənc Moskvada fəaliyyət göstərən məşhur alimləri qoyub ondan xahiş etmişdi ki, məhz o, professor Tofiq Səlimov onun elmi rəhbəri olsun.

Serqey ondan anası üçün bir neçə nar gətirməyi xahiş etmişdi. Demişdi ki, anasında qanazlığı var və həkimlər nar meyvəsini məsləhət görüblər.

Hansı azərbaycanlı sovqat kimi bir neçə nar aparar, azərbaycanlı üçün sovqat elə yeşik boyda olmalıdır.

Qarşısına çıxan ilk taksi sürücüsünə ayrıca kağızda yazılmış ünvan verdi.

Qərara almışdı ki, ilk olaraq aparıb nar sovqatını Sergeyə versin və sonra onun üçün artıq sifariş olunmuş mehmanxanaya getsin.

Rus taksi sürücüsü əvvəl ünvana sonra onun üzünə baxıb,

soruşdu:

-azərbaycanlısınız?

- Bəli, o, rusca cavab verdi. Onun tələbəçiliyi, aspirantura dövrü Moskvada keçmişdi, rus dilini yaxşı bilirdi. Düzdü, əlavə də rahat dörd dildə öz sahəsi üzrə müxtəlif ölkələrdə mühazirələr oxuyurdu.

Taksi sürücüsü dedi: - qulaq asın, bu ünvan bura çox yaxındır, bax o dayanan trolleybus ilə cəmi iki dayanacaq getməli olacaqsınız. İstənilən taksi sürücüsü sizin naşılığınızdan istifadə edib, Moskvanın yarısını gəzdirib sizi bu ünvana çatdıracaq.

O, diqqətlə sürücüyə baxıb, dostcasına soruşdu:- siz bunu niyə etmədiniz?

Bilirsiniz, başqası ilə yəqin ki, mən də edərdim, amma siz azərbaycanlılara ermənilərə Qarabağ müharibəsindəki qalibiyyətinizdən sonra xüsusi simpatiyam yaranıb. Əhsən sizin millətə! Mənim üçün millətlər eynidir,amma ermənilər burada, Moskvada, müharibəyə kimi özlərini ağa kimi aparırdılar. Bizi inandırmağa çalışırdılar ki, ruslara dini, mədəniyyəti onlar gətiriblər.

Tovuz quşu kimi təkəbbürlü gəzirdilər, özlərini dünyanın məğlubedilməz milləti sayırdılar. Biz də az qala inanmışdıq ki, ermənilər cəsur döyüşçülər, azərbaycanlılar isə puldan başqa heç nəyi görməyən alverçilərdir.

Sizin əsgərlərin döyüşlərdə misilsiz şücaəti, mərdliyi haqda oxudum.

Sizin xüsusi xidmətlilərinizin alınmaz sayılan Şuşa qalasının sıldırım qayalıqlarını dəf edib, güllə yağışı altında yalnız bıçaq və yüngül silahlarla əlbəyaxa döyüşlərdə qalib çıxması sadəcə əfsanədir.

Bir ingilis jurnalisti Xankəndi hospitalına Şuşa döyüşlərindən gətirilən erməni əsgərlərinin üz- gözlərindəki zədələrdən və bədənlərindəki bıçaq yaralarından savayı gözlərindəki dəhşətli qorxu hissini də görmüşdü. Erməniləri yaraları yox, azərbaycanlıların ağlasığmaz şücaətləri şoka salmışdı.

Və həkimlər nə qədər də ermənilərə ağrıkəsicilər və güclü sakitləşdiricilər vursalar da o qorxunu canlarından çıxara bilmirdilər, onlar elə bil göylərdən enmiş mifik qanadlı döyüşçülərlə qarşılaşmışdılar. Azərbaycan oğullarının cəsur baxışlarından ermənilərin iradələri süstləşmiş, ümidsizlik təfəkkürlərinə hakim kəsilmişdi…

İngilisin yazdığına görə yaralı ermənilərin dilləri belə söz tutmurdu, arada onlardan yalnız anlaşılmaz səslər çıxırdı.

Rus gülərək əlavə etdi:- indi daha buralarda ermənilər əvvəlki kimi dik gəzmirlər, başqa millətlərlə ünsiyyətə də girmirlər, sizlərin adı çəkilən kimi isə, tez sivişib aradan çıxırlar.

O, rusla sağollaşıb, başını dik tutaraq, şəstlə aralıda dayanan trolleybusa tərəf getdi.

Əlindəki yeşiyə görə trollebusa arxa qapıdan minib, məhəccərdən tutub dayandı. Trolleybus yola düşdü. Heyif ki, Bakıdan tramvayları, trolleybusları yığışdırdılar, - fikrindən keçdi.

Moskvada keçirtdiyi illəri xatırladı.

Qadın səsi onu fikirdən ayırdı.

- Biletinizi göstərin.

Bu konduktor xanım idi.

- Mən indi mindim, biletin qiymətini zəhmət olmasa deyin, mən alım.

O, əlini yan döş cibinə salıb pul qabını çıxartdı, sevindi ki, keçən dəfəki səfərdən qalan rus pullarını özü ilə götürmüşdü.

Qadın əvvəl ona, sonra onun narlar görünən yeşik-çantasına baxdı.

-Yeşik icazə verilən ölçülərə uyğun deyil, onun da qiymətini ikiqat ödəməlisiniz.

- Problem yox, mən ödəyərəm.

- Əlbəttə sizin probleminiz yoxdur, qadın səsini ucaltdı. Problem bizimdir, hərə bir tərəfdən tökülüşüb gəlib, bizim hesabımıza da pul qazanırlar. Hamısı da alverçidir, yəqin siz də satmağa gətirmisiniz meyvələrinizi?

O, təmkinlə dedi:- burada nə pis iş var ki? Siz də bizim kimi meyvə, tərəvəz satıb pul qazana bilərsiniz, amma bunun üçün səhər saat dörddə durub topdansatış mərkəzlərinə getməlisiniz ki, saat səkkizdə piştaxtalarda sizlər üçün tər meyvə-tərəvəz olsun.

Ancaq siz yuxunuza haram qatıb səhər dörddə dura bilməzsiniz. Saatlarla o piştaxtaların da arxasında dayanmağa hövsələniz çatmaz.

Bu şəhərin büdcəsinə də meyvə satanlar vergi ödəyirlər, həmən vergilərdən hamınız bəhrələnirsiniz.

- Bilmirəm kim bəhrələnir, təqaüdçülərə, az imkanlılara nəsə az çatır.

- Baxın, alverçilər dediyiniz, elə həmən təqaüdçülərin, az imkanlıların evlərində qalıb onlara yaxşı kirayə pulu ödəyib, onların maddi vəziyyətlərinə də dəstək olurlar axı.

Əmin olun ki, həmin azərbaycanlılar hər axşam öz “ babulyalarına” ayrıca meyvə- tərəvəz payı gətirir, onların hər bir işlərinə də köməkçi olurlar. Vitaminlə qidalanan və yaxşı qayğı görən o insanlar həyatlarını məmnun davam etdirirlər.

Arxa oturacaqda oturan bir yaşlı rus kişi konduktora dönüb dedi; -bu azərbaycanlı alverçi lap alim kimi danışdı və mən də onun dediklərini təsdiqləyirəm. Bir azərbaycanlı da mənim evimdə qalır. Mənim balalarım köçüb xaricə gediblər, nadir hallarda zəng edərlər, amma o, mənə oğlumun göstərmədiyi qayğını göstərir.

Konduktor dinməz pulunu alıb geri qayıtdı.

Ünvandakı ev düşdüyü trolleybus dayanacağı ilə lap üzbə-üz idi.

Sergey elmi rəhbərinin gəlişinə heyrətləndi,

- professor, təyyarə vaxtını niyə xəbər vermədiniz, mən sizi məmnuniyyətlə qarşılayardım.

- Seryoja, təyyarələrin uçuş vaxtı tez- tez dəyişir, elə o səbəbdən səni narahar etmək istəmədim.

Sergey evdə tək idi.

- Seryoja, anan haradadır, mən onun üçün gözəl Göyçay narları gətirmişəm.

- Anam işdədir, o, saatına baxdı, bir azdan növbəsi qurtarır.

Onlar qonaq otağına keçdilər.

- Sən iri qablar və bir iti bıçaq gətir, mən sənə nar kəsməyi öyrədəcəyəm.

Sergey dolabdan iri bir qab götürüb masanın üzərinə qoydu.

- İndi bıçaq və digər qabları mətbəxdən gətirərəm deyib, otaqdan çıxdı.

O, yeşikdən çıxardığı narlarla böyük qabı doldurdu.

Serqey geri qayıdıb, qab dolu narlara baxıb dedi:- professor, niyə özünüzə belə əziyyət vermisiniz?

- Nə əziyyət? Elə bilirsən mən Bakıdan bura piyada gəlmişəm?

Seryoja, məni təyyarə gətirib, əziyyəti də o çəkib. Bunu deyib o, öz zarafatına, özü də ürəkdən güldü.

Bax, öyrən, Seryoja, o bıçağı əlinə alıb götürdüyü bir narı kəsməyə başladı. Əvvəl narın tacı kəsilir. Bilirsən də bu meyvənin niyə tacı var? Çünki, nar meyvələrin şahıdır. Sonradan krallar və şahlar da öz taclarını, narın tacına uyğun düzəltdirdilər.

O, bıçağın iti ucu ilə narın qabığını xüsusi yerlərdə çərtdi və narı gül kimi açıb boşqaba qoydu.

- Fikir ver, narın bir dənəsi də zədələnmədi!

Sergey möcüzəli tamaşaya baxırmış kimi qeyri- ixtiyari olaraq əl çaldı, - bravo, professor.

Qapının zəngi çalındı, Serqey ayağa qalxdı,- nə gözəl oldu, siz getməmiş, anam da gəldi, o da çox sevinəcək.

O, qapının açıldığını və Sergeylə anasının dəhlizdə dialoqunu eşitdi.

- Ana, inanılmazdır, dünyanın ən məşhur riyaziyyatçılarından biri, dünyanın onlarla akademiyasının həqiqi üzvü , nəhəng təfəkkür sahibi professor Tofiq Səlimov bizdədir. O, sabah bizim akademiyada mühazirə oxuyacaq, birisi gün Yaponiyaya uçur. Onun mühazirələri dünyanın qabaqcıl təhsil mərkəzlərində iki il qabağa artıq planlaşdırılıb.

Bütün elmi titullarına baxmayaraq, bu sadə insan sənə nar gətirib, özü də bir yeşik!

Gəl səni onunla tanış edim.

Onların gəldiyini hiss edib o, ayağa qalxıb qapıya tərəf getdi.

Dəhlizdə o, Serqeyin anası ilə qarşı- qarşıya gəldi. Bir-birini görcək ikisi də duruxub dayandılar.

O, qarşısında bayaq trolleybusda olan konduktoru, ona irad bildirən bilet satan qadını görürdü. Qadın da onu görüb bir anlıq özünü itirdi.

Sergey bir- birinə lal baxşlarla baxan insanlara gözünü zilləyib soruşdu: - Siz bir- birinizi tanıyırsınız?

Birinci o dilləndi, - yox tanış deyilik.

Sergeyin anası onun ardınca dilləndi, - sizinlə trolleybusda qarşılaşmamışıq, elə bil sizi görmüşəm axı?

-Yox, mən yüz ildir ki, trolleybusa minmirəm, bura da taksi ilə gəlmişəm.

Azərbaycanlılar da hamısı bir birinə oxşayır, deyib o, gülümsədi.

Saatına baxıb ;-mən artıq getməliyəm, dedi.

- Heç çay da içməyəcəksiniz?

- Gələn dəfə mütləq içərik.

O, masanın üstündəki narlardan birini götürüb Sergeyin anasına uzadıb dedi: - biz azərbaycanlılarda belə bir adət var, nar verdiyimiz insana arzulayırıq ki, həmin insanın yaxşı keyfiyyətlərinin sayı narın içindəki dənələr qədər olsun.

Bu nar günəş enerjisi və xeyirli maddələrlə doludur və inanıram ki, sizin sağlamlığınızda olan problemləri bu gözəl azərbaycan meyvəsi mütləq aradan götürəcək.

İnsanı sağaltmaq bizim nar üçün biz riyaziyyatçılar demiş, iki vur iki kimi bir şeydir.

Serqeyin anası qonaq gedəndən sonra hələ uzun müddət kəsilmiş narın dənələrinin gözəl düzülüşünə susaraq baxdı…

Hümbət Həsənoğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 1 həftə əvvəl

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

John Doe 2 həftə əvvəl

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 4 həftə əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 1 ay əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 1 ay əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasın...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
• İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb}

İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəst...

28 may 2026 15:40:04
• İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib}

İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri ist...

28 may 2026 15:29:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com