100 yaşlı ananın yubiley tədbiri
Bir əsrin hekayəsi
Masallı rayonunun Birinci Yeddioymaq kənd sakini Salayeva Xanımnənə Qulam qızının anadan olmasının 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. İştirakçıların yaddaşında dərin iz qoyan bu əlamətdar gün ailə dəyərlərinə, ana gücə və uzunömürlülüyün mənəvi sirrinə həsr olunub.
Yubilyarın övladları, nəvə-nəticələri, yaxın qohumları ilə yanaşı, iş və sənət adamları, ağsaqqal və ziyalılar, digər qonaqların qatıldığı tədbirdəki çıxışlar zamanı Xanımna ana tək bir ailənin deyil, bütünlükdə kəndin və nəslin mənəvi dayağı kimi qiymətləndirilib. Qeyd olunub ki, o, yalnız keçmişi xatırladan bir ömür yolu deyil, bu günü mənalandıran, gənc nəslə həyat dərsi olan canlı bir hikmət mənbəyidir.
Bildirilib ki, alın tərinin nuru ilə aydınlanan, zəhmətkeşliyi və mərdanəliyi ilə seçilən Xanımnənə ananın keşməkeşli, hadisə ilə dolu həyatı sevgiylə ucalan, səbr və təmkinlə döyüşən bir əsrlik ömür hekayəsidir. Onun həyat təcrübəsi, ailəsinə və övladlarına göstərdiyi qayğı, insani inkişaf bu gün də örnək kimi. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, üzərimizdə böyük haqqı olan ana və atalarımıza sevgi, hörmət və qayğı hər bir insanın ən vacib əxlaqi borclarındandır.
Tədbir çərçivəsində yubilyara təbriklər verilib, xatirə hədiyyələri təqdim olunub. Xanımna ana növbəsində diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib, həyat yolundan süzülüb gələn sadə, lakin dərin mənalı materiallarla maraqlı xatirələri bölüşüb.
Bayram ab-havasında davam edən tədbirdə Xanımnənə ananın timsalında bütün analara həsr olunmuş şeirlər səsləndirilib, kövrək və ruhlandırıcı nəğmələr ifa edilib. 100 yaşlı yubilyarla birlikdə rəqs bu unudulmaz günü böyük sevinc və xoş ovqatla qeyd olunur.
Akif AĞAYEV
video-foto: Elsevər Əliyev, Faiq Mirzə, Emil Nuri

















































03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.