06 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: AFFA-ya iddialı qüvvələr ciddi düşünməlidir

2 il əvvəl 629 01

Tahir Süleymanov:

AFFA-ya iddialı qüvvələr ciddi düşünməlidir

Milli komandaya baş məşqçi seçim(lər)i ilə bağlı AFFA-da İşçi Qrupu yaradılıb. Bu, iş çiyliyinin əyani təzahürü, məqsədli gedişləri, İşçi Qrupu adı altında bəlli qrupun sükanı əldə saxlamaq cəhdidir. Tərkibə nəzər yetirək:

1. Elşad Nəsirov - v.-prez./İc. Kom. üzvü

2. Vaqif Sadıqov - v.-prez./İc. Kom. üzvü

3. Sərxan Hacıyev - baş katib

4. Elxan Səmədov - PFL prez.

5. Zaur Axundov - İc. Kom. üzvü

Müqaviləsi bitmiş(!) De Byazinin məsələsi ilə bağlı AFFA İcraiyyə Komitəsinin, futbol ictimaiyyətini sakitləşdirməyə yönələn və tələm-tələsik keçirilən toplantı ilə bağlı fikirlər çox bildirilib. Təkralığa ehtiyac yoxdur, sakitliyi təmin etməklə yanaşı manevr etmək, vaxt udmaq imkanları qazanıldı...

Federasiyada idarəçilik çatları əmələ gəldiyi üçün, Icraiyyə Komitəsi yekdil qərar qəbul edə bilmir. İllərdi kor-koranə əl qaldıranlar əl qaldırmaq istəmir artıq. Bu, futbolu düşünmək anlamına gəlməməlidir, özlərini qorumaq, sabah Bakı küləyinin hansı istiqamətə əsəcəyi "mövqe"yi düşüncəsidir.

Kabinet oyunlarında pərgar olan dağıdıcı qrupa sərf edilən, yerində həlli mümkün olmayan məqamda İşçi Qrupunun yaradılması qərarı sonradan növbəti həmlə ilə müdaxilələrə şərait yaradır. Toplantıdan sonra açıqlama: - "İşçi Qrupunun tərkibi İK üzvləri ilə yanaşı kənardan da nümayəndələrlə formalaşdırılacaq".

Reallıq fərqli mənzərə yaradır və açıq hiss olunur ki, namizədlər "seçimində" çox düşünülüb". İşçi Qrupuna "kənar"dan cəlb edilənlər Sərxan Hacıyevlə, Elxan Səmədovdur. AFFA sistemində baş katib tarixən, bu tipli məsələlərdə, vəzifəsinə uyğun, ən azı əlaqələndirici rol oynayır/oynamalıdırsa, PFL prezidentinin milli komanda seçimlərinə nə aidiyyatı var?! Yəqin ki, ehtiyac duyulsa, ölkə futbolunun inkişafı naminə Məşqçilər və Klublar komitələri də öz qızıldan qiymətli təkliflərini İşçi Qrupuna təqdim edəcəklər.

İşçi Qrupunun tərkibi nəyi göstərir? İdeoloji mərkəz tərəfindən İK ofsayda salınıb, özlərinə sərfəli minimum 3 üzv qrupda yer alır. Futbol klanına daxil olan, hələ ki, Fransadan Azərbaycana qonaq, FİFA nümayəndə heyətinin üzvü qismində təşrif buyuran Elxan Məmmədov İşçi Qrupunda üstünlük qazanıb artıq. Digər üzvlər isə, bilərəkdən/bilməyərəkdən

labirintə, tələyə salınıb. Əvvəlki illərdə baş məşqçi seçimləri ilə baş katiblikdən şablon cavab verilirdi:-"Bu məsələlər Icraiyyə Komitəsinə aiddir". İndi isə, azlıqda qalan, səsvermədə üstünlük qazanmaq şansları belə olmayan Sərxan Hacıyev və Elxan Səmədov, bu manevrdən məqsədli şəkildə məhrum edilib. Onsuz da İK toplantılarında daimi "səs"sizliklə iştirak edən baş katib, PFL prezidenti oyuna salınıb. Prinsipiallıq nümayişi və ya kimlər üçünsə "oyunçu" rolunu oynayacaqlarını zaman göstərəcək...

Bataqlığa sürüktlənmiş Azərbaycan futbolunun strateji/faktiki qalaq-qalaq yığılmış problemləri başdan aşdığı vaxtda, bu "oyun"ların məqsədi/məramı nədir? Növbəti Hesabat-Seçki Konfransına sayılı aylar qalıb. Getdikcə iddiaçılar kövrək addımlarla üzə çıxmağa, görünən/görünməyən təbliğat mexanizmini işə salmağa çalışırlar. Unutmamalıdırlar, əks tərəfdə, illəri bir-birinə calayan "qurdlar vadisi"dir. Nisbi zəifləsələr də, sona kimi "silahı" yerə qoymayacaqlar.

Zəifləmişlər qarşısındakıları o qədər zəif bilirlər ki, çox bəsit gedişlər edilir. "Birinci sinif" səviyyəsində atılan addımlar indiki durumu şərtləndirir. AFFA-ya iddialı qüvvələr ciddi düşünməlidir. Tək səlahiyyət, vəzifə, imkanlar yetərli deyil. Qarşı(nız)da təcrübəli kabinet oyunçuları mövcuddur. Futbolu oynaya bilməsələr də, belə "oyunlarda" ustadırlar. Qarşılarında daha zəif rəqiblər gördükdə, daha da qızışırlar. Kimlərsə bir sərəncamla məsələlərin həll ediləcəyini düşünürsə - yanılır.

Tələm-tələsik baş məşqçi seçimi nəyə/kim(lər)ə sərf edir? Birmənalı olaraq, futbol düşünülmür. Federasiyada strateji post uğrunda çarpışma, konfransöncəsi nüfuz, mövqe savaşı, yaxın gələcəyə hesablanan futbolətrafı mübarizədir. "Köhnə"lər AFFA-da önəmli vəzifələri itirəcəyi halda belə, "yeni"lərin rəhbərliyi dövründə milliyə təsir qüvvəsini saxlayıb çökdürərək, təzə gələnləri tilova salmaq düşüncəsidir. Hazırda bu mərhələ gündəmdə deyil, məqsəd, mövcud "rıçaq"ları əldə saxlayıb AFFA-nı özləri üçün qorumaqdır.

İddiaçılar geniş imkanlara malik olsalar da, ideoloji/strateji baxımdan, hələ ki, uduzurlar.

Bir tərəfdən, tam görünməsələr də, qüvvələrin çoxluğu, futbol yox, qrup maraqları, pərakəndəlik, idarəçi təcrübəsizlik, niyyət fərqliliyi, digər tərəfdən, nəinki ümumi vahid komandanın, ayrı-ayrılıqda beyin mərkəzlərinin

olmaması və ya aldadıcı, əmr formatlı, güvənc, arxayınlıq.

Arif Əsədovun milli komanda ilə gələn ilin mart ayına kimi müqaviləsi qüvvədədir. Rəsmi oyunlar yox, məsuliyyət yox, namizəd futbolçulara müvəqqəti nəzarət, seçim problem yarada bilməz. Futbolda, AFFA-da, kənarda başlar baş məşqçi seçimlərinə yox, konfransa hazırlığa yönəlməlidir. İşçi Qrupu, milli müzakirələri tupik/dalan, vaxtın itirilməsi, illərdi futbolu dağıdan ideoloji qrupa xidmət etməkdir. Ayıq olun ki, aylardan sonra top əvəzi Aya baxılmasın. Əgər niyyətlərdə Azərbaycan futbolu düşünülürsə... Əks halda futbola/AFFA-ya kimlərin gəlib, kimlərin gedəcəyinin heç bir fərqi yoxdur/olmayacaq!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Fərid Qayıbov Azərbaycan idmançılarının nailiyyətlərini yüksək qiymətləndirib

Fərid Qayıbov Azərbaycan idmançılarının nailiyyətlərini yüksək qiymətləndirib

John Doe 20 saat əvvəl

“Sabahın ulduzları” turnirə start verildi +FOTO=27

“Sabahın ulduzları” turnirə start verildi +FOTO=27

John Doe 1 gün əvvəl

Braziliyada futbol matçı zamanı 15 yaşlı oyunçu güllələnib

Braziliyada futbol matçı zamanı 15 yaşlı oyunçu güllələnib

John Doe 3 gün əvvəl

Son gün, son şans və puça çıxan son ümid

Son gün, son şans və puça çıxan son ümid

John Doe 3 gün əvvəl

Azərbaycan güləşçiləri Türkiyə turnirində

Azərbaycan güləşçiləri Türkiyə turnirində

John Doe 5 gün əvvəl

Güləşçilərimiz DB-nın ikinci gününü 3 medalla başa vurublar

Güləşçilərimiz DB-nın ikinci gününü 3 medalla başa vurublar

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com