06 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət REDAKTORUN SEÇİMİ

Tahir Süleymanov: 44 "dəqiqənin" üstünə "1 dəqiqə" əlavə etmək kifayət etdi!

2 il əvvəl 782 01

Tahir Süleymanov:

44 "dəqiqənin" üstünə "1 dəqiqə" əlavə etmək kifayət etdi!

Azərbaycanın, xalqımızın faktiki, ruhən tam birləşməsi, bütövləşməsinə çox nadir hallarda rast gəlinir. Tarixboyu yaşadığımız bəlaların dərin qatlarında, bu amil əsas faktorlardan biridir. Həyatımda ilk dəfə xalqın birgə aldığı nəfəsi 20 yanvar hadisələri zamanı, şəhidlərimizin dəfn olunduğu günü müşahidə etmişəm. İnanılmaz birlik nümayişi idi... Düşüncələr rahat buraxmırdı, biz niyə ancaq hüzn günlərində bir olmalıyıq?!

Tarixi torpaqlarımızdan, Qarabağımızdan qaçan bir milyon qaçqın-köçgünümüz xalqın ürəyini parçalayırdı. Ağrılı-acılı illər keçə-keçə, artıq müstəqil Azərbaycanımız dözülməz təzyiqlər, əziyyətlər, sıxıntılar qarşısında dözdü, əyilmədi, sınmadı, ayağa qalxdı, gücləndi. Yaradan, tarixin özü, bu illər ərzində Azərbaycan xalqını sınağa çəkmişdi. Nə qədər cəhdlər edilsə də, xalqımız öz sağlam genefondunu, milli ruhunu, kimliyini unutmadı, itirmədi, qorudu...

Möhtəşəm yeni nəsil, müstəqil gəncliyimiz yetişdi/yetişdirildi. Azərbaycan xalqı qəm-qüssəni, mənəvi sarsıntıları, məğlub psixologiyanı üzərindən birdəfəlik atmaq istəyirdi. Artıq igid oğullarımız hər gün, hər an əmr gözləyirdi. Futbolda olduğu kimi, oyunun qaydaları, nizam-intizamı, strategiyası, taktiki gedişləri, fiziki-psixoloji hazırlığı var. Oyuna başlamadan hücüma/əks-hücuma keçilməz!

Hazırlıq prosesi təbii olaraq uzun zaman aldı.Emosiyalara yol verilmədi, siyasi, iqtisadi, hərbi anlamda hərtərəfli hazırlıq görüldü. Azərbaycanın Minsk qrupunda, güclü rəqiblər qarşısında səhv etmək şansı yox idi. Bu qrup, Çempionlar Liqası nəhənglərinin qrupu deyildi, dünya hegemonlarının yığması idi.

Nəhayət vaxt, vədə yetişdi, baş hakimin - Ali Baş Komandanın start fiti verildi. 30 ildən sonra yenidən Azərbaycanın, xalqımızın birliyini, bütövlüyünü gördüm. Bu dəfə hüzn, matəm birliyi deyildi, prezidentindən tutmuş sıravi vətəndaşına kimi qalibiyyət bütövlüyü idi.

Şanlı Ordumuz, bu birliyi ruhən öz üzərində hiss edirdi. İgidlərimiz qəm-qüssə içində deyil, ölümün üzərinə gülərək, oynayaraq şığıyırdılar.

Öndə sızıldayan, düşmən tapdağı altında olan Vətən torpaqları həsrətlə sahiblərinin yolunu gözləyirdi. 44 günlük Zəfər yolu birnəfəsə keçildi! Birinci yarıda əlavə vaxta ehtiyac olmadı, əksinə, çox qol vurulmasın deyə, "FİFA/UEFA" təzyiqləri ilə oyun "bir dəqiqə" tez bitirildi. Çılğınlıq edib emosiyalara varmadıq, qarşıda ikinci hissə dururdu, başda "nəyin nə zaman ediləcəyini mən bilirəm" deyən, xalqın, ordunun inandığı strateji beyin güvənliyinin "Dəmir yumruğu" yerində idi...

Birinci hissə böyük hesabla başa çatmışdı. Arxayınlığa yol verilməməli idi. Fasilədə baş məşqçi - Ali Baş Komandanın ikinci hissəyə hazırlıq planı, korrektələri, strateji/taktiki tapşırıqları komandaya - Azərbaycana, xalqımıza, ordumuza çatdırıldı. Oyunda ərazi üstünlüyü tam ələ alınmış, böyük hesabda önə çıxılsa da, nəhəng qüvvələrin düşmənə köməyi, əvəzetmələri ilə rəqibin əks-hücumlarına yol verilməməli idi, qarşısı alınmalı idi.

Fasilədə zəif, əlacsız komandalarının durumunu görən qonaq "azarkeşlər" cığallıq edir, təxribatlara əl atır, oyunu pozmağa, yarımçıq dayandırmağa çalışır, beynəlxalq qurumlara öz "dəst-xəttləri" ilə şikayət edir, ağlaşma qurur, alınmayanda, "acından ölürük" fəryadı qoparır, "legionerlər"dən imdad diləyirdilər. İstənilən oyunda oyunu kişi kimi, mərdi-mərdanə oynamaq lazımdır. Necə ki, 30 ildə ağlamadıq, heç kimə yalvarmadıq, kömək istəmədik, haqqımızı tələb etdik, gücləndik, özümüzə güvəndik. Qarşında layiq olmayan düşmən də bir başqa bəladır.

Belə hiyləgər, hər alçaqlığa yol açan rəqibə şans da verilməməlidir. Baxmayaraq ki, humanist xalqımız - "adam olun" deməkdən yorulmuşdu. Xislət insan olmağa imkan verməyəndə, qarşılığı sərt olur. İkinci hissədə olduğu kimi... 44 "dəqiqənin" üstünə "1 dəqiqə" əlavə etmək kifayət etdi! Şanlı Ordumuz fasilədən sonra bir günə rəqibi diz çökdürdü.

Cığallıq edən gəlmə "azarkeşlər" gül-çiçəklə yola salındı. Azərbaycan xalqı böyük xalqdır!

Xocalı qisası kişi kimi alındı!

36 ildən sonra Xankəndidəyəm. Həyatımda üçüncü dəfə xalqın birliyini, bütövlüyünü hiss edir, canlı şahidlik edirəm. Prezidenti, hərbiçisi, polisi, yaşlısı, cavanı, qadını, uşağı, futbol adamı, jurnalisti, azarkeşi, dini, irqi, siyasi mənsubiyyətindən asılı olmayaraq - hamı bir nəfəs alır! Xankəndi əsrlərdən sonra öz həqiqi sahibinə qovuşub, şəhər öz müsbət aurasına qayıdıb...

Ali Baş Komandan, Ordumuz tarixi Zəfərdən sonra estafeti futbola, azarkeşlərə, xalqımıza ötürür... və necə ötürür... Uzun illərdən sonra Xankəndi qucaq açaraq minlərlə həqiqi azərbaycanlıları qəbul edir. Stadiona axışan, tribunaları dolduran soydaşlarımız, o anı gözləyirlər... Və Ali Baş Komandan stadiona daxil olur... Dərhal, ürək açıqlığı, qalib ruhu ilə xalqın önünə çıxır, futbol görüşünün rəmzi xarakter daşıdığını bildirir və bir anda şəhid analarına, övladlarına dönərək onları alqışlayır. Bütün stadionu alqış sədaları bürüyür. Bəli, bizi Xankəndi stadionuna gətirən, canlarından keçən, ana-bacılarını, övladlarını Azərbaycan xalqına əmanət qoyub şəhidlik zirvəsinə ucalan igidlərimizdir!

Ali Baş Komandan Qarabağa can atdığı kimi, qaça-qaça, qürurla meydanın mərkəzinə yetişir.

Fizika elmində mərkəzin cazibə qüvvəsi gücü ilə hamını öz ətrafında birləşdirir, vahid orqanizmə çevirir. Mərkəzdən tribunalara, məğrur xalqına baxan, uşaq kimi sevinən lider rəmzi olaraq topu xalqa ötürür, bu günlərin qədrini bilin, qoruyun, davam etdirin deyir.

Və... bütün fizika elminin qanunlarını bu dəfə alt-üst edərək, mərkəzdən uzaqlaşır, şəhid övladlarının yanına qaçır. Mərkəz onlardır!

Bunu ancaq güclü şəxsiyyət edə bilər!

Artıq Qarabağda döyüş meydanı futbol meydanına dəyişib. Qapılardan top keçmir, ilahi qüvvə imkan vermir, meydanda düşmən yoxdur, meydanlı, tribunalı, stadionlu, Xankəndili - hamı özümüzük. Fasilədir, Ali Baş Komandan xalqın bir parçasına çevrilib, qaçış zolağında qəhrəman XTQ-çilərimiz, hərbiçilərimiz, qazilərimizin arasındadır, onlarla görüşür, problemləri ilə maraqlanır, həll edilməsinə tapşırıqlarını verir...

Tribunalarla yuxarı qalxır, ilin yekunlarına dair fərqlənmiş, xidmətləri olan idman nümayəndələri ilə görüşür. "Xankəndi" yazılan tribunaya yaxınlaşır, stadionu, ətraf dağları bir an qürurla, məmnunluqla seyr edir, idmançılarla şəkil çəkdirir. Fasilə sona yaxınlaşmaq üzrədir.

Ali Baş Komandan geri dönür, 5-6 metr məsafədən bizim tərəfə baxır, ani olaraq bütün təhlükəsizlik sistemini, proqramı pozur, bizə yaxınlaşır, futbol veteranları, nümayəndələri ilə səmimi görüşür, zarafatlaşır, xatirə fotosu çəkdirir. Təhlükəsizlik xidməti əməkdaşlarının mədəniyyəti, özgüvənliyi, davranışları qibtəedicidir, diqqət, məsuliyyət üst səviyyədə olsa da, arxayındılar. Ali Baş Komandan da rahatdır - o, öz xalqının arasındadır, onlarla birdir, heç nədən çəkinmir, sadədir, özünü Prezident yox, xalqın bir nümayəndəsi sayır.

İkinci hissə başlayır, legioner futbolçular oyuna atılır, qapıya zərbələr bir-birini əvəz edir, qol keçmir ki, keçmir. Xankəndi qapısı legioner vuruşlarını qəbul etmir. Əsas vaxt bitib artıq, bərabərlikdir, çünki Xankəndidə, ekran qarşısında olan hər kəs, bütövlükdə xalqımız qalibdir! Əlavə vaxtın son dəqiqəsidir. Futbol başla oynanılır! Başsız ölkə, başsız xalq uğur qazana bilməz! Azərbaycanlı futbolçu başla qol vurur, azərbaycanlılar Qarabağda qanları, canları hesabına qollar vurub torpaqlarımızı azad etdikləri kimi...

Hamı sevincidir, Xankəndi, Qarabağ, Azərbaycan sevinir. Ağrlıı-acılı günlər geridə qalıb. Yüz minlərlə qaçqın-köçgünümüz qaça-qaça geri, Qarabağa dönməyə can atır, səbirsizliklə quruculuq işlərinin davamını gözləyir. Ali Baş Komandanımızın Qarabağa can atdığı, qurub yaratdığı, mərdi-mərdanə meydanın mərkəzinə doğru qaçdığı kimi...

Xankəndidə keçirilən futbol tədbiri ölkə futbolunun dirçəlməsinə, yenidən qurulmasına da təkan verməlidir. Azərbaycan futbolunun dünya və Avropa çempionatlarının final mərhələsinə yolu Xankəndi stadionunda qoyuldu. Bu günləri bizə yaşadan, canlarından keçən bütün Azərbaycan övladlarının, şəhidlərimizin ruhu şad olsun!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qəhrəmanlıq və azadlıq simvolu: ƏNVƏR PAŞA

Qəhrəmanlıq və azadlıq simvolu: ƏNVƏR PAŞA

John Doe 1 gün əvvəl

Faiq İsmayılov: Erməni cinayətləri: Tiqranakert Mifi

Faiq İsmayılov: Erməni cinayətləri: Tiqranakert Mifi

John Doe 1 həftə əvvəl

Dr.Alptekin Cihangir İşbilir AZpress.AZ İnformasiya Agentliyinə müsahibə verib +VİDEO/FOTO=38

Dr.Alptekin Cihangir İşbilir AZpress.AZ İnformasiya Agentliyinə müsahibə verib +VİDEO/FOTO=38

John Doe 1 həftə əvvəl

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

John Doe 1 ay əvvəl

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 1 ay əvvəl

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com