06 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: Böyük qayıdış prosesinin, Qarabağ və Şərqi Zəngəzur regionlarında yaradıcı sənayenin inkişafına təsiri

1 il əvvəl 350 01

Faiq İsmayılov:

Böyük qayıdış prosesinin, Qarabağ və Şərqi Zəngəzur regionlarında yaradıcı sənayenin inkişafına təsiri

Məqalə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə, mədəniyyətin yaradıcı sahələrinin inkişafında yeni yanaşmalara həsr edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə "yaradıcı klaster" termininin izahı və  bu yanaşmanın yaradıcı sənayenin inkişafına təsiri, eləcədə yaradıcı klaster və yaradıcı sənayelərin inkişafı texnologiyasından bəhs edir.
Layihə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş  “mədəni və yaradıcı sənayelərin təşviqi” üzrə qrant müsabiqəsi çərçivəsində,  Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “İşğaldan azad edilmiş ərazilərdə, mədəniyyət və yaradıcı sənayenin kreativ və inovativ  inkişafına dair tövsiyyələr” adlı layihə çərçivəsində icra edilir.

Əminliklə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, yaradıcı sənayenin  inkişaf etdirilməsi üçün, mütəmadi olaraq maarifləndirici seminarların və yaradıcı qrupların təşkili öz həllini tapacaqdır.
Azərbaycan Hökuməti  son dövrlər, yaradıcı sənayelərin yaradılması və inkişaf etdirilməsi üçün  tədris seminarlarının keçirilməsinə və yaradıcı qrupların hazırlanmasına ciddi diqqət göstərir. Beləki, Mədəniyyət Nazirliyinin nəzdində “Yaradıcı Mərkəz” kimi tanınan Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi yaradılıb və hal-hazırda uğurlu fəaliyyət göstərir.
Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib. Təsis tədbirinin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadların fəaliyyətinə dəstək vermək, onların peşə ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların yaranmasına, formalaşmasına və inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılmasına səy göstərmək və bu məhsulların ixracının artırılmasına kömək göstərmək, eyni zamanda müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri yaradıcı fəaliyyətə cəlb etməkdir.
Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb. Hal-hazırda 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə edir.
Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.
Mərkəzin təşkilatçılığı ilə 2023-cü ildən etibarən “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi keçirilir. “Yaradıcı müzakirələr” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib. Tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlərdən ibarətdir. Azərbaycanda yaradıcı sənayelərin inkişafının ilk mərhələsində - tədris seminarlarının keçirilməsindən ilk yaradıcı qrupların yaranmasına qədər mühüm addımlar atılır.
Azərbaycanda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun tədqiqatlarının təhlili göstərir ki, mədəni irsin qorunub saxlanmasının müasir konsepsiyalarında mədəniyyət obyektlərindən istifadənin səmərəliliyinin artırılmasına kömək edir.  Bu işlərin təşkilində dövlət orqanları, dövlət və qeyri-hökumət təşkilatları, fondlar, kommersiya şirkətləri və özəl qurumlar fəal iştirak edirlər.
Bu istiqamətdə elmi-tədqiqatların əsas məqsədi  iqtisadiyyatın bir növü sayılan və “yaradıcı iqtisadiyyat” anlayışı  ilə ifadə olunan   fəaliyyətin cəmiyyətə xüsusən də gənclərə təsirinin öyrənilməsidir. Yaradıcı İqtisadiyyatın bütün sahələrində  elmi, elmi-texniki, mədəni və yaradıcılıq fəaliyyətlərində əqli mülkiyyətinin kapitallaşdırılması  əsas pioritetlərdən biri hesab olunur.
Yaradıcı iqtisadiyyatın əsasını, yaradıcı sənayelər təşkil edir. Yaradıcı sənayelərin fəaliyyəti isə kreativ klasterlər yəni idarəetmə şirkətləri tərəfindən vahid brend altında hazırlanmasıdır. Kreativ klaster  “yaradıb ərsəyə gətirənlərin” vahid birliyi kimi başa düşülür  Eləcədə yaradıcı sənayelərdən olan rezidentləri (icarəçiləri) və yaradıcı sahibkarları birləşdirir onlara lazımi  şərait yaradır.
Yaradıcı sənayelər qrupuna aşağadakılar daxildir:
⦁    Tarixi-mədəni irsdən istifadəyə əsaslanan sənayelər, (xalq sənəti və sənətkarlığı, muzey fəaliyyəti);
⦁    İncəsənətə əsaslanan sənayelər, (teatr, musiqi, kino, animasiya, rəsm, qalereya fəaliyyəti və s.);
⦁    Müasir media və rəqəmsal məzmun istehsalı, (film, video, audio, animasiya istehsalı, məlumatların işlənməsi və proqram təminatının inkişafı, virtual kompüter və video oyunları, bloqçuluq, çap sənayesi, kütləvi informasiya vasitələri, reklam və s.);
⦁    Tətbiqi yaradıcı sənayelər, (memarlıq, sənaye dizaynı, moda sənayesi və s.).

Yaradıcı subyektlərin ərazi bağlılığı baxımından (yaradıcı) sənayelər aşağıdakı vəzifələri həyata keçirə bilər:
⦁    Yerli yaradıcı sənayelərin inkişafına nail olmaq,  məqsədyönlü qurumlar və iş yerləri yaratmaq, onların maddi imkanlarını yaxşılaşdırmaq və cəlbediciliyinə nail olmaq;
⦁    Regionda turizmin inkişafına dəstəyi artırmaq;
⦁    Yaradıcı fəaliyyətin nəticələrindən asılı olaraq, yaradıcı sənaye qrupları yaratmaq;
⦁    yaradıcı sahibkarlıq qrupları yaratmaqla mənfəət əldə etməyə yönəlmiş fəaliyyətləri dəstəkləmək və intellektual fəaliyyətin nəticələrindən düzgün istifadə etmək.
Yaradıcılığın vəzifələrindən biri, inkubator üçün zəruri olan xidmətlərin asanlaşdırılması və təmin edilməsindən ibarətdir. Davamlı biznesin formalaşdırılması, yaradıcılığın təkmilləşdirilməsi və yenilənməsi müvafiq biznes fəaliyyəti növü üçün ideyaların dəstəklənməsi olduqca vacibdir.

Yaradıcı  sənayelərin prioritet prinsipləri

Yaradıcı sənayelərin inkişafı və (yaradıcı) sahibkarlıq üçün prioritet prinsiplərin yaradılması, Dövlət siyasətinin məqsədlərindən biridir. İşğaldan azad edilmiş ərazillərdə kreativ sənayenin inkişaf etdirilməsində  məqsəd işğaldan azad edilmiş regionlarda  milli yaradıcılığı inkişaf etdirməkdir. İnsan kapitalına və tarixi-mədəni dəyərlərə əsaslanan iqtisadiyyat xalqların mədəni irsinə bağlı olur. Yaradıcı sənayenin inkişafı mədəniyyətimizin inkişafını zəruri  edir.
Yaradıcılığa yeni dəstək  mexanizmləri hazırlanıb tətbiq edilməlidir.  Bu sahədə yaradıcı sahibkarlıq fəaliyyətinin inkişafı  ilə yanaşı, həm də onlara lazımi şəraitin yaradılması, yaradıcılığın formalaşmasına və davamlı inkişafına müsbət təsir göstərəcək.
Yaradıcılığın müəyyən etdiyi mexanizmlər,  təkcə işğaldan azad edilmiş ərazilərdəki inzibati yaşayış məntəqələrini deyil, həm də Azərbaycanın digər şəhər, qəsəbə və kəndlərinə xas olan  tarixi və mədəni ənənələrini maddi və qeyri-maddi irs nümunələrini əhatə edəcəkdir. Bu məqsədə çatmaq üçün  aşağıdakı vəzifələr həyata keçirilməlidir:
⦁    Yaradıcı ekosistemin yaradılması və inkişafı üçün əsas parametrləri müəyyən edilməsi;
⦁    Yaradıcı sənaye sektorunun sahələr üzrə araşdırılması və qiymətləndirilməsi;
⦁    İşğaldan azad edilmiş ərazilərdəki yaradıcı iqtisadiyyatın tətbiqi vəziyyətinin öyrənilməsi;
⦁    Yaradıcı sənayelərin prioritet sahələrinin siyahılarının tərtib edilməsi;
⦁    Yaradıcı sənaye subyektlərin ixtisaslaşmasını və differensiasiyasını nəzərə alan sənaye sahələri haqqında lazımi məlumatların formalaşdırılması;
⦁    Yaradıcı sənaye sahələrində monitorinqlərin təşkilinin təmin edilməsi;
⦁    Yaradıcı sənayenin kommersiyalaşdırılması üçün hüquqi parametrlərin müəyyənləşdirilməsi;
⦁    Ərazilərdə əlçatan vahid infrastrukturun yaradılması;
⦁    Yaradıcı sənayelər, o cümlədən yaradıcılıq sahələri üçün klasterlər, yaradıcı inkubatorlar, kollektiv mərkəzlərin xüsusi avadanlıqlarla təmin edilməsi;
⦁    İnklüziv institusional mühit və infrastruktur formalaşdırmaq;
⦁    Evdar qadınların, gənclərin habelə əlilliyi olan şəxslərin yaradıcı sənaye sektorunda, məşğulluğunun təmin edilməsi;
⦁    Kiçik və orta sahibkarlıq subyektlərinin sayı artımını nəzərə alaraq, yaradıcı sənayelərdə də  iş yerləriinin artırılmasına nail olmaq;
⦁    Yaradıcı sənayedə müasir rəqəmsal texnologiyaların tətbiqinin həyata keçirilməsini təmin etmək;
⦁    Yaradıcı sənayedə istehsal olunmuş məhsulların satışı  texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi;
⦁    Yaradıcı sənayedə təhsil sisteminin inkişafı üçün tədbirlərin hazırlanması;
⦁    Yaradıcı sənayedə mal istehsalını və xidmətlərin  hazırlanmasını asanlaşdıran şəraitin yaradılması;
⦁    Yerli yaradıcı sənaye mallarının beynəlxalq bazara çıxarılmasını təmin etmək üçün onların təbliği və populyarlaşmasının təmin edilməsi.

Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qəhrəmanlıq və azadlıq simvolu: ƏNVƏR PAŞA

Qəhrəmanlıq və azadlıq simvolu: ƏNVƏR PAŞA

John Doe 1 gün əvvəl

Faiq İsmayılov: Erməni cinayətləri: Tiqranakert Mifi

Faiq İsmayılov: Erməni cinayətləri: Tiqranakert Mifi

John Doe 1 həftə əvvəl

Dr.Alptekin Cihangir İşbilir AZpress.AZ İnformasiya Agentliyinə müsahibə verib +VİDEO/FOTO=38

Dr.Alptekin Cihangir İşbilir AZpress.AZ İnformasiya Agentliyinə müsahibə verib +VİDEO/FOTO=38

John Doe 1 həftə əvvəl

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

John Doe 1 ay əvvəl

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 1 ay əvvəl

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com