04 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

ABŞ-İran danışıqları çıxılmaz vəziyyətə düşüb

ABŞ-İran danışıqları çıxılmaz vəziyyətə düşüb

Qırğızıstanda nüvə elektrik stansiyası tikilə bilər

Qırğızıstanda nüvə elektrik stansiyası tikilə bilər

Ukrayna Rusiyaya Pasxa bayramı münasibətilə atəşkəs təklif edib

Ukrayna Rusiyaya Pasxa bayramı münasibətilə atəşkəs təklif edib

Moldova Parlamenti yekun oxunuşda MDB-dən çıxmağı təsdiqlədi

Moldova Parlamenti yekun oxunuşda MDB-dən çıxmağı təsdiqlədi

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda mina partladı

Ağdamda mina partladı

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Elman Eldaroğlu: Onun ən böyük əsəri...

1 il əvvəl 212 01

Elman Eldaroğlu:

Onun ən böyük əsəri...

Qəşəm Nəcəfzadə- 66

Təəssüf ki, bu gün yazıb yaradan yazıçı və şairlərin böyük əksəriyyəti klassiklərimiz kimi geniş oxucu kütləsi tərəfindən birmənalı qarşılanmırlar. Nədənsə onları zəif və güclülərə bölüb, ayrıseçkilik salmağa çalışırlar. Maraqlısı da odur ki, bu çalışanların çoxu, elə şair və yazıçıların özləridir. Bəli, sovet dövründə yaşayan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli, Musa Yaqub, Cabir Novruz, Nəbi Xəzri, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Bayram Bayramov, Fərman Kərimzadə, Vidadi Babanlı və s. kimi ümumxalq məhəbbəti qazanan şair və yazıçılarımız indi çox azdır. Yəni bu gün meydanda olan yazarlarımızın çoxu onların fonunda çox balaca görünürlər...

Deyir ki:- “Sovet dövrünün ədəbiyyatı ilə müstəqillik dövrünün ədəbiyyatını istər dil baxımından, istər sənətkarlıq baxımından, istərsə də yazı baxımından müqayisə etsək, mən deyərdim ki, elə də ciddi bir yenilik yoxdur. Bəlkə də səviyyə bir az da aşağı düşüb. Amma texniki baxımdan müəyyən dəyişikliklər var. Məsələn, deyək ki, sovet dövründə kitab ticarəti var idi, kitablar ünvanlara çatdırılırdı, həm də dövlət bu kitabları çap edirdi və müəlliflərə də qonorar verilirdi. Balaca oxucular da kitabları oxuyurdular. İndi bu bağlar demək olar ki, qırılıb. Bax burdan görünür ki, indi bizdə texniki tərəfdən geriləmə var. Amma obraz baxımından isə heç bir dəyişiklik yoxdur. Yenə də eyni obrazlar uşaq ədəbiyyatında yaşayır. Baxın 20-ci əsrin əvvəlində olan tülkü, xoruz, keçi, pişik və s. obrazlarına... Elə 21-ci əsrin də əvvəlində də bu personajlar əsas obyekt kimi qalmaqda davam edir. Hələ də tülkünün xasiyyəti dəyişməyib, inkişaf etməyib. Yenə də canavar yırtıcıdır, dovşan da elə eyni qorxaq dovşandır. Əslində bu obrazalar müasir dövrə uyğun inkişaf etməli idi və ya yeni obrazlar yaranmalı idi. Axı nə vaxta qədər dovşan və tülkü ilə oynamalıyıq? Axı indi texnika, kompüter əsridir. Uşaqlar dovşana və tülküyə daha inanmır. Düzdür, heyvanlara olan sevgi baxımından bu obrazları yaşatmaq olar, amma bu qədər də yox. Uşaqları da, valideynləri də bu obrazlar demək olar ki qane eləmir. Uşaq ədəbiyyatında mütləq inkişaf olmalıdır...”

1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə dövri mətbuatda, eləcə də internet saytlarda 300-dən çox koşə yazısı dərc edilib. İndiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Hazırda Mədəniyyət Tv-də “Və ya” verilişinin aparıcısıdır. Əməkdar mədəniyyət işçisidir. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin müdiridir. Xeyli vaxtdır ki, "Azərbaycan" jurnalının poeziya şöbəsinə rəhbərlik edir...

“Əslində, mən uşaq ədəbiyyatı ilə böyüklər üçün yazılan ədəbiyyat arasında elə də bir fərq qoymuram. Hər şey, vəzn, ölçü, qafiyə və s. eynidir. Uşaq şeirində əsas meyarlardan biri dil məsələsidir. Şeirin dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilində yumşaq və rahat nəfəs almalıdır. Nizamidən bu günə qədər bütün ədəbi məqamlarda fikir aydınlığı, sözün semantik mənasına, təfəkkür çevikliyinə, dilin daxilinə nüfuz etmək əsas məqsəd olub. Nizami heç bir əsərini uşaqlar üçün yazmayıb. Sadəcə olaraq Nizaminin dövründə və sonralar da yazılan əsərləri uşaqların yaş mərhələlərinə görə müəllimlər qruplaşdırıblar və bununla dərsliklər, məktəblər, qiraətxanalar yaranıb. Kim deyə bilər ki, Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsi ancaq uşaqlar üçündür və ya əksinə. Kim deyə bilər ki, "Od tutub qırmızı atəşlə yenə yandı üfüq" şeiri ancaq böyüklər üçündür və ya əksinə. Kim deyə bilər ki, M.Cəlilin "Saqqallı uşaq", "Poçt qutusu", "Pirverdinin xoruzu", A.Şaiqin "Məktub yetişmədi" hekayələri ancaq böyüklər üçündür və ya əksinə. Demək, uşaq və böyük ədəbiyyatı bölümü ən çox pedaqoji termindir. Və bu gün uşaq ədəbiyyatınn əsas problemlərindən biri də böyük və uşaq ədəbiyyatına kəskin fərq qoymağımızdı. Uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə çörək yeyə bilmədiyi kimi, təfəkkürü formalaşmayan uşaq da dediyi sözlərin mənasını öyrənə bilməyəcək. Çünki ona ən əvvəl ilıq, aydın tələffüz olunan sözlər, bir növ təfəkkür lazımdır. Təfəkkürü isə dil yetişdirir. Məhz M.Ə.Sabir müəllim olduğu üçün "Uşaq və buz" şeirini çox aydın, sadə və mənalı, həm də əruz vəznində yazmışdır...”- söyləyir...

Şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib. Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub. 2023-cü ildə Ulu Öndərə həsr etdiyi "İki iyirmi üç arasında" pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib. Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir...

Deyir ki:- “Zəmanə ilə ayaqlaşmaq lazımdır. Bu gün uşaqlar üçün yazılan ədəbiyyat uşaqların istədiyi formada da onlara gətirilməlidir. Uşaq nağıllarımız səhnələşdirilməlidir. Kompüterin yaddaşına köçürülməlidir, çünki uşaqlar kompüteri sevirlər. Artıq uşaqlar kitab oxumaqdan, nənəsinin nağılını dinləməkdən yorulublar. Onlara bu nağıl və şeirləri kompüter vasitəsi ilə də çatdırmaq olar. Müxtəlif ölüm-dirim mübarizəsi oyunlarının yerinə hər hansı bir uşaq nağılımızı səhnələşdirmək olar. Sonra bizim uşaq ədəbiyyatı ilə bağlı ən böyük problemlərimizdən biri də budur ki, bizim uşaq ədəbiyyatımız gedib ünvanlara çatmır. Televiziya kanallarının da böyük rolu olmalıdır. Çünki kanalların hər yana çıxışı var, amma bu gün Bakıda çap olunan kitabların çoxu gedib rayonlara çatmır. Saysız-hesabsız uşaq ədəbiyyatı kitabları çap olunur. Mən təklif edərdim ki, Təhsil Nazirliyi, Mədəbiyyət və Turizm Nazirliyi və Azərbycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında bir avtobus ayrılsın, rayonlara səyahət etsin. Məktəblərdə uşaqlarla görüşlər keçirilsin və tamaşalar hazırlansın...”

Yox, yox, səhv etmirsiniz. Bəli, mən Qəşəm Nəcəfzadədən danışıram. Mehriban, istiqanlı, gülərüz adamdır. Xalq arasında olmağı, insanlarla ünsiyyəti çox xoşlayır. Yaxşı həmsöhbətdir. Davranışında mədəni, rəftarında mülayimdir. Doğrudur, o, yetərincə böyüklər üçün gözəl poeziya nümunələri yaradıb, amma bilərəkdən bu söhbətimdə onun uşaq ədəbiyyatı haqqında söylədiklərinə geniş yer ayırdım. Çünki doğulub böyüdüyü Əliqulular kəndindən Bakıya gətirdiyi uşaq saflığını, sadəliyi hələ də qoruyub saxlaya bilib. Qaldı ki, onun ən böyük əsərinə, sözsüz ki, oğlu Kəramət Böyükçöldür...

Aprelin 1-i Ümumdünya Gülüş Günüdür. Və həmin gün şair, yazıçı-jurnalist Qəşəm Nəcəfzadənin 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram...

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Физули Джавадзаде

Qəşəm müəllimin ən nəhəng əsəri Kəramət Böyükçöldür,onu heç bir dilə tərcümə eləməyə də ehtiyac yoxdur.Anca Kera ara-sıra valideynlərin də bostanına daş atır))

Xaqani Abbasali

Kutlu olsun Qəşəm bəyin mübarək günü...

Кафар Яфаров

Gözəl şairimiz Qəşəm Nəcəfzadənin adına layiq bir adgünü təbriki. Ürəklə qoşulub əziz dostumu doğum günü münasibətilə təbrik edirəm. Uzun və sağlam yaşamağını arzulayıram.

Yazı müəllifi dəyərli Elman Eldaroğluna isə təşəkkür edirəm.

Mahir Cavadli

Qəşəm müəllimin doğum gününü ürəkdən təbrik edirəm! "Və ya" verilişini imkan daxilində izləyirəm.

Maraqlı yazıdır, təşəkkür!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bəhram Şəms: Hətərənə-pətərənə şeir

Bəhram Şəms: Hətərənə-pətərənə şeir

John Doe 19 saat əvvəl

İtaliyada Azərbaycan ənənələri və təsviri sənətin mədəni dialoqu

İtaliyada Azərbaycan ənənələri və təsviri sənətin mədəni dialoqu

John Doe 2 gün əvvəl

Vinsent Van Qoqun xatirəsinə həsr olunmuş "Van Qoq İzində" adlı qrup sərgisi keçirilib +FOTO=24

Vinsent Van Qoqun xatirəsinə həsr olunmuş "Van Qoq İzində" adlı qrup sərgisi keçirilib +FOTO=24

John Doe 3 gün əvvəl

Oskar mükafatlandırma mərasimi 30 ildən sonra ilk dəfə məkanı dəyişəcək

Oskar mükafatlandırma mərasimi 30 ildən sonra ilk dəfə məkanı dəyişəcək

John Doe 1 həftə əvvəl

"Şevçenko Qazaxıstanda" adlı təqdimat keçirildi +FOTOLAR

"Şevçenko Qazaxıstanda" adlı təqdimat keçirildi +FOTOLAR

John Doe 1 həftə əvvəl

Aynur Haqverdi: Gəl, yenə mənim ol da

Aynur Haqverdi: Gəl, yenə mənim ol da

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com