06 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Hümbət Quliyev: Gülzar

2 il əvvəl 529 01

Hümbət Quliyev:

Gülzar

( hekayə)

Bir kənddə Gülzar adlı bir qadın yaşayırdı, tək yaşayırdı. Onun yaşını dəqiq bilən yox idi, adının sonuna xala da, bibi də qoymaq da olardı, amma kənddə bunu heç kim etmirdi.

Gülzarı bir iş görməyi lazım olanda çağırırdılar, çox vaxt da, xeyirə, şərə…

Bu qaradinməz, ilk baxışdan çəlimsiz görünən xanımdan heç kim “yox” və “yoruldum” sözünü eşitməmişdi. Kəndin hər başından tez- tez eşidilərdi: Gülzar süpür, Gülzar apar, Gülzar gətir, Gülzar yu, Gülzar sər…

Yaşlı nəsil bilirdi ki, kolxozun müsahibi Çolaq Əli Rusiyada yaşayan tək oğlunu öz xəstəliyi adı ilə teleqramla kəndə çağırtdırmış və bir həftə ərzində qonşu kənddən gətirdiyi qızla evləndirmişdi. Məqsədi oğlunu kəndə bağlamaq idi. Amma o, “mən kənddə qala bilmərəm” deyib, toy gecəsinin sabahı kənddən birdəfəlik qaçıb getmişdi. Toyu olan həmin qızın adı Gülzar idi. O gecədən yadigar Gülzarın bir oğlu da olmuşdu. Çolaq Əli nəvəsinə dədəsi Qaraşın adını qoymuşdu və bundan böyük bir təsəlli tapırdı. Evdə Qaraşa uşaqlıqdan hamı “Qara” deyirdi. Qaranı Gülzardan uzaq saxlayır və onu ərini saxlaya bilməməkdə tez- tez günahlandırırdılar. Gülzar üzünü belə yaxşı görə bilmədiyi insanı necə saxlaya biləcəyi haqda düşünməyə çalışmışdı da, amma heç vaxt fikrini bir yana çıxarda bilməmişdi...

Qara da heç vaxt Gülzara ana demədi, hamı kimi elə o da Gülzar dedi. Qara nənəsi və babası öləndən sonra evdə çox olan gəbə və kilimləri satıb şəhərə getdi və daha qayıtmadı.

Yox, bir dəfə qayıtdı. Onun qayıtmağını bir qədər ləngidib Gülzarın həyatının bir sevinci haqda yazıram. Hə, Gülzarın həyatının Günəşi haqda. Gülzar təkliyini ovutmaq üçün özünün yığdığı pula bir sarı dana almışdı. Gülzar həyatda ərinə, balasına sərf edə bilmədiyi bütün sevgi və məhəbbətini bu danaya yönəltmişdi. Dana sarı rəngdə olduğundan Gülzar ona

“ Günəş” adı qoymuşdu. Danışmayan Gülzar “ Günəşi” görəndə dili ağzına sığmırdı, elə hey onunla danışır, onu əzizləyirdi. Günəş də davranışı və baxışları ilə öz qarşılıqlı sevgisini Gülzara hər an nümayiş etdirirdi.

Gülzar özü yeməmişdən, Günəşin yeməyini verər, özü içməmişdən onun suyunu verər, öz yerinə girməmiş, onun yerini rahlayardı. Gülzar Günəşlə, Günəş Gülzarla birlikdə xoşbəxt idilər.

O gecə oğlu Qara kəndə bir dostunun minik maşını ilə gəlmişdi.

Gülzar Qaranın gəlişinə çox sevinmiş, əl- ayağa düşmüş, süfrə açmışdı. Günəşin südü çox olurdu, evdə yağ, pendir bol idi. Gülzar balaca uşaqları olan evlərə Günəşin südündən, qaymağından tez- tez pay da göndərərdi.

Çörək yeyəndən sonra oğlu anasını qırağa çəkib dedi:- Gülzar, qumarda pul uduzmuşam. Qumar borcu, ağır borcdur, sabah axşama kimi çatdırmalıyam. Gümanım sənədir. Evdə nəyin var?

Gülzar tez qaçıb sandığı açmış, kəfənlik ağlarının içində öz dəfni üçün gizlətdiy pulu çıxarıb Qaraya vermişdi. Qara pulu sayıb demişdi ki, bu çox azdır. Pulu tam qaytarmasa, onu öldürə də bilərlər. Gülzar Qaranın dediklərini yaxşı anlamasa da, tək balasının öldürülməməsi üçün hər şeyə hazır idi. Amma o, axı nə edə bilərdi?

Qara onu bir daha yanlayıb dedi: - Düşünürəm ki, sən heyvanı balandan çox istəməzsən.

Gülzar əvvəl Qaranın nə dediyini anlamadı. O, Günəşə heyvan deyildiyini ilk dəfə eşidirdi. O, axı heyvan deyildi, o, Günəş idi.

Qaranın sözlərindən sonra Gülzarın ayaqları pambıq kimi oldu və o dayandığı yerdə də yerə çökdü.

- Gülzar, sən belə pərişan olma, işimi yoluma qoyub gəlib sənə bir dana alaram. Gülzarın ətrafında canfəşanlıq edən dostunu göstərib dedi ki, Vəliş qəssabdır, hər şeyi o necə lazımdırsa, elə də edəcək.

Dostlar səhərə yaxın doğranmış ət parçalarını maşının mümkün olan bütün yerlərinə doldurdular. Maşına yerləşdirə bilmədikləri yalnız Günəşin başı oldu. Qəssab Vəliş gözləri hələ də açıq inəyin başına baxıb apara bilməyəcəklərinə təəssüflənirdi, axı o yaxşı baş xaşının həvəskarı idi…

Səhərisi gün qonşular Gülzarın Günəşi nobata göndərməməsi səbəbindən həyətinə boylandılar. Gülzar öz adına hay vermirdi. Açıq qapıdan evə daxil olan qonşular Gülzarı öz Günəşinin kəsilmiş başını qucaqlamış vəziyyətdə nəfəssiz tapdılar.

Günəşin də, Gülzarın da gözləri açıq idi…

Gülzarı bütün kənd böyük urvatla dəfn elədilər.

Dəfndən qayıdan camaatın yanından keçən bir maşın saxlayıb, soruşdu: - Rəhmətə gedən kimdir?

Camaat ayaq saxladı, hamı bir- birinə, sonra soruşana baxdılar və bir ağsaqqal qəddini düzəldib dedi: - bala rəhmətə gedən Gülzardır, kəndimizin Günəşi Gülzar…

Hümbət Həsənoğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 1 həftə əvvəl

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

John Doe 2 həftə əvvəl

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 4 həftə əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 1 ay əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 1 ay əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasın...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
• İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb}

İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəst...

28 may 2026 15:40:04
• İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib}

İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri ist...

28 may 2026 15:29:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com