06 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. AZpress - ÖZƏL
Siyasət AZpress - ÖZƏL

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

2 saat əvvəl 31 01

Türkiyə heyətinin səfəri ilə bağlı  “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

Avqustun 3-dən 6-dək Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu – TADİV və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.

AZpressTİMES.info xəbər verir ki, proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və məskunlaşma işlərini yerində müşahidə etmək, “Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən tarixi dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə birbaşa mənbələr vasitəsilə çatdırmaqdır. Proqram zəfər, quruculuq və sülh istiqamətləri üzərində formalaşdırılıb. Azərbaycan dövlətinin regional sülh siyasətinin, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının, Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyətinin media müstəvisində obyektiv təqdim olunması da əsas hədəflər sırasında yer alıb.

Proqramın ilk günü Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub. Nümayəndə heyəti Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşərək Qarabağda yenidənqurma prosesi, Cənubi Qafqazda davamlı sülhün perspektivləri və müharibədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıb. Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə sülh prosesi, Zəngəzur dəhlizinin regional əhəmiyyəti və Azərbaycan-Türkiyə əməkdaşlığının yeni imkanları müzakirə olunub. Proqramın uğurla həyata keçirilməsinə və media fəaliyyətinin səmərəli əlaqələndirilməsinə verdiyi dəyərli töhfələrə görə nümayəndə heyəti Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşavirliyinə də təşəkkürlərini bildirib.

Səfərin Qarabağ mərhələsi Ağdamdan başlayıb. Heyət şəhər mərkəzində işğal dövrünün dağıntılarını, bərpa edilmiş Ağdam Cümə məscidini, yeni yaşayış ərazilərini və Ağdam Sənaye Parkını ziyarət edib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz məskunlaşma və geri qayıdan sakinlərin müdafiəsi ilə bağlı brifinq təqdim ediblər. Türkiyəli qonaqlar Ağdama qayıdan ailələrlə görüşərək onların həyat şəraiti və doğma yurda dönüş təəssüratları ilə maraqlanıblar.

Xankəndidə şəhərin mövcud vəziyyəti, həyata keçirilən infrastruktur layihələri, yaşayış və sosial obyektlərin tikintisi barədə məlumat verilib, şəhərə baxış keçirilib. Şuşada Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, eləcə də Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş büstləri ziyarət olunub. Səfərin Laçın mərhələsində Zabux və Sus yaşayış məntəqələrində aparılan quruculuq işləri, yeni yollar, enerji infrastrukturu və sakinlərin geri dönüşü ilə bağlı layihələr nəzərdən keçirilib. Bakıya qayıtdıqdan sonra nümayəndə heyəti Hərbi Qənimətlər Parkı və İçərişəhərlə də tanış olub.

Proqram Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən yekun iclasla başa çatıb. Müzakirələr zamanı Qarabağda quruculuq, regional sabitlik, Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Azərbaycanla Türkiyənin nəqliyyat və enerji layihələrində əməkdaşlığı, həmçinin səfər zamanı əldə edilən müşahidələrin mediada işıqlandırılması məsələləri nəzərdən keçirilib. Görüşün nəticəsi olaraq heyət üzvlərinin ortaq qənaətlərini əks etdirən “Zəfərdən sülhə” yekun bəyanatı ictimaiyyətə təqdim olunub.

Bu proqram Qarabağ həqiqətlərinin birbaşa müşahidələr, canlı təəssüratlar və əldə olunan faktlar əsasında media məkanına daşınması baxımından mühüm informasiya və dialoq platformasına çevrildi. Türkiyəli jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri Ağdam, Xankəndi, Şuşa və Laçında işğal dövrünün ağır izlərini, minalardan təmizləmə prosesini, yeni yaşayış məhəllələrinin və sosial infrastrukturun qurulmasını, eləcə də “Böyük Qayıdış” çərçivəsində doğma yurda qayıdan sakinlərin gündəlik həyatını yerində müşahidə etdilər. Bu səfər dağıntıdan dirçəlişə keçidin miqyasını, dövlətin həyata keçirdiyi bərpa siyasətinin sistemli xarakterini və Qarabağın regionun yeni iqtisadi xəritəsində qazandığı strateji mövqeyi əyani şəkildə göstərdi. Yekun iclas zamanı Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizi, nəqliyyat və enerji layihələri, regional əməkdaşlıq perspektivləri media nümayəndələrinin sahə müşahidələri əsasında geniş müzakirə olundu.

Proqramın ən mühüm nəticələrindən biri də Türkiyə mediasında Qarabağla bağlı məlumatların rəsmi açıqlamalardan kənara çıxaraq birbaşa şahidlik, insan hekayələri və konkret faktlarla zənginləşməsi oldu. Bu formatın davamlı şəkildə keçirilməsi Azərbaycan-Türkiyə media əlaqələrinin güclənməsinə, Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq auditoriyaya daha dolğun çatdırılmasına və Cənubi Qafqazda formalaşan sülh gündəliyinin daha təsirli təqdimatına mühüm töhfə verə bilər.

Xeyransa İsmayılova

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

John Doe 2 saat əvvəl

“Sabahın ulduzları” turnirə start verildi +FOTO=27

“Sabahın ulduzları” turnirə start verildi +FOTO=27

John Doe 1 gün əvvəl

Türkiyə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib +VİDEO,FOTO=14

Türkiyə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib +VİDEO,FOTO=14

John Doe 2 gün əvvəl

Son gün, son şans və puça çıxan son ümid

Son gün, son şans və puça çıxan son ümid

John Doe 3 gün əvvəl

Azərbaycan güləşçiləri Türkiyə turnirində

Azərbaycan güləşçiləri Türkiyə turnirində

John Doe 6 gün əvvəl

Kalkınma Elçilərinin ilk səfəri Nuri Paşanın anısı ilə Bakıdan başladı +VİDEO/FOTO=27

Kalkınma Elçilərinin ilk səfəri Nuri Paşanın anısı ilə Bakıdan başladı +VİDEO/FOTO=27

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com