Laçında MDB ölkələrinin şirniyyat süfrəsi təqdim olunub
İyunun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsinin təşkilatçılığı ilə Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı - 2025” tədbirinin rəsmi açılış mərasimi keçirilib.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin “şirniyyat süfrəsi” təqdim olunub.
Trend-in məlumatına görə, "Birliyin Mədəniyyət Paytaxtları" dövlətlərarası proqramı üzrə tədbirlər planı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Özbəkistan və Tacikistandan olan şirniyyatçıların hazırladıqları desertlər nümayiş olunub.
Sərgidə bu ölkələrin ənənəvi şirniyyatları ilə yanaşı, bu məhsulların hazırlandığı biomüxtəliflik nümunələri də təqdim olunub. Qonaqlara desertlərin hazırlanma texnologiyası və onların təqdim edilməsinin xüsusiyyətləri barədə məlumat verilib.
YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş mədəni irsin elementi olan çay mərasiminin nümayişi ilə müşayiət olunan Azərbaycan milli şirniyyatlarına xüsusi diqqət yetirilib.
Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycanın Şərqi Zəngəzur rayonunda yerləşən Laçın şəhəri 2025-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.