06 fevral 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

ABŞ vitse-prezidenti Ermənistana səfər edəcək

ABŞ vitse-prezidenti Ermənistana səfər edəcək

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

Bakıda liseydə atışma: şagird müəllimə atəş açdı

Bakıda liseydə atışma: şagird müəllimə atəş açdı

Əsrin fəlakəti olan 6 fevral zəlzələsi, 3-cü ildönümündə...

Əsrin fəlakəti olan 6 fevral zəlzələsi, 3-cü ildönümündə...

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Qukasyana 20 il cəza verildi

Qukasyana 20 il cəza verildi

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Region
MEDIA DƏSTƏYİMİZ Region

Müəllim ömrü, şair taleyi, ziyalı mövqeyi…

7 ay əvvəl 544 01

Müəllim ömrü, şair taleyi, ziyalı mövqeyi…

Cəmiyyətimizdə elə hörmətli müəllimlər var ki, onlar sənə nə orta məktəbdə, nə də ali məktəbdə dərs deyiblər. Amma onları yaxından tanıyıb, orijinal fikirlərini dinləyəndə, insan qəlbinin mühəndisi kimi kəşf edirsən və istər-istəməz özünə həyat müəllimi bilirsən! Hətta yaş senzinə görə pedaqoji fəaliyyətlərinə məktəblərdə xitam verilsə belə, onlar könül verdikləri peşəni cəmiyyət həyatında davam etdirirlər.
Bu il 75 yaşı tamam olan Əlizaman Baxış da belə müəllimlərdəndir. Onun bu dünyaya  BAXIŞI  doğulduğu  Hacıtəpə kəndinin  bir ovuc torpağından, onun gülünün, çiçəyinin ətrindən,  ilk tanıdığı insanların zəhmətə sevgisindən  formalaşıb… Gənc yaşlarından ağsaqqal düşüncəsinə malik olan belə insanların  varlığı cəmiyyətin  mənəvi ekologiyasını qorumağa xidmət edir.

Dözümlü kişi…

Əlizaman  müəllimin sakit, ağayana görünüşü  elə ilk baxışdan diqqəti cəlb edir, onun  ilk kəlməsindən adamın ürəyinə ilıq bir mehribanlıq, səmimiyyət və doğmalıq hopur. Bir daha əmin olursan ki, o, bu dünyaya müəllim kimi doğulanlardandır. Əlizaman müəllim təkcə gözəl həmsöhbət deyil, həm də böyük qəlb sahibi, etibarlı dost, sirdaşdır. Onunla doğma Masallıda dəfələrlə görüşmüşük, qonşu Lənkərana – hər ikimizin ortaq dostu, detektiv əsərlər müəllifi Qafar Cəfərlinin ziyarətinə getmişik. Birlikdə  Xanbulançay ətrafında təbiət qoynunda dincəlmişik. Keçmişdən, gələcəkdən, dost tanışlardan, ədəbiyyatdan danışmışıq… Bakı isə tale yollarımızın dönə-dönə kəsişdiyi şəhərdir. Qismət olsa, ömür möhlət versə, hələ bu şəhərdə Əlizaman müəllim kimi dostlarla çox görüşəcəyik.
Əlizaman Baxış ömrünün üçüncü qərinəsini yaşayır. Bu illərdə ömür adlı qatarın bütün sadə sərnişinləri kimi o da rastlaşmadığı çətinliklərlə az üzləşməib, nə qədər haqsızlıqların şahidi olub, necə deyərlər, müəllim həmkarlarının  çoxu kimi   öz  halal “haqqını” ala bilməyib… Bəli, 50 ilə yaxın şagirdlərinə xoşbəxtlik yolunu göstərən bu ustad  müəllimə  firavan yaşamaq arzusu həmişə əlçatmaz olub!.. Amma Əlizaman  müəllim dözümlü kişidir.
Səbrin hikmətinə  inanan, bəxtindən şikayət etməyən bir ziyalıdır.

Yaxşı əməlin təməli..

Şöhrət ardınca qaçmağı sevmədiyindən abrına bürünüb təmkin və təvazö dünyasında bulunmağı üstün tutmuş, saf və təmiz vicdanına söykənərək başı dik, alnı açıq, üzü ağ yaşamaq yolunu seçmişdir. Əslində içində vurnuxan üsyankarlığa, qəzəb hissinə sözlə müdriklik qiyafəsi geyindirməyi bacaran güclü bir ruha sahibidir.
Aqillər deyir ki, qayğının qapı–pəncərəsi yoxdur, o, əbədi bir ehtiyacdır ki, həmişə, hər yerdə onu hiss edirsən. Bəzən mənə elə gəlir  ki,  zamanəsində qayğılardan  qaça bilməyən Əlizaman müəllim kimi ziyalılar susmağın “qızıl” olmadığını lap gənc yaşlarından dərk edirlər, ona görə həm də şair taleyi yaşamağa məhkum olurlar!  Əlizaman Baxış da müəllim kimi şagirdlərinə  deyə bimədiklərini qələm adamı kimi oxucularına deməyə çalışır:

Adam var ki, doymaq olmur söhbətindən-sözündən,
Adam var ki, zəhər yağır baxışından-gözündən!
Adam var ki, baş qoyarsan ayağının altında,
Adam var ki, tez qaç, qurtar şeytansifət üzündən!

Söz yaradıcı insanın sərvətidir, şairin taleyinə zinət verən Tanrı nemətidir. Əlizaman müəllimin böyük həvəslə, ürəyinin səsi ilə yazıb-yaratdığı şeirlər də sözün qüdrətindən bəhrələnən və sözə hörmətlə yanaşan qələm sahibinin qəlb çırpıntılarıdır. İstər əyalatdə yaşa, istər paytaxtda, harda olursan ol, nədən yazırsan, kimdən yazırsan yaz, amma yazıb-yaratdığının kökündə millilik dayanmalıdır. “Vətənlə dərdimiz doğuldu qoşa” – deyən  Əlizaman Baxış dünyasına  yaxşı bələd olduğum üçün etiraf edim ki, onun şəxsiyyəti ilə yaradıcılığı arasında təbii bir uyarlıq var. O, həm də  canına, ruhuna  hopmuş vətəndaş təəssübkeşliyi ilə cəmiyyətdə baş verən neqativ hallara laqeyd qala bilmir, “mənə nə” demir:

Hamı bilir, balıq başdan iylənir!
Hazırların nazirləri piylənir –
zalım oğlu gəlib biznən əylənir!
“Bəsdir!”, “Yetər!,“Dayan daha!” deyən yox!
Danlayan yox, dansayan yox, söyən yox!

Və ya:

Cilovlanıb duyğularım,
əhvalı bərbad kimiyəm!
Bu dünyanın təndirində
kütə getmiş tat kimiyəm!

Əlizaman müəllimin poetik fikirlərinin çoxu ürəkdən tikan çıxardırsa, düşündürə bilirsə, şeirdə, poeziyada nəsə bir söz deyirsə, demək, yaşadığı zamanın nəbzini tuta bilir, haqqı tərənnüm edir, tarixin güzgüsündə gördüyü əyrilikləri təhrif etmir. Əməl də insan şəxsiyyətinin güzgüsüdür, deyənlər yanılmayıblar. Hər bir yaxşı əməlin təməli ailədə qoyulur, həmçinin, vətən sevgisinin təməli də. Məhz ona görə də  Əlizaman müəllimin nəinki şeirlərində, hətta publisistik  yazılarında da vətənsevərlik hissləri onun şəxsi keyfiyyətləri ilə üst-üstə düşdüyündən inandırıcıdır və bu hisslərin həqiqiliyinə olan inam oxucu üçün bir həyat dərsidir.

Kitabları haqqında

Mövzu seçimi, rəngarəngliyi  baxımından Əlizaman  müəllimin bu günə kimi işıq üzü görən bütün kitabları maraq doğurur. Onun 2010-cu ildə nəşr olunan “Hacıtəpə – keçmişdə və indi” sənədli  publisistik-ensklopedik kitabı doğulduğu el-obaya övlad məhəbbətindən yaranıb və məzmun fundamentallığı ilə seçilir. Bu kitab kəndin gələcək nəsillərinə dəyərli ensiklopedik bilik verir.
“Qayaların dağ harayı” (2018) bədii-publisistik kitabındakı “Haraylar” poeması isə müəllifin sözün obrazlı dilinə, poetik imkanlarına vaqif olduğundan xəbər verir. İctimai məzmunlu  poetik düşüncələr xalq dilindən bəhrələnib, xalq ruhundan qidalananda həm rahat oxunur, həm də asanlıqla yaddaşlarda qalır. Bu da müəllifin əqidəsinin, qayəsinin oxuculara çatdırılmasını və təsirliliyini təmin edir.
Qismən avtobioqrafik üslubda qələmə aldığı “Ömür kitabı”nda (2019) da insan həyatının yaşantılarından bəhs olunur.
“Yaxşı ki varsan” kitabı (Bakı, Elm və Təhsil nəşriyyattı,  2019) Əlizaman  müəllimin   həm də  şair-tərcüməçi olduğundan soraq verir.  Bu kitabda onun lirik, ictimai, satirik janrda yazılmış şeirləri ilə yanaşı, tanınmış rus şairi və publisisti, Azərbaycan həqiqətlətinin carçısı Aleksandr Fomenkovdan dilimizə çevirdiyi şeirlər və hekayə oxuculara təqdim olunur. Müəllif həm klassik həm də müasir poeziyanın imkanlarından gen-bol bəhrələnib: oxucuya təqdim olunan bayatı, qoşma, gərayılı, təcnis, dodaqdəyməz yəni, hecada olan folklor və aşıq ədəbiyyatı; eləcə də şair dostları ilə deyişmələri, poetik yazışmaları, sabiranə şeirləri, M.Müşfiqsayağı düşüncələri müstəvisində Əlizaman Baxışın öz aləmi, söz aləmi görünür.
Kitabda müəllif şeirlərinin əksəriyyətində, eləcə rus dilindən tərcümə etdiyi ədəbi nümunələrdə Vətən sevgisi, vətəndaşlıq təəssübü özünü apaydın biruzə verir. Vətən insanların ilk beşiyi və son məzarıdır. Ona görə Vətəni sevməyən insan təsəvvür olunmazdır. Bu cəhətdən Vətən mövzusunda yazmaq əlinə qələm alan hər bir yazarın ümdə vəzifəsidir. Müəllifin fikrincə, Vətəni sevmək azdır, onun  uğrunda   döyüşmək, candan keçmək lazımdır: Yağı tapdağında qalan Vətən torpaqlarlarının azad olunması istəyini şair belə dilə gətirir:

Xəcalət təridir tökdüyüm bu tər,
De hansı gün olar bu gündən betər?
Nə qədər səbr edək, bəsdirin, yetər!
Qalxın, silahlanın, döyüş vaxtıdır!

Onun  Vətən haqqında qələmə aldığı şeirlərində bir üsyan, dünya birliklərinə qarşı bir etiraz duyulur. Əlizaman  müəllim kitaba daxil etdiyi belə şeirlərin səmimiliyi ilə oxucusuna Vətən sevgisi aşılayır, gənc nəslin qan yaddaşını daha da möhkəmləndirir.
Əlizaman müəllimin sayca beşinci olan “Analı dümyamdan gəlmişəm” kitabında (Bakı – “Elm və Zəka” – 2022.) valideyn məhəbbəti, ona olan qayğının sonsuzluğundan bəhs edən şeirləri ilə yanaşı dostluqda etibardan, Vətənə sədaqət və tükənməz sevgidən bəhs edən şeirlər, on hekayəsi, bir neçə publisistik yazısı və bir mənzum hekayəsi də yer almışdır.
Hələlik sonuncu kitabı olan “Kəndimizin qartalları” (Bakı – “İMZA” nəşriyyat evi, 2022.) yaşadığı kəndin I və II Qarabağ Savaşlarında iştirak edən ŞƏHİD, QAZİ, və VETERANLARına həsr olunmuşdur. Kitabda dörd ŞƏHİD, ona yaxın qazi və otuzdan çox veteran haqında maraqlı və oxucunun qəlbində düşmənə nifrət, Vətənə məhəbbət hissini aşılayan hekayələr vardır.Yubiliyara yubiley arzum…
Qələm dostumun son şeirlər toplusu hələlik işıq üzü görməsə də, mənə məlumdur ki, doğma yurda, onun gözəl təbiətinə, sədaqətli dostlara, dağdan ağır köhnə kişilərə, təbii ki, bəşəri mövzu olan məhəbbətə həsr olunmuş poeziya nümunələrindən ibarət olacaqdır.
Şair ruhu, ziyalı qəlbi sərhəd tanımayan qələm dostumu uzaqdan –uzağa bağrıma basıram və bu yubiley yazımı nikbin sonluqla bitirmək istəyirəm .
Demək istəyirəm ki, əgər qərinə zaman vahidi olub əsrin üçdə birinə, yəni 33 ilə bərabərdirsə, onda mənə Əlizaman müəllimə ömrünün üçüncü qərinəsini elə indi bu şəkildə göründüyü kimi, gümrah, üzündən əskik olmayan səmimi təbəssümlərlə ömür-gün yoldaşı Xanım müəllimə ilə birlikdə başa vurmağı diləyirəm!

Nurəddin ƏDİLOĞLU,
yazıçı, publisist.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ağcabədidə “Fəal Gənclik-Güclü Azərbaycan!” başlığı altında konfrans keçirilib +FOTO=67

Ağcabədidə “Fəal Gənclik-Güclü Azərbaycan!” başlığı altında konfrans keçirilib +FOTO=67

John Doe 3 gün əvvəl

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

John Doe 3 gün əvvəl

Masallıda “Ərkivan” avtomobil ehtiyat hissələri mağazası açıldı

Masallıda “Ərkivan” avtomobil ehtiyat hissələri mağazası açıldı

John Doe 6 gün əvvəl

Azərbaycan gəncliyi: gücümüz və ümidimiz

Azərbaycan gəncliyi: gücümüz və ümidimiz

John Doe 1 həftə əvvəl

Azərbaycanda palçıq vulkanı püskürüb

Azərbaycanda palçıq vulkanı püskürüb

John Doe 6 gün əvvəl

Şairə Esmira Günəşin Biləsuvarda kitab təqdimatı olub

Şairə Esmira Günəşin Biləsuvarda kitab təqdimatı olub

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com