Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər və onların hüquqi varisləri ifadə verib
Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlər ilə bağlı maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər Anar Rzayev və Camal Ramazanovun (ehtiyat hakim Günel Səmədova) sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxsə müdafiə üçün bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə öz seçdiyi vəkil verilib.
Hakim Zeynal Ağayev dindirilməzdən əvvəl prosesdə ilk dəfə iştirak edən zərərçəkmişlərə və zərərçəkmişlərin hüquqi varislərinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Prosesdə zərərçəkmişlər, eləcə də Ermənistanın təcavüzkar müharibə və işğalçılıq siyasəti zamanı törədilmiş cinayətlər nəticəsində həlak olanların hüquqi varisləri ifadə verib.
Zərərçəkmiş Elməddin Lətifovun hüquqi varisi kimi çıxış edən Sabir Lətifov bildirib ki, qardaşı Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində həlak olub.
Zərərçəkmiş Şamil Həsənovun hüquqi varisi Şiraslan Həsənov bildirib ki, övladı Ağdam rayonu istiqamətində düşmənin atəşə tutması nəticəsində həlak olub.
Asif Şükürov zərərçəkmiş Şamxal Həmidovun hüquqi varisi kimi qeyd edib ki, o, Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində düşmən tərəfindən atəşə tutulması nəticəsində şəhid olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.