Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib
Kipr yunanlarının özlərini Kipr adasının yeganə hökmdarı kimi göstərmək cəhdlərinə baxmayaraq, Şimali Kipr Türk Cümhuriyyəti hazırda Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq strukturlarda təmsil olunur.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan KKTC-yə səfəri zamanı deyib. Səfər Türkiyə Silahlı Qüvvələrinin Kiprdə həyata keçirdiyi sülhməramlı əməliyyatın 51-ci ildönümünə təsadüf edir.
Kiprdə nizamlanma perspektivlərinə toxunaraq, o qeyd edib ki, “Kıbrıs türkləri daha 60 il itirməyə tab gətirə bilməz, BMT-nin irəli sürdüyü köhnəlmiş federal modeldən əl çəkməyin vaxtıdır”.
“Biz Kipr türklərinin başına gələnləri unutmamışıq və bu cür iztirabların bir daha yaşanmaması üçün əlimizdən gələni edəcəyik”, - Türkiyə lideri əlavə edib.
Prezident Ərdoğan beynəlxalq ictimaiyyəti KKTC-ni tez bir zamanda tanımağa və onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırıb.
Dövlət başçısı “Kipr türklərinin qətiyyətlə rədd etdiyi və dəfələrlə uğursuzluğa düçar olan Kiprdə nizamlanma modelinin israrlı təqibinin heç kimə sərf etmədiyinə” diqqət çəkib.
“Kipr türkləri hər zaman öz vətənlərində, kimin nə deməsindən asılı olmayaraq, Türkiyənin dəstəyi ilə azad yaşayacaqlar”, - prezident vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan da Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
"İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən zirvə toplantısında Şimali Kipr Türk Respublikasının şanlı bayrağı digər ölkələrin bayraqları ilə yanaşı dalğalandı. Kiprdəki mübarizəmizə dəstək verən Azərbaycan Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkür edirəm", - Ərdoğan deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.