Prezident Masallıdan olan alimləri təltif edib
Respublika Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında 05 noyabr 20225-ci il tarixdə Sərəncam imzalayıb.
Sərəncama əsasən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Yavər oğlu Həmidov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov “Tərəqqi” medalı ilə təltif edilib.
“AZpress.AZ” İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, hər iki elm adamı Masallı rayonundandır. İmamverdi Həmidov Kolatan ərazisinin Bala Kolatan kəndindən, Ağahüseyn Şükürov isə Yeddioymaq ərazisinin Qasımlı kəndindəndir.
Bu münasibətlə tanınmış alimlərimizi təbrik edir, onlara cansağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.