Ukrayna ordusu ilk dəfə Xəzər dənizinin Rusiya sektorundakı neft platformasına zərbə endirib
Ukrayna Xəzər dənizinin Rusiya sektorundakı Lukoil-Nijnevoljskneft şirkətinin Filanovski neft platformasına zərbə endirmək üçün uzun mənzilli dronlardan istifadə edib.
Bu barədə "İnterfaks-Ukrayna" agentliyi Ukrayna Təhlükəsizlik Xidmətindəki (SBU) mənbələrə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, "dəniz platformasına ən azı dörd zərbə qeydə alınıb. Hücum platformanın xidmət göstərdiyi 20-dən çox quyuda neft və qaz hasilatını dayandırıb".
Bu, Xəzər dənizində neft hasilatı ilə bağlı Rusiya infrastrukturuna ilk zərbədir.
Filanovski yatağı Rusiyada və Xəzər dənizinin Rusiya sektorunda ən böyük kəşfiyyat olunmuş yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil edir. Hasil edilən neft Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) vasitəsilə ixrac edilib.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.