06 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: Bəyənmədiyimiz ərəblərdən nəyi öyrənə bilərik?

2 il əvvəl 543 01

Bəybala Mirzəyev:

Bəyənmədiyimiz ərəblərdən nəyi öyrənə bilərik?

Və yaxud, COP29-a necə hazırlaşmalıyıq?

Biz Yaşıl dünya naminə həmrəylik ili olan 2024-cü ilə belə demək caizsə, yaşıl iqlimdən və meşə örtüyündən büsbütün məhrum olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət başçısı Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın Bakıya səfəri ilə başladıq. Prezident İlham Əliyev onunla 2 saatdan çox söhbət etdi və həmin söhbət zamanı Zayed Əl-Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu söylədi.

Bəs söhbət hansı təcrübədən gedir?

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana ötürə biləcəyi nə kimi müsbət təcrübəsi ola bilər ki?

Varlı şeyxlərin hökmranlıq etdiyi ərəb ölkəsidir deyə, gəlin BƏƏ-nə dərhal aşağılayıcı münasibət sərgiləməyə tələsməyək. Bu ölkə son 15-20 ildə olduqca böyük iqtisadi uğurlara imza atıb. BƏƏ hazırda inkişaf etməkdə olan ölkələrin sırasında əsas liderlərdən biri sayılır.

Bu baxımdan BMT-nin COP28 sammitini keçən ilin noyabrında məhz BƏƏ-də keçirməsi heç də təsadüfi deyil.

Düzdür, Qərb mediası bütün il boyu BƏƏ-ni, necə deyərlər, “yıxıb sürümək”lə məşğul oldu. Lakin bütün tənqidlərə rəğmən Birləşmiş Ərəb Əmirlikləri 2023-cü ildə COP28-ə yüksək səviyyədə ev sahibliyi etməyi bacardı və bu zirvə toplantısında bəşəriyyətin gələcəyi üçün ciddi təhlükəyə çevrilməkdə olan qlobal iqlim dəyişikliklərinin qarşısının alınması və bütün ölkələrin yaşıl enerjiyə keçid etməsi üçün olduqca önəmli qərarlar qəbul edildi.

Ona görə də BƏƏ-nin bu sahədəki təcrübəsi ölkəmiz üçün həqiqətən də faydalı ola bilər. Zayed Əl-Nəhyan da ilk növbədə məhz bunu nəzərdə tutmuşdu.

Zayed Əl-Nəhyanın çıxışından qısa özət:

“Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq. Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirliklərinin bir çox sahədə böyük təcrübəsi var, biz də Sizin kimi qardaş ölkələrlə bu təcrübəni paylaşmağa, bölüşməyə hər zaman hazırıq”.

Zayed Əl-Nəhyan bu sözləri deyərkən heç bir şişirtməyə-flana yol vermədi. Belə nəhəng və mötəbər tədbirə müvəffəqiyyətlə ev sahibliyi edə bilmək heç də asan məsələ deyil. Bu tədbir ev sahibi olan ölkədən həqiqətən də yüksək təşkilatçılıq tələb edir.

Noyabrın 30-dan dekabrın 11-dək davam edən COP28 konfransında 200-ə yaxın ölkədən 70-mindən çox qonaq iştirak edirdi. Və Birləşmiş Ərəb Əmirlikləri tam 12 gün ərzində bu boyda geniş kontingentin həm rəsmi fəaliyyətini, həm də asudə vaxtını heç bir ciddi qüsura yol vermədən orqanizə etməyi və iştirakçıların nəticələrdən məmnunluğunu təmin etməyi bacardı.

Şübhəsiz ki, bizim də beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəmiz az deyil. Lakin onu da etiraf etməliyik ki, Bakı indiyə qədər heç vaxt bu cür böyük miqyaslı beynəlxalq toplantıya ev sahibliyi etməyib. Avropa Oyunları da, “Avroviziya” da öz miqyasına və qlobal əhəmiyyətinə görə COP29-dan çox-çox geridə qalır. Bu mənada COP28-in də, COP27-nin də təcrübəsini ciddi anlamda nəzərdən keçirməyimiz, öyrənməyimiz qaçılmazdır.

Bütün təşkilati işləri vaxtında və yüksək keyfiyyətlə icra edib tam hazırlıqlı olmağımız üçün bizim qarşıda cəmi 10 ayımız var. Bu, olduqca az müddətdir və biz bu qısa müddət ərzində bir sıra mühüm problemləri həll etməliyik.

Bir çox istiqamətlər üzrə intensiv iş aparılmalıdır. Qətiyyən vaxt itirmək olmaz. Elə bu andan etibarən ciddi hazırlıqlara başlanılmalıdır. Paytaxtımız sözün yaxşı mənasında qaynar qazanı xatırlatmalıdır. Eləcə də digər şəhərlərimizdə və bölgələrimizdə də bir xeyli işlər görülməlidir.

Görüləsi işlərdən biri də heykəllərimizin və tarixi abidələrimizin normal hala gətirilməsidir. Çünki bizdən fərqli olaraq əcnəbilər ilk növbədə məhz tarixi abidələrə və heykəllərə xüsusi maraq göstərirlər. Bizim bu məsələdə ciddi problemlərimiz var. Yerlərdə bir sıra tarixi abidələr və heykəllər tamamilə baxımsız vəziyyətdədir.

Misal üçün, Naxçıvanda yaşayan dəyərli pedaqoqumuz Nazəndə Vəliyeva-Məcidli bu günlərdə Facebook hesabında əfsanəvi memarımız Əcəmi Naxçıvaninin Naxçıvan şəhərindəki heykəlinin şəkillərini paylaşmışdı. Həmin şəkillərdən məlum oldu ki, sözügedən abidənin postamentindəki yazılar hələ də kiril əlifbasındadır və demək olar ki oxunmur...

2024-2025-ci illərdə 900 illik yubileyi UNESCO səviyyəsində qeyd olunacaq Əcəminin heykəlinə belə laqeyd yanaşmaq həm də dəyərlərimizə, tarixi irsimizə hörmətlə yanaşmamağın göstəricisidir.

Və yaxud, “Artefakt Ovçuları / Охотники за Артефактами“ vətəndaş təşəbbüsü qrupunun rəhbəri, yorulmaz araşdırmaçımız Sabit Coculunun bu yaxınlarda sosial şəbəkələrdəki paylaşımlarının birindən öyrəndik ki, Qaradağ rayonu ərazisində yerləşən Miəcik (Qaraçı) Karvansarayı tamamilə bərbad vəziyyətdədir.

Həmin karvansaray bərpa edilərsə, hətta bu gün də öz təyinatı üzrə istifadə oluna və əcnəbi turistlərin axın etdiyi məkanlardan birinə çevrilə bilər.

Əlbəttə, bütün bunlar ilk növbədə Mədəniyyət Nazirliyinin diqqət yetirməli olduğu məsələlərdir.

COP29-un yüksək səviyyədə baş tutması tək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yox, həm də bilavasitə Mədəniyyət Nazirliyinin işidir. Bu nazirlik COP29-un qonaqlarının marağını cəlb edəcək bütün tarixi məkanların, muzeylərin, abidələrin müasir dünya standartlarına uyğun təqdimatına elə indidən çox ciddi şəkildə hazırlaşmalıdır.

Düşünürəm ki, COP29 qlobal iqlim problemlərinin həlli ilə bərabər, tarixi abidələrimizə laqeyd münasibətimizin aradan qaldırılmasına da mühüm töhfə verə bilər.

P.S.

COP29 təbiətə, ekologiyaya, şəhər mədəniyyətinə münasibətimizə də bir xeyli müsbət yeniliklər gətirəcək.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

John Doe 21 saat əvvəl

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

John Doe 1 gün əvvəl

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

John Doe 1 həftə əvvəl

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

John Doe 2 həftə əvvəl

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

John Doe 1 ay əvvəl

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasın...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
• İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb}

İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəst...

28 may 2026 15:40:04
• İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib}

İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri ist...

28 may 2026 15:29:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com