19 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Əntiqə Qonaq: Jurnalist ömrü başqalarına bənzəməz

3 ay əvvəl 113 01

Əntiqə Qonaq:

Jurnalist ömrü başqalarına bənzəməz

Jurnalist ömrü başqalarına bənzəməz. Bunu 45 illik peşəkar jurnalist fəaliyyətimə söykənərək deyirəm. Ən əvvəl yaradıcı insan olduğu üçün rahatlığı, dincliyi heç olmaz. Beyni daim yazacağı mövzuların deposu, üstəgəl necə yazmalı, nədən başlayıb, nədə bitirməli. Zamanı da qabaqlayanlar. Ətrafdakı insanlardan bir gün əvvəl yaşayanlar. Ən çox da qəzetçilərə aid bir ömür desək. Bəlkə də bu üzdən çoxlarının ömür yolu qısa olur. Bəzilərinə normal gəlsə də, həmkarlarına görə uzun olmayan, yorğun bir həyat hekayəsi. Ustad jurnalist, tanınmış publisist, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun həyatına bənzər. Anadan olmasının 75 illiyinə həsr olunmuş anım tədbiri Azərbaycan Mətbuat Şurasında keçirildi. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Şakir Yaqubov yaradıcılığının örnək mahiyyət daşıyan tərəflərindən söz açdı, mərhumun ömür yolunun jurnalist peşəsinə sonsuz sədaqətin nümunəsi olduğunu vurğuladı.

1951-ci ildə Astara rayonunda anadan olmuş Ş.Yaqubov 1974-cü ildən 2000-ci illərədək “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news” və “Panorama” qəzetlərində çalışıb, həmin nəşrlərdə müxtəlif rəhbər vəzifələr tutub. Sonrakı 10 ildə isə o, Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru kimi çalışıb. Dövri mətbuatda çap olunmuş onlarla dəyərli əsərin tərcüməçisi, publisistik kitabların, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktoru olan Ş.Yaqubovun yazıları ayrı-ayrı sənət və yaradıcılıq toplularında yayılıb və bütün bunlar ona populyarlıq qazandırıb. Bu, ustad jurnalistin sevdiyi peşəsinə həsr etdiyi ömrünün rəqəmlər və faktlarla ifadə olunan bir tərəfi. Amma onun yaradıcılığını tədqiq edən bir araşdırmaçı olarsa cildlərlə kitablar yazaraq onun gənc nəsillərə örnək ola biləcək yaradıcılığının səhifələrini bir daha vərəqləyə bilər. Və bu araşdırmalar jurnalist ixtisasına yiyələnməkdə olan gənclər üçün dərs vəsaiti olmaqla bir məktəb olar. Öyrənilməsi, tədqiq olunması, yayılması və mətbuat tarixinə yazılması olan bir məktəb. Ən əvvəl onu deyim ki, Ş. Yaqubov geniş və çoxşaxəli yaradıcılığa malik bir jurnalist olub. Onun üçün çətin mövzu, yad sahə olmayıb. Və yazdığı bütün sahələri əhatəli şəkildə, maraqlı və məzmunlu, səlist, oynaq dillə, duzlu qələmlə ifadə edə bilib. Az-az jurnalistdə rast gəlmək olar bu cür genişmiqyaslı fəaliyyətə. Daha sonra onun yazılara olduqca maraqlı və cəlbedici sərlövhə vermək qabiliyyəti. Bunu də yüzdən bir jurnalist ya bacarar, ya da ki, yox. Təhsil illərində sevimli müəllimimiz, ustad jurnalist Nəsir İmanquliyev uğurlu sərlövhənin məqalənin oxunmasında və geniş oxucu kütləsi qazanmasında mühüm əhəmiyyətindən təkrar- təkrar danışardı. Həqiqətən də eləymiş. Ş. Yaqubovun "Yaddaşımın küncündən" adlı xatirələr və anılardan ibarət kitabını vərəqlədikcə yazıların başlıqları adamı onu oxumağa vadar edir. O məqalələrin yazılmasından və dərc olunmasından illər keçsə də. "Uşaqlığımın iki obyektindən...beş xatirə", "İrəvanda hal qalmadı", "Çəkməçi akademiki nə cür sağaltdı", "Baş katibin ölüsünü necə "yuduq"", "Nağılbazın nağılbaz olmayan atası", "Qaqarinin anasını necə narazı qoyduq...", "Yaxşı kişinin yaxşılıqları", "Heydər Əliyev Brejnevi rüsvayçılıq dan qurtardı", "Həbsxanadan daha ağır cəzaya tuş olmuşdu", "Sakit ömrün sakit sonluğu", "Bizlərdən biriydi, bizim kimi deyildi", "Abırlı adamın abır saxlamağı", "Ömrün zəfəri və faciəsi", "Qüds yox, Yerusəlim", "Yazılmalı yazı", "AzərTAc-ın "C"-si", "Heç vaxt 60 yaşa çatmayacaq atamdan da, anamdan da yaşlıyam"... Bu siyahını nə qədər desən uzatmaq olar. Zənnimcə bu bir-birindən maraqlı sərlövhələrin sırasını uzandıqca uzatmaq olar. Amma bir reallıq var ki, bu məqalə başlıqları özlüyündə bir dərs vəsaiti, bir məktəbdir. Oxunulası, öyrəniləsi o qədər şey var ki... Və ata-anasından yaşlı olduğunu söyləyərək özünü gözə gətirdi bəlkə də. Yaradıcılığının ən parlaq və kamil çağında həyata əlvida dedi. Amma onun məktəbini keçənlər, ondan jurnalistika dərsi alanlar, onunla bir yerdə işləyənlər, onun zəngin və çoxşaxəli yaradıcılığına yaxından bələd olanlar anım günündə ailəsini, övladlarını tək qoymadılar.

Toplantıda çıxış edənlərdən tanınmış telejurnalist, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, veteran jurnalist, əməkdar mədəniyyət işçisi Qüdrət Piriyev, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar jurnalist Əminə Yusifqızı, əməkdar jurnalist, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, “Xalq qəzeti”nin şöbə müdiri İmran Bədirxanlı, əməkdar jurnalist Əntiqə Qonaq, əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, tanınmış jurnalist Hikmət Sabiroğlu, veteran jurnalist Hacı Mehman Fərzullayev, əməkdar jurnalist Mahir Cavadlı, Ş.Yaqubovun tələbə yoldaşı və dostu Hüseyn Qaraşov, iş yoldaşları Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, Sənubər Qasımova, Seymur Elsevər və başqaları çıxışlarında Ş.Yaqubovu klassik jurnalistika ənənələrinin davamçısı kimi xarakterizə etdilər. Natiqlər ustadın qələmə aldığı məqalələrin mövzu rəngarəngliyindən, janr müxtəlifliyindən söz açaraq bildiriblər ki, Ş.Yaqubov sözə dəyər verən hər kəsin səmimi və qayğıkeş dostu, həmdəmi və himayəçisi olub. Bu keyfiyyətləri, eləcə də ensiklopedik biliyi, novatorluğu və təşəbbüskarlığı onu digər həmkarlarından fərqləndirib.

Ş.Yaqubovun övladı Aysel Yaqubova atası barədə qədirbilənliklə söylənilən xoş sözlərə və dəyərli fikirlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Nurlar içində yat ustad.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Məmməd Əvəzoğlu: Qalmışıq

Məmməd Əvəzoğlu: Qalmışıq

John Doe 3 gün əvvəl

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

John Doe 4 gün əvvəl

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

John Doe 1 həftə əvvəl

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 3 həftə əvvəl

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

John Doe 4 həftə əvvəl

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com