Qulu Məhərrəmli:
Pilot əsir götürülsəydi Trampa və Pentaqona ciddi əzablar yaşadacaqdı
ABŞ-nin İranda vurulan F-15 təyyarəsinin ikinci pilotunun dünən bir növ macəra kimi xilas edilməsi lap Hollivud filmlərinin fantastik süjetini xatırladır. Həmin pilotun əsir götürülməsi Trampa və Pentaqona ciddi əzablar yaşadacaqdı. Bəs pilotu İranın dərinliklərindən-İsfahan yaxınlığından necə tapıb döyüş vertolyotu ilə çıxarıblar?
Əslində F-15 döyüş təyyarəsi vurulduqdan sonra, iki pilotun xilas edilməsi üçün ABŞ xüsusi hazırlıqlı 200 əsgər göndərib. Təyyarənin birinci pilotu daha tez – gündüz vaxtı və İran qüvvələrinin ağır atəşi altında xilas edilib.
İkinci pilot isə yaralı olmasına baxmayaraq, dağlıq ərazidə 24 saatdan çox sağ qalıb. “Fox News” yazıb ki, hər iki pilot qəzadan sonra ABŞ qüvvələri fövqəladə kommunikasiya qurğuları ilə əlaqə yarada biliblər. ABŞ rəsmilərinin dediklərinə görə, pilotların arxasınca SEPAH və “Bəsic”in xüsusi birlikləri də düşüblər. Bunun üçün ABŞ-nin xilasetmə komandasına maneə yaratmağa cəhd edilib, amma İran birlikləri zərərsizləşdirilib.
Atışma zamanı İran qüvvələri arasında itkilərin olduğu iddia edilir. Bununla belə xilasetmə zamanı ABŞ-nin iki xilasetmə təyyarəsinin İran tərəfindən vurulduğu, onun heyəti arasında yaralıların olduğu, amma onların da İrandan sağ-salamat çıxarıldığı bildirilib.
Pentaqon bu xilasetmə planını tarixə düşəcək fövqəladə hərbi əməliyyat kimi qiymətləndirib.
* * *
Tramp gözünün içinə kimi yalan danışır,
Yaxın günlərdə həqiqət aydın olacaq, baxaq görək Trampln yeni uydurması nə olacaq))
Təsdiqini tapmayan məlumatlara görə birinci desant təyyarəsi və qırıcıların müşayəti ilən İsfahan ərazisinə tökülüb, amma təyyarə və iki qırıcı F-15 və F-35 vurulub.
Döyüş gedib, hər iki tərəfdən itkilər var.
Əsir götürülənlər haqda İran tərəfi açıqlama verməyib, yanlış-aldadıcı SOS verilib,ABŞ pilotlarının cihazlarıyla
Yenidən ABŞ-ın xilasedici helikopterləri əraziyə yaxınlaşıblar, bu əməliyyat da uğursuz olub.
Yaxın günlərdə həqiqəti biləcəyik, düşünürəm
Amma real görüntülər tam əksini göstərir. Pilotu xilas etməyə enən təyyarələrdə vurulub. Necə qaçırıblar pilotu? Həqiqət budur ki Amerika iki qat itki verib və pilotlarda sepahın əlindədir. Yaxında üstü açılacaq görək onda nə deyəcək tramp ya siz kimilər.
Tutub dərisini soysaydilar əla olardı. 169 məktəblinin qanı yerdə qalmazdi. Tramp sevənlər inciməsin ha ...
Əgər bu doğrudan da belə olubsa, həqiqətən də tarixə düşəcək bir əməliyyatdır. Fərqi yoxdur hansı dövlətin ordusu icra edib. Belə bir əməliyyatı kinolarda görmüşük.
Bunlar ancaq yaralanır. Qərb mediası elə bilir ki bizdə hamı qoyundur və onların dediklərinə inanır. Amma bilmir ki bizdə bəziləri qoyundur
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.