Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı Azərbaycan bəstəkarlarının zəngin və rəngarəng yaradıcılığını əks etdirən əsərlərlə yadda qaldı.
6 aprel tarixində dirijor Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı Azərbaycan bəstəkarlarının zəngin və rəngarəng yaradıcılığını əks etdirən əsərlərlə yadda qaldı.
Konsert proqramı görkəmli bəstəkar Qara Qarayevin “Sonatina” əsəri ilə açıldı. Simli kvartet üçün Fərəc Qarayev tərəfindən işlənmiş bu əsər öz incə musiqi dili və klassik formaya müasir yanaşması ilə dinləyicilərin diqqətini cəlb etdi.
Daha sonra Elnarə Dadaşovanın piano və orkestr üçün “Prelüd” əsəri ifa olundu. Əsərin solisti, pianoçu Rəfiqə Quluzadə yüksək peşəkarlıq nümayiş etdirərək dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.Solist bis olaraq Qara Qarayevin A-dur prelüdünü dinləyicilərə təqdim etdi.
Konsertdə Məmmədağa Umudovun “Rəqs-fantaziya” əsəri də səsləndi. Ritmik və emosional zənginliyi ilə seçilən bu əsər proqramın dinamik xəttini daha da gücləndirdi.
Konsert proqramının növbəti hissəsində Cavanşir Quliyevin simli orkestr üçün 4 nömrəli “Dastan” simfoniyası səsləndirildi. Əsərdə solist kimi çıxış edən violin ifaçısı Surə Rüfət öz parlaq ifası ilə xüsusi diqqət qazandı.
Gecənin finalında Firəngiz Əlizadənin “Rəqs” əsəri səsləndirildi. Müasir musiqi üslubunu milli elementlərlə ustalıqla birləşdirən bu kompozisiya konsertin möhtəşəm yekunu oldu.
Beləliklə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdim etdiyi bu konsert milli musiqi irsinin müasir interpretasiyası baxımından əlamətdar bir sənət hadisəsi kimi yadda qaldı.
RUS:
6 апреля концертная программа Государственного Камерного Оркестра Азербайджана имени Кара Караева под руководством заслуженного артиста, дирижёра Эйюба Гулиева запомнилась произведениями, отражающими богатое и многогранное творчество азербайджанских композиторов.
Концерт открылся произведением выдающегося композитора Кара Караев — «Сонатина». Эта пьеса, обработанная для струнного квартета Фарадж Караев, привлекла внимание слушателей своим изящным музыкальным языком и современным подходом к классической форме.
Затем прозвучала «Прелюдия» для фортепиано с оркестром Эльнара Дадашова. Солистка, пианистка Рафига Гулузаде, продемонстрировала высокий профессионализм и была тепло встречена публикой. В качестве бисa она исполнила прелюдию ля мажор Кара Караев.
В программе также прозвучало произведение Мамедага Умудов «Танец-фантазия», отличающееся ритмической и эмоциональной насыщенностью, что усилило динамическую линию концерта.
В следующей части вечера была исполнена Симфония №4 «Дастан» для струнного оркестра Джаваншир Гулиев. Солистка-скрипачка Сурa Руфет привлекла особое внимание своим ярким исполнением.
Финалом вечера стало произведение Фирангиз Ализаде «Танец», в котором современный музыкальный стиль мастерски сочетается с национальными элементами, став впечатляющим завершением концерта.
Таким образом, концертная программа, представленная Азербайджанский государственный камерный оркестр имени Кара Караева, стала значимым художественным событием с точки зрения современной интерпретации национального музыкального наследия.


.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.