Livan 9 apreli hücumlarda həlak olanların xatirəsinə matəm günü elan etdi
Livan hökuməti 9 apreli milli matəm günü elan edib.
Müvafiq fərman Livanın Baş naziri Nəvaf Salam tərəfindən imzalanıb.
Fərmana əsasən, 9 aprel İsrail hücumlarında həlak olanların xatirəsinə milli matəm günü elan edilib.
Mülki Müdafiə İdarəsi əvvəllər ABŞ və İran arasında atəşkəsdən sonra İsrailin Livana hücumlarında 254 nəfərin öldüyünü bildirmişdi.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz növbəsində bildirib ki, bu müddət ərzində İran silahlı qüvvələri ilə əlaqələndirilərək və texniki məhdudiyyətlərə tabe olaraq Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
İsrail mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə qarşı hücumlara başlayıb. Daha sonra İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Livanda atəşkəsin planın ilk şərti olduğunu bildirib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.