Ağcabədidə çiyid səpininə start verildi
Aprelin 17-də Ağcabədi rayonunda pambıq əkini üçün nəzərdə tutulan sahələrdə çiyid səpininə start verilib. Bununla bağlı çəkiliş qrupumuz “Prime Cotton” MMC-nin Ağcabədi filialı ilə müqavilə bağlayan fermer Məmməd Axundovun, həmçinin AzərPambıq Aqrar Sənaye Kompleksi MMC-nin Ağcabədi filialı ilə müqavilə bağlayan III dərəcəli Əmək Ordenli fermer Famil Quliyevin sahələrində olub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səpin prosesi ilə yaxından tanış olmaq məqsədilə ərazidə olub, prosesi yaxından izləyib, pambıqçılarla fikir mübadiləsi aparıb. Ümumilikdə 32 və 83 ha ərazilərdə “Fiona”, eləcə də “1010” və “Ramzes” çiyid sortları səpən hər iki təcrübəli fermerin bu il məhsulla bağlı gözləntiləri yüksəkdir.
Qeyd edək ki, səpin zamanı sahələrdə tam işlək vəziyyətdə olan texnikalardan, o cümlədən texniki baxışdan keçirilən müxtəlif çiləyici texnikalardan istifadə olunur. Hava şəraiti əlverişli olarsa səpin proseslərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
Rayonumuzun pambıq təsərrüfatı üçün xeyirli olsun!
































03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.