Məktəbdə şəhid Tacəddin İsmayılzadənin anası ilə görüş keçirilib
Corat qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbin şəhid Tacəddin İsmayılzadənin adını daşıyan 5b sinifində şəhidin anası Aygün xanım və Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşlə görüş təşkil olunub. 5b sinifinin rəhbəri Xalidə Cəbrayılovanın təşəbbüsü ilə həyata keçirilən görüşdə qonaqlar məktəbin direktoru Nuranə Hümbətova tərəfindən böyük hörmətlə qarşılanaraq konfrans otağına dəvət olunublar. Görüş zamanı şagirdlər şairə Esmira Günəşin şəhid Tacəddin İsmayılzadəyə həsr etdiyi şeirləri səsləndirib. Daha sonra şəhid anası çıxış edərək, 7 saylı məktəbin kollektivinin şəhidlərimizin xatirələrini hər zaman yaşatdığı üçün onlara təşəkkür edib və şairə Esmira Günəşlə birlikdə Xalidə müəllimə hədiyyə təqdim ediblər. Esmira Günəş elə tədbir zamanı məktəbin direktoru Nuranə xanıma bədahətən həsr etdiyi şeiri səsləndirərək, hər zaman şəhid ailələrinin yanında olduqları üçün təşəkkürünü bildirib. Tədbirin sonunda qonaqlara 5b sinifi adından gül dəsrələri təqdim olunub.
Dəyərlimiz Nuranə müəllim üçün
Ay mənim yurdumun gözəl müəllimi,
Yolun şərəflidir, işin nümunə.
Verdiyin təhsillə, biliklər ilə,
Nur, işıq saçırsan şagird ömrünə.
Nuranə müəllim, ey əziz insan,
Siz 7 nömrəli məktəbin gözü.
Orda müəllimlərin sevinən qəlbi,
Orda şagirdlərin söhbəti-sözü.
Nə yaxşı tanıdıq, sevdik biz sizi,
Hər uğur yeni bir uğur gətirsin.
Sizin qurduğunuz bu gözəlliyi,
Hər kəs bir-birinə belə ötürsün.
17.04.2026
Cəbrayılova Xalidə müəllimə
Ömrün 25 ilin,
Təhsilə həsr etmisən
Bu illərdə nə qədər,
Şagird yetişdirmisən.
Ay Xalidə müəllim,
İllər keçib aradan.
Gör necə bir ürəklə,
Yaradıbdır Yaradan.
Şəhid Tacədinimin
Yaşadırsan adını.
O, qəhrəman canıyala,
Qorumuşdu xalqını.
İlk dəfə gimnaziyada,
Görmüşdün Tacəddini.
Ondan əskik etmədin
Müəllim tək sevgini.
Dəyişsən də məktəbi,
Dəyişmədi bu sevgin.
7 saylı məktəbdə,
Yaşatdı onu qəlbin.
Esmira Günəş
14.04.2026


.jpeg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.