Azərbaycan Qırğızıstanda keçiriləcək Köçəri Oyunlarında iştirak edəcək
Azərbaycan 31 avqust - 6 sentyabr 2026-cı il tarixlərində Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarında iştirakını təsdiqləyib.
Bu barədə "Report"a Qırğızıstan mədəniyyət naziri Mirbek Mambetaliyev məlumat verib.
Onun sözlərinə görə, bu gün Bakıda VI Dünya Köçəri Oyunlarının təqdimatı keçirilib.
"Bu il Qırğızıstan VI Dünya Köçəri Oyunlarına ev sahibliyi edəcək. Açılış mərasimi Bişkekdə, Oyunların özü isə İssık-Kul gölündə keçiriləcək. Azərbaycan iştirakını təsdiqləyib. Biz həm idman yarışlarında, həm də mədəni və elmi proqramlarda iştirak edən həmkarlarımızı Bakıdan gözləyirik", - deyə nazir bildirib.
Mambetaliyev bildirib ki, Qırğızıstan və Azərbaycan arasında mədəni və humanitar əməkdaşlıq iki ölkənin prezidentləri Sadır Japarov və İlham Əliyevin dəstəyi ilə dinamik şəkildə inkişaf edir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.