Qadın millimiz AK-2026-nın finalına vəsiqə qazanıb
Kosovonun paytaxtı Priştində kişi və qadınlar arasında keçirilən və Azərbaycan millərinin də iştirak etdiyi 3x3 basketbolu üzrə Avropa Kuboku-2026-nın seçmə təsnifat mərhələsinə yekun vurulub. Qeyd edək ki, qadınların yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb. Tam heyətlə (4 nəfər) deyil, cəmi 3 nəfərlə (Arika Karter, Tatyana Deniskina və Aleksandra Molenhauer) əvəzetmədən meydana çıxan qadın millimiz qrupda Kipr (16:10) və Maltanı (15:14) məğlub edərək qrup lideri kimi yüksəldiyi yarımfinalda Kosovonu (21:5) üstələyərək finala yüksəlib. Həlledici finalda isə millimiz İrlandiyadan (21:20) üstün olaraq, Avropa Kuboku-2026-nın 11-13 sentyabr günlərində Antverpendə (Belçika) keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Məşqçi Zaur Pasayevin rəhbərliyi altında sözügedən yarışa əsasən gənclərdən ibarət heyətlə qatılan kişilər komandamız isə yalnız yarımfinala qədər yüksələ bilib. Heyətində Nicat Nəsirov, Əlibəy Məmmədli (hər ikisi 21 yaş), Rəşid Abbasova (22 yaş) və Nəzər Quliyevin (24 yaş) cəmləşdiyi kişi millimiz qrupda Albaniyaya (20:21) uduzduqdan sonra Malta (18:16) və San-Marinonu (21:20) məğlub edərək yarımfinala yüksəlib. Amma, bu mərhələdə Klprlə (10:21) bacarmayıb.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.