Ermənistanda müxalifət üzvlərinin həbsləri davam edir
Məhkəmə "Ermənistan" blokundan Milli Məclisə namizəd Ruslan Barseqyan və "Güclü Ermənistan" blokundan namizəd Aşot Yegiazaryan barəsində həbs qətimkan tədbiri seçib. "Ermənistan" blokundan olan digər namizəd Asatur Köçəryan ev dustaqlığına buraxılıb.
Ruslan Barseqyan iki ay müddətinə həbsdə saxlanılıb. Aşot Yegiazaryan da həbsdə saxlanılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, o, seçki rüşvətinin verilməsində və alınmasında iştirak etməkdə ittiham olunur.
17 iyunda Mərkəzi Seçki Komissiyası prokurorluğun Asatur Köçəryan, Ruslan Barseqyan və Aşot Yegiazaryanın toxunulmazlıq hüquqlarından məhrum edilməsi barədə vəsatətini təmin edib.
Bundan əvvəl Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına Ermənistanın ikinci prezidenti Robert Köçəryana, eləcə də "Ermənistan" blokundan parlamentə namizədlər Asatur Köçəryana və Ruslan Barseqyana qarşı cinayət təqibinə icazə verilməsi üçün müraciət etmişdi.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.