05 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

NARINC MƏMMƏDOVADAN DANIŞMAQ İSTƏYİRƏM

1 ay əvvəl 69 01

NARINC MƏMMƏDOVADAN DANIŞMAQ İSTƏYİRƏM

O Narıncdan ki, Füzuli rayon Mahmudlu 2 kənd məktəbinin müəllimidir.
ADPU-nin riyaziyyat fakültəsini bitirib 1991 – ci ildən öz kəndində Qeyrət İbişov adına məktəbdə müəllim işləməyə başlayıb. Ailə qurduqdan sonra bir müddət Moskvada yaşasa da yurd həsrəti onu rahat buraxmayıb. Yenidən öz elinə qayıdıb:
- Torpağıma bağlıyam. Azərbaycandan, bu kənddən uzaqda yaşaya bilmədim. Öz kəndimin övladlarına dərs demək, onların savadlanmasına xidmət etmək  istədim. Bundan böyük xoşbəxtlik yoxdur mənim üçün.
Sizə  Narınc Məmmədovadan danışıram
O Narıncdan ki, 1965 – ci ildə illərdi yaralı olan o torpaqlarda dünyaya gəlib, böyüyüb və illərlə  təhlükəylə iç-içə yaşayıb. İllərlə güllə səsi  eşidib. İllərlə əsgərlərimizlə birgə döyüşüb, yaralanıb, şəhid olub.
- Kəndimiz cəbhə xətti idi. Işğal olmuş ərazilər bizdən sonra başlayır. Ermənilər atəşkəsi tez-tez pozurdu. Elə bilirsiz ölümdən qorxuram? Qətiyyən.  Oğlanlarım ali təhsillidi. İş də yox idi. “Bakıya, Gəncəyə getsinlər” deyə məsləhət verənlər, gedənlər də çoxdu. Amma onlar getmir. Heç nə bir addım o yandakı torpaqlarımızın düşmən əlində olmasından ağır deyildi. Neçə dəfə böyük oğlum İrana keçib ordan torpaqlarımıza baxıb. İçimizdə həmişə bir ümid, bir inam olub. Elə bilirdim burdan getsək, o ümidi itirərik. On metrlik bayraq da tikmişdim. Həmişə düşünürdüm ki, torpaqlar azad olunacaq və mən onu rayonlarımızdan, yüksəkliklərdən birində asacam. Müharibə başlayanda, nə qədər ağrılı olsa da, sevindik.  Kişilər qalsa da, qadınların bir çoxu çıxdı kənddən. Bizim məhlədə dörd qadın qalmışdıq. Güllələrin, təcili yardım maşınlarının səsi hələ qulaqlarımdadır. Bundan ağrılı səs yoxdu mənim üçün. Çox çətin idi.
O günlərdə doğmaların, dostların səs yazılarını dinləyirəm. Hamısı narahatlığını bildirir, “bəlkə bir-neçə günlüyə də olsa, kənddən çıxasan” deyirlər.
O gedə bilmir. “Şəhidlərimizi, yaralılarımızı, əsgərlərimizi qoyub gedə bilmərəm” deyir hər igidlə şəhid olan, yaralanan Narınc xanım.
- Təsəvvür edə bilməzsiniz necə çətin idi. Sentyabrın 27-də  savaş başladı. Elə bil  atışmalar kənddə idi. Evim əsas yola, məscidə yaxındı. Bir-neçə saatdan sonra artıq ilk yaralıları, şəhidləri gətirirdilər. Hava qaralırdı. Dayan bilmədim.  Məscidin həyətinə getdim. O mənzərəni görmək ölümdən betərdi. Bir müəllim üçün məzunlarının şəhid olduğunu görmək ikiqat ağrılıdı. Sevimli şagirdimi - Şahnuru da orda gördüm... Elə Füzulidə hərbi hissədə xidmət edirdi. Kapitan idi...
Sizə Kapitan Şahnur Hüseynovun döyüş yolunda rastladığım Narınc müəllimədən söhbət açıram.
O günlərdən danışan Narınc müəllimənin səsi də, sözləri də yamyaş idi. Oğlanları ilə daim əgərlərimizin yanında olub Narınc xanım:
- Oğullarım orduya yazılmışdılar könüllü. Aparmadılar. “Bura da cəbhə hesab olunur, arxa cəbhə önəmlidir” deyirdilər. Hər gün onsuz da əsgərlərlə idilər, ehtiyaclarını öyrənirdilər. Yaralıları daşıyırdılar. Hər gün yemək bişirirdik, necə olsa ev yeməyidi. Anayam həm də. Hər bir əsgər övladımdı elə bil. İstəyirdim ana yeməyi yesinlər.
Yenə səsi qırılır: Bəlkə hansısa sonuncu dəfə mənim bişirdiyim aşı yeyib...
Əgərlərimizin Narınc müəlliməyə göndərdiyi görüntülərə baxıram, səslərini dinləyirəm. Təşəkkür edirlər, göndərdiyi yeməklərin ləzzətindən danışırlar. Narınc müəlliməsə Gəncədə uşaq evində böyüyən Əmrah Rəcəbovu xatırlayır: - Dedilər, Şəhidimiz var, kimsəsizdi, uşaq evində böyüyüb , bəlkə siz gələsiz... Kimsəyə demədim, yəni icazə-filan almadım, şagirdlərimi götürdüm. Bayraqlarla getdik. Təkcə külü vardı... Ürəyim az qalırdı partlasın... Biz onun ailəsi olduq.
Gözünün seli hər şeyi yuyub aparır elə bil. Qələbənin şirinliyində necə acılar var. “Bütün analar onun anası oldu” sözlərimi eşitdimi? Hələ də bilmirəm. Özümü yığıb - yığışdıra bilmirdim. Əmrah kimi yandım, külə döndüm. Dəfələrlə “Sən hamımızın oğlu oldun” deyə pıçıldadım.
Əmrah bütün Azərbaycanın qəhrəmanı olsa da, Gəncədə böyümüşdü.  Gəncə öz Şəhid oğlunu layiqincə qarşılayıb, layiqincə yola salıb.
Neçə-neçə əmrahlar, şahnurlarsa Narınc xanımın yaddaşındadı. Qələbə möhtəşəmliyinə aparan ağrılı-acılı, qürurlu günlər yaşayıb, arxa cəbhədəki işinə görə fəxri-fərmanlar alıb:
- Hər saat, hər gün bir qəsəbə, bir kənd, bir rayon azad olunurdu.  Əsgərlər bayraq istəyirdilər, azad olunan hər qarış torpağa bayraq  asmaq arzusundaydı hamısı. Özümüz tikdiyimiz  50-60 bayrağımız vardı məktəbdə, tədbirlərdə istifadə edirdik. Hamısını əsgərlərə verdim. O 10 metrlik bayrağı da...
Ürəyinnən qopub gələn gözyaşlarını görürəm elə bil.
- Bilirsiz necə sözəgəlməz duyğular yaşayıram bayraqlara baxdıqca. Oğlum da  mümkün qədər azad olunmuş torpaqlara gedirdi. İndi özüm də gedirəm. Artıq qayıdışdı.  Doğma yerlərdə dalğalanan bayraqlarımızın videolarını  çəkirik. Baxıb düşünürəm ki, onların arasında mənim bayraqlarım da var. O 10 metrlik bayraq da var. Bizim bayraqlarımızdı. Qürur duyuram...
Səsində doğma küləklərlə oxşanan bayraqların  titrəyişini hiss edirəm Narınc xanımın. Ürəyim, gözüm, əllərim də də əsir elə bil. İçimdə hayqırtı var:
- Qarabağı bayraqlarımız bəzəyir. Qarabağlm... Bayrağım... Azərbaycanım...
Yuxu kimi gəlir hələ də.
Ən möhtəşəm xəyalımın gerçək olma şirinliyinin dadını hiss edirəm .
Mənim bayrağım. Bizim bayraq. Azərbaycan bayrağı. Öz elinə, obasına qovuşan Bayrağım. Nə qədər qürurvericidi. İlahi bir sevincdi Narınc müəllimə.
Kaş bir gün Bayrağımız bütün torpaqlarımızda beləcə qürurla dalğalansın.
Narınc xanımınsa gözləri yol çəkir kim üçünsə:

- Gözlərimi yolda qoyan xatirəm var. Məktəbdə əsgərləri yerləşdirmişdilər. Məktəbə gedəndə bir əsgər yaxınlaşdı. Cibindən bir kağız çıxardı.  Məktəbdə rəsm sərgilərimiz olur. Xocalı soyqırımına həsr olunmuş sərgidən bir rəsmi götürmüşdü.

Bir şagirdimiz bölünən ürək çəkmişdi.Yarısı qara, yarısı qırmızı. Dedi ki, torpaqlarımızı azad edəcəyik. Mən bu şəklin  qarasını qırmızıyla çəkəcəm, bu ürək bütövləşəcək gətirib yerinə asacam.  Hələ də o əsgəri gözləyirəm... Təəssüfki adını bilmirəm. Bir ana övladını gözləyən kimi gözləyirəm... Sosial şəbəkədəki paylaşımlara, videolara baxıram. O əsgəri axtarıram. Bəlkə heç sağ deyil... Amma mən  gözləyirəm. Mən o əsgərə, əsgərlərimizə  inanırdım.

Fəxrlə tez-tez “Qapım Zəfər yoluna açılır və bu yol düz Şuşaya gedir”deyə təkrarlayan Narınc xanım inanın! İnanın ki, O əsgər gələcək. O əsgərlər gələcək.

Bir gün AZƏRBAYCANIMIZIN  bütöv şəklini çəkəcək.

Əziz oxucu, Sənə 2020-ci ilin son aylarında qiyabi tanış olduğum, indisə doğmalaşdığım Narınc Məmmədovadan söz açıram. Sonralar Bakıda keçirilən tədbirlərimə gələn Narınc müəllimənin sayəsində Mahmudlu 2 kəndində çoxları imzamı tanıyır. Tədbirlərdə şeirlərim səslənir. Bu kənddə bütün şəhidlərin xatirə lövhələri var. Azərbaycanın istənilən bölgəsindən şəhid ailələri Mahmudlu2 kəndinə gəlir. Narınc müəllimə, demək olar ki, hər gün öz şagirdləri ilə birlikdə Şəhidlər xiyabanına gedir. Anım günləri keçirir.  Onun paylaşımlarına baxanda düşünürsən ki, Q. İbişov adına Mahmudlu 2 kənd məktəbində sadəcə uşaqlar oxumur, vətənpərvər, vicdanlı, məsuliyyətli vətəndaş ordusu yetişir. Ona görə də mən ötən il bu qəhrəman kəndin qəhrəman məktəbinin şagirdləri ilə görüşə qürurla getdim. Məktəbin direktor müavini Narınc müəllimənin təşkilatçılığı ilə keçən görüş hər birimizin ömrünə yazıldı. Bir daha əmin oldum ki, bütün tənqidlərə, təhqirlərə baxmayaraq öz dövlətini sevən vicdanlı müəllimlər var. Onların bu vətəni hər an qorumağa hazır olan məzunları var.
Onlara baxanda inanıram ki,  bir gün qapılarımız İrəvana, Göyçəyə, Zəngəzura, Ərdəbilə, Təbrizə gedən Zəfər yoluna açılacaq.

P. S. İyunun 25-də Narınc müəllimənin doğum günüdür. Onun simasında dövlətini sevən bütün vicdanlı, məsuliyyətli vətəndaşlarımızı təbrik edirəm.

Kəmalə Abiyeva

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rüstəm Behrudi: Yaradıcı adam üçün əsas məsələ nəyi yazmaq deyil, necə yazmaqdadı

Rüstəm Behrudi: Yaradıcı adam üçün əsas məsələ nəyi yazmaq deyil, necə yazmaqdadı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Ay Nabat

Məmməd Əvəzoğlu: Ay Nabat

John Doe 1 həftə əvvəl

Şəmil Sadiq: “Ötükən Xatirələri” tədbiri davam edir +VİDEO/FOTO=29

Şəmil Sadiq: “Ötükən Xatirələri” tədbiri davam edir +VİDEO/FOTO=29

John Doe 2 həftə əvvəl

Jurnalist Xanoğlan Əhmədovun 65 illik yubileyi qeyd edildi +FOTO=15

Jurnalist Xanoğlan Əhmədovun 65 illik yubileyi qeyd edildi +FOTO=15

John Doe 3 həftə əvvəl

Xatirə İsmayılova: Kamalə Abiyevaya

Xatirə İsmayılova: Kamalə Abiyevaya

John Doe 3 həftə əvvəl

Əlisa Qəmgin: Bu fani aləmdə hökmü zər verir...

Əlisa Qəmgin: Bu fani aləmdə hökmü zər verir...

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com