05 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

Hikmət Hacıyev: Azərbaycan İsraili "qırmızı xətt" barədə xəbərdar etdi

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. QHT
QHT

Yay Fest 2026-ya start verilib +FOTO=9

3 həftə əvvəl 93 01

Yay Fest 2026-ya start verilib +FOTO=9

İştirakçı sayına və müddətinə görə Azərbaycanın ən irimiqyaslı gənclər festivalı olan və hər il gənclərin həyəcanla gözlədiyi Yay Fest-ə 2026-cı il üzrə start verilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13 iyul tarixində başlayan festival 4 sentyabr tarixinədək davam edəcək.
Artıq altıncı dəfədir ki, təşkil olunan Yay Fest ötən illər ərzində on mindən çox gənci bir araya gətirərək onların intellektual, şəxsi və peşəkar inkişafına mühüm töhfələr verib, yeni dostluqların və innovativ təşəbbüslərin stimullaşdığı gənclər platforması kimi yadda qalıb. Festival bu gün təkcə açıq havada düşərgə formatında keçirilən layihə deyil, eyni zamanda ölkənin gənclər siyasətinin prioritet istiqamətlərini özündə əks etdirən, gənclərin liderlik potensialının inkişafını, ictimai iştirakçılığını, müasir bacarıqlarının formalaşmasını və dövlətçilik ənənələrinə bağlılığını təşviq edən layihə kimi özünü təsdiq edib.
Şamaxıda keçirilən festivalın cari il üzrə konseptual mövzusu müasir dünyanın inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətlər – süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar üzərində qurulub. Festival çərçivəsində iştirakçılar süni intellekt texnologiyalarının tətbiq imkanları, rəqəmsal həllər, innovasiya ekosistemi və gələcəyin peşələri ilə bağlı ən aktual mövzularda praktiki bilik və təcrübə əldə etmək imkanı qazanacaqlar. Belə ki, bu il süni intellekt və rəqəmsallaşmaya həsr olunan festivalda “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI - İdman və Sağlamlıq” adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Festival çərçivəsində hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.
Çadır tipli düşərgədə gənclər dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə interaktiv görüşlərdə, panel müzakirələrdə, vörkşoplar və master-klasslarda iştirak edəcəklər. Eyni zamanda festival müddətində keçiriləcək idman yarışları, intellektual müsabiqələr, komanda quruculuğu oyunları və konsert proqramları iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların şəbəkələşməsinə və komanda ruhunun inkişafına təkan verəcək.
Azərbaycan Respublikasının Gənclər Fondu 18–25 yaş aralığında ictimai fəallığı ilə seçilən gəncləri https://yayfest.az/ vasitəsilə qeydiyyatdan keçərək müsahibə mərhələsində iştirak etməyə dəvət edir.
Qeyd edək ki, düşərgədə iştirak ödənişsizdir və hər bir gənc yalnız bir düşərgədə iştirak etmək hüququna malikdir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“ƏBƏDİ BİRLİK – 5 İL: BİRLİKDƏN GƏLƏCƏYƏ” adlı yubiley tədbiri keçirildi +FOTO=10

“ƏBƏDİ BİRLİK – 5 İL: BİRLİKDƏN GƏLƏCƏYƏ” adlı yubiley tədbiri keçirildi +FOTO=10

John Doe 22 saat əvvəl

“Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Qobustan gənclərinə xidmət göstərir +FOTO=11

“Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Qobustan gənclərinə xidmət göstərir +FOTO=11

John Doe 22 saat əvvəl

Yay Fest-in “Kreativ AI” düşərgəsi uğurla başa çatıb +FOTO=15

Yay Fest-in “Kreativ AI” düşərgəsi uğurla başa çatıb +FOTO=15

John Doe 5 gün əvvəl

Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub +FOTO=11

Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub +FOTO=11

John Doe 1 həftə əvvəl

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb

John Doe 2 həftə əvvəl

Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb

Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com