07 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Bayramov ADR-in Kiyevdəki diplomatik missiyasının arxivlərinə baxış keçirib

Bayramov ADR-in Kiyevdəki diplomatik missiyasının arxivlərinə baxış keçirib

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Elm və Təhsil
YADA DÜŞƏN XATİRƏLƏR Elm və Təhsil

Fikrət Şiriyev: Yaqub Mahmudov- 85

2 il əvvəl 500 01

Fikrət Şiriyev:

Yaqub Mahmudov- 85

Fevralın 10-da xalqımızın görkəmli alimi və böyük ziyalısı, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı(1986-1990, 1994-2004), Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri (1991-ci ildən), Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru (2004- 2021), Milli Məclisin 4 cağırış deputatı (2000-2020), Azərbaycan Respublikasının Dövlət Mükafatı(2012) və “Şöhrət” (1999), “Şərəf” (2009), 1-ci dərəcəli “Əmək” (2019) ordenlərinin Laureatı, Əməkdar elm xadimi, akademik Yaqub Mikayıl oğlu Mahmudovun anadan olmasının 85 illik yubileyi olmuşdur.

Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində dünyaya gəlmişdir.

1956-cı ildə Balakən rayonunun Sarıbulaq orta məktəbini, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə aspiranturada saxlanılmışdır.

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır.

Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb.

1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim və dosent, 1981-ci ildən sonra BDU-nun Tarix fakültəsində işləməyə başlayıb.

Akademik Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı işləyib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub.

Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Akademik Yaqub Mahmudov 2004-cü il sentyabrın 13-dən 2021-ci il yanvarın 28-dək AMEA-nın Tarix İnstitutunun direktoru olub. Tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını, həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarmış, fəaliyyətlərini açıqlamış, bu sahədə elmə mühüm yeniliklər gətirmişdir. Azərbaycanın diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə dair 1000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə və s. nəşrlərin müəllifidir. O cümlədən, “Öyrənilməmiş səhifələr” (Bakı, 1972), “Səyyahlar Azərbaycana gəlir” (Bakı, 1977), “Odlar yurduna səyahət” (Bakı, 1980), “Səyyahlar, kəşflər, Azərbaycan” (Bakı, 1985), “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri” (Bakı, 1986), “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” (Bakı, 1991), “Azərbaycan diplomatiyası (XV-XVII əsrlər)” (Bakı, 1996), “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (Bakı, 2002), “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (Bakı, 2011), “Heydər Əliyev” (həmmüəllif, 2 cilddə, Bakı, 2013), “İlham Əliyev və Azərbaycan tarix elmi” (Bakı, 2014), “Azərbaycan Respublikasının tarixi” (həmmüəllif, 2 cilddə, Bakı 2016), “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” (Bakı, 2016), “Real tarix və “böyük Ermənistan” uydurması” (Bakı, 2017), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (Bakı, 2019) kimi fundamental monoqrafiyalarını və başqa kitablarını nəşr etdirib. Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktorudur. 15 cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Budapeşt, Buxarest, Varşava, Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

Akademik Yaqub Mahmudov diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynamış, onun elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktoru yetişmişdir. O, uzun illərTarix İnstitutunda “Vətən tarixi”, “Ümumi tarix” və “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şuralarına rəhbərlik etmişdir.

Akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Oksford Akademik Birliyinin fəxri professoru (2019) və digər çoxsaylı fəxri adlara və mükafatlara layiq görülmüşdür.

Hörmətli ziyalımızı, görkəmli alim akademik Yaqub Mahmudovu 85 illik yubileyi münasibətilə təbrik edirik!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub +FOTO=23

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub +FOTO=23

John Doe 3 həftə əvvəl

Şəlalə Camalın elmi məqalələri beynəlxalq səviyyədə dərc olunub

Şəlalə Camalın elmi məqalələri beynəlxalq səviyyədə dərc olunub

John Doe 3 həftə əvvəl

“Türk Dünyası Həftəsi”nin ardından - dilçi-alimin təəssüratları

“Türk Dünyası Həftəsi”nin ardından - dilçi-alimin təəssüratları

John Doe 4 həftə əvvəl

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

John Doe 1 ay əvvəl

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

John Doe 1 ay əvvəl

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com