06 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Hüseyn Əfəndi: İRƏVAN QATARI

2 il əvvəl 673 01

Hüseyn ƏFƏNDİ:

İRƏVAN QATARI

"MİNALANMIŞ HEKAYƏLƏR" SİLSİLƏSİNDƏN

Arvad “vətən” demirdi, “vətan” deyirdi. Əvvəl elə bildim soyuq çaşdırıb onu. Sonra vaqonun içərisində bir də qayıtdıq söhbətin üstünə və onda anladım ki, arvadın bu sözü deməyi elə bu cürdür. Özü də bu bircə hərfi hamardan düşürməklə söz əslində hamara minirdi, istilənirdi. “Vətana yolum düşsə...., ölməsəm, gedib o kəndi bir də dolaşsam...” – belə, buna oxşar cümlələr. Şalını başından açıb, qatlayıb böyrünə qoymuşdu. Şal elə bil dünən alınmışdı, bütün rəngləri, naxışları yerindəydi. Ağ saçlarını çarğatının altına sığalladıqca alnının saysız qırışları gərilib açılırdı, qaşları qəddini düzəldirdi, göz qapaqları genişlənirdi. Onda gördüm ki, bu arvadın könüllər qıran, evlər yıxan gözəlliyi çox da uzaq zamanlarda qalmayıb. Heç nə demədim. Baxışımdan tutan gözləri işıqlandı və elə gözləri də dilləndi, təxminən belə: “Düz tapmısan, Ələsgər deyəndi – gözəllər gözəli, mələklər şahı...”

Onda başa düşdüm ki, beləcə üz-üzə oturub, səsini könlün eşidəcək qədər qısıb “Səni sevirəm...” demək olar vətənə – sevgiliyə dediyin kimi. Təki onun yalnız torpaq, dağ, daş, ev-eşik olmadığını andıra biləcək bir üz dayansın gözünün qabağında, söz alsın qulağın.

Boz çöllərin küləyi qatarın pəncərəsində didilib daranıb gedirdi. Kirli şüşələrdə izi qalırdı. Qar, yağış yağsaydı, dərd yarıydı, bir azca şüşələrin eyni açılardı.

Bu gözə divan tutan mənzərələrə baxdıqca könlüm sıxılırdı.

Bu qatar İrəvan qatarıdır, amma indi Horadizəcən gedir...

– Nəyin fikrini eləyirsən, oğul? Yüz fikir bir borcu ödəməz.

– Hə, ödəmir... – dedim.

– Bütün yaxşı günlərin axırı olduğu kimi, pis günün də axırı olur. – Sözü dedi, amma sonra bayaqkı işıqlı gözlərinə elə bil duman çökdü. Baxışları soyuyub-soyuyub buza döndü. Amma xəyalı dolanırdı, elə dolanırdı ki, məni də alıb aparırdı – deyəsən, heç pis günün axırı olmur... Olsun ki, bir az avazıyır, amma əl çəkmir adamın yaxasından.

Bayaqdan istəyirdim ki, onu danışdırım. Gözləmə zalında boxçasını açıb pendir-çörək çıxaranda məni də yeməyə dəvət eləmişdi, xətrinə dəyər deyə bu nurani arvadın qismətindən dadmışdım. Çox sevinmişdi. Sonra ordan-burdan söhbət eləyib tanış olmuşduq. Gəldiyi yerlərdən danışmışdı, yaylaqları, bulaqları elə təsvir eləmişdi ki, elə bil o yurd elə bu arvadın ovcunun içindəydi, boxçasının arasındaydı... Qəflətən sözün ortasında belə dəyişməsi, kirli pəncərələrdən görünən boz çöllərdəki külək kimi çırpınması məni qorxudurdu. Dodaqlarının küncündəki qırışlar şahmar sayağı gərilib çənəsinin altına qədər açılmışdı.

Kişinin əl-qolunu bağladılar. Üç nəfər də çıxıb üstündə oturdu. Qalan üç nəfərsə çığırda-çığırda qızı evin ortasında soyundururdu... Atanın gözləri ölü gözləri kimi qapanmışdı. Qız sudan çıxarılmış balıq kimi çapalayırdı, gücü çatdıqca dalda yerə çəkilməyə çalışırdı. Bunu da ona çox görürdülər...

Çıxıb gedəndə türkcəni öz dillərinə qata-qata dedilər: “Sizə vaxt vermişdik. İndi rahatca rədd olub gedərsiz xarabanıza!”

... Qollarını, ayaqlarını kəndirdən açdılar. Heç kəsin üzünə baxmırdı. Dinmirdi, dinmək nədi, elə bil nəfəs də almırdı. Bircə dəfə danışdı, o da Bakıya gəlib çatanda. Qatardan düşüb vağzal binasına sarı gedəndə pıçıldadı: “Bağışla atanı...” Sözü qızına deyirdi, amma üzünü gödəkçəsinin yaxasına soxmuşdu. Keçiddə kişi yoxa çıxdı. Bundan sonra onu gördüm deyən olmadı. Səkkiz ildir nə öldüsü bilinir, nə qaldısı. Bu hadisədən iki il sonra həmin qızı bibisi oğluna aldılar. Bakının ən yaraşıqlı şadlıq evlərinin birində toyları çalındı. İndi həmin ailədə üç oğlan uşağı böyüyür.

– Amma o qızın, mənim bədbəxt qardaşımın qızının bütün bunlardan əvvəl bir uşağı da olmuşdu. Hamımızın gözünün qabağında öz əlləriylə boğub öldürdü onu. Birimiz də tərpənmədik. Öldürdü və cınqırını da çıxartmadı. Gözlərindən bircə damcı da düşmədi. Bundan sonra birdən-birə dəyişdi, yaxşılaşdı, ağlı başına gəlməyə başladı. Onacan elə bilirdik ta bu qızdan adam olmaz, havalanıb gedirdi, güc-bəlayla saxlayırdıq. Yazıq yükünü yerə qoymaqla elə bil tilsimdən qurtulmuşdu. – Arvad birdən başladığı kimi, birdən də qurtardı söhbəti. – Başını ağrıtdım, ay oğul. Neçə yaşın var, saçlarını nə tez ağartmısan?

Cavab verməyə halım yoxdu. O toyda mən də iştirak etmişdim və bu hadisəni onda da eşitmişdim. Eyinilə bu cür. Amma küləkli günlərin birində, səfər üstündə onu təkrar eşidəcəyimi, özü də qızın qaynanasının dilindən eşidəcəyimi güman eləməzdim. Onda bu əhvalata kənardan baxmışdım və ürəyimdə vuruşdurmuşdum ki, görəsən doğrudanmı baş verib bunlar. İndi, üstündən illər keçəndən sonra və bu illərin içində çox amansızliqların şahidi olduqdan sonra başımdakı tüklər ayağıma yenirdi. Dizlərimə çəkiclə döyürdülər – tak, tak, tak...

– Əli Bayramlıda düşəcəm, gedək, qonağım ol!

– Horadizin bərpasından yazı yazmağa gedirəm. Allah qoysa, bir ayrı vaxt baş çəkərəm sizə.

– Allah qoysa.... Ayda bir dəfə gedib nəvələrimi görməsəm, bağrım çatlayar. Gedirəm, iki gün qalıb qayıdıram.

Yenə bayaqkı sahmanla, başından necə açıb qatlamışdısa, o cür də arxayın-arxayın şalını bağladı, yerindən qalxıb boxçasını götürdü. Qolundan yapışıb perrona qədər ötürdüm. Qatar yola düşəndə üzünü mənə sarı çevirdi:

– Getdiyin yerlərə şadlıq apar...

– Qatar boz çöllərdən sıyrılıb çıxmışdı. Amma külək öz işindəydi.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rənglərin söylədiyi hekayə - Rəssam Nəsibə Əsgərovanın Yaradıcılıq dünyası

Rənglərin söylədiyi hekayə - Rəssam Nəsibə Əsgərovanın Yaradıcılıq dünyası

John Doe 13 saat əvvəl

“Nağıllar aləminə” adlı proqram təqdim olunub +FOTO=12

“Nağıllar aləminə” adlı proqram təqdim olunub +FOTO=12

John Doe 2 gün əvvəl

“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb +FOTO=14

“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb +FOTO=14

John Doe 2 gün əvvəl

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib +FOTO=25

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib +FOTO=25

John Doe 2 gün əvvəl

"İnklüzivliyin Sirri" layihəsi uğurla baş tutdu +FOTO=10

"İnklüzivliyin Sirri" layihəsi uğurla baş tutdu +FOTO=10

John Doe 3 gün əvvəl

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konserti keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konserti keçirilib

John Doe 3 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasın...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
• İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb}

İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəst...

28 may 2026 15:40:04
• İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib}

İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri ist...

28 may 2026 15:29:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com