08 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Hikmət Hacıyev: Prezident İlham Əliyev təkcə müharibəni deyil, həm də sülhü qazandı

Hikmət Hacıyev: Prezident İlham Əliyev təkcə müharibəni deyil, həm də sülhü qazandı

Bayramov ADR-in Kiyevdəki diplomatik missiyasının arxivlərinə baxış keçirib

Bayramov ADR-in Kiyevdəki diplomatik missiyasının arxivlərinə baxış keçirib

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
Mədəniyyət

Bakı Musiqi Akademiyasında konfrans keçirilib

2 il əvvəl 449 01

Bakı Musiqi Akademiyasında konfrans keçirilib

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 25-26 aprel 2024-cü il tarixində Azərbaycan  Respublikasının Nazirlər Kabinetinin sərəncamına əsasən “Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi” ilə bağlı tədbirlər planına uyğun olaraq “Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Bildiyimiz kimi, Şuşa şəhəri 44-günlük II Qarabağ müharibəsi zamanı  Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, çoxsaylı şəhidlərimizin canı bahasına və qazilərimizin şücaəti sayəsində 8 noyabr 2020-ci ildə işğaldan azad edilmişdir. Buna əlbəttə ki, bütün xalqımız bayram edərək çox sevinmişdir, çünki Şuşa, Ulu Öndərimiz Heydər Əliyevin təbirincə desək “Azərbaycanın gözüdür”. Bu hadisəyə bütün müsəlman dünyası da reaksiya verərək Qətərin paytaxtı Dohada 2023-cü ildə keçirilmiş İslam Dünyası Mədəniyyət Nazirlərinin XII konfransında “Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” seçilmişdir. Keçirilmiş konfrans Şuşanın musiqi mədəniyyətinin hərtərəfli işıqlandırılmasına həsr olunmuşdur.
Təşkilat komitəsinə məruzələr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasından daxil olmuş, eyni zamanda Rusiyanın Saratov və Maqnitoqorks şəhərlərindən, Özbəkistanın Daşkənd Dövlət Konservatoriyasından, Türkiyənin Osmaniye Korkut Ata Universitetindən, Oman Sultanlığından məruzələr daxil olunmuşdur.
Məruzələrdən əvvəl  Şuşa şəhərinin tarixi və müasir dövrünə həsr olunmuş xüsusi  hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Bundan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə I və II kurs tələbələrindən ibarət xor Şuşaya həsr olunmuş “Şuşa” mahnısı (mus. Aysel Məmmədovanın, söz. Kübra Kərimlinin) təqdim edilmişdir.Bu musiqi nömrəsi “Xor dirijorluğu” kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında, konsertmeyster Səadət İmanovanın müşaiəti,  fleytada ifa edəni isə Respublika müsabiqələr laureatı Nəzrin İmanova idi.
Konfransın açılışı zamanı BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfrans iştirakçılarını salamlayaraq Plenar iclasının açılmasını elan etdi və sözü BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadəyə verdi. Gülnaz Abdullazadə öz məruzəsində Azərbaycanda XVIII-XX əsrlərdə “Qarabağnamələrin” yaranmasının tarixi hadisələrin qeydə alınmasında böyük əhəmiyyətindən bəhs etdi. Digər məruzəçi – AMEA-nın Memarlıq və İncəsənət İnstitunun “Milli folkloru” şöbəsinin müdiri,sənətşünaslıq doktoru, professor İradə Köçərli “Fikrət Əmirovun fortepiano və səs üçün bilinməyən işləmələri haqqında” məruzəsində dahi bəstəkarın hələ ifa olunmayan xalq mahnı işləmələrini fortepianoda özü ifa etməklə konfrans iştirakçılarının nəzərinə çatdırdı.
Elmi-praktiki konfrans Rusiyanın Saratov Konservatoriyasından olan iştirakçı, professor Tatyana Kartaşovanın “Cənub və Şərqi Asiya mədəniyyətlər arasındakı dialoq” adlı maraqlı video materiallarla zəngin məruzəsi (onlayn) iştirakçıların nəzərinə çatdırıldı.
Beynəlxalq elmi-praktiki konfrans müxtəlif mövzulu məruzələrlə üç seksiyada davam etdirilmişdir. Eyni zamanda, çıxışlar zamanı məruzəçilərə iştirakçılar tərəfindən maraqlı suallar verilərək, bəzən də diskussiyalara  səbəb olurdu. Hər bir çıxış slaydlarla müşaiət olunurdu, bu da konfransda iştirak edən Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün olduqca vacib maarifçilik xarakteri daşıyırdı.
Aprelin 26-da konfrans, Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədovanın moderatorluğu ilə BMA-nın Q.Qarayev adına  konfrans zalında davam etdirilmişdir. Biri-birindən dəyərli çıxışlarla davam edən konfrans iştirakçıların böyük marağına səbəb olmuşdur. Məruzələr təkcə Şuşanın musiqi mədəniyyətinə deyil, eləcə də musiqişünaslığın aktual problemlərinə həsr olunmuşdur. Burada xanəndəlik məktəbinin parlaq nümayəndəsi – Cabbar Qaryağdıoğluna, Aqşin Əlizadənin kamera simfoniyasında milli özünəməxsus metodlarının inkişafına, Qümrüdən Qarsa köç edən Azərbaycan türklərinin musiqi folkloru haqqında mövzular səsləndirilmişdir. İki gün davam edən konfrans uğurla işini başa çatdırmışdır.

Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İsmayılzadə  Nuridə

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

John Doe 1 həftə əvvəl

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

John Doe 2 həftə əvvəl

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

John Doe 2 həftə əvvəl

Sevil Festin 2026-cı il buraxılışı sona çatdı

Sevil Festin 2026-cı il buraxılışı sona çatdı

John Doe 3 həftə əvvəl

Svastika: Hindistan və Azərbaycanı Birləşdirən Müştərək İrs

Svastika: Hindistan və Azərbaycanı Birləşdirən Müştərək İrs

John Doe 3 həftə əvvəl

Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi +VİDEO

Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi +VİDEO

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Hikmət Hacıyev: Prezident İlham Əliyev təkcə müharibəni deyil, həm də sülhü qazandı

Hikmət Hacıyev: Prezident İlham Əliyev t...

8 avqust 2026 15:38:35
• İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11}

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında i...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com