20 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İçərişəhər BMT-Habitat rəhbərini heyran etdi

İçərişəhər BMT-Habitat rəhbərini heyran etdi

Miqrasiya şəhərsalmaya inteqrasiya olunmalıdır

Miqrasiya şəhərsalmaya inteqrasiya olunmalıdır

Ömürəliyev İlham Əliyevin birləşmiş ərazi icmalarının gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib

Ömürəliyev İlham Əliyevin birləşmiş ərazi icmalarının gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib

Qazaxıstan prezidentlik sistemini dəyişdirəcək

Qazaxıstan prezidentlik sistemini dəyişdirəcək

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Qasım Qasımzadə: SÖNƏN İŞIQ, YANAN İŞIQ

2 il əvvəl 563 01

Qasım Qasımzadə: SÖNƏN İŞIQ, YANAN İŞIQ

Orxan Orxanbəyli - 110

Gənclik dostu, tanınmış musiqiçi, tarzən Orxan Orxanbəyliyə həsr etdiyi bu məqaləni Qasım Qasımzadə İstanbulun Haseki xəstəxanasında yazmışdır. Özünün həyatı ilə tezliklə vidalaşacağını bilə-bilə öncə dostu ilə qiyabən vidalaşıbmış. Bu məqaləni yazmaqla. Arxivində rast gəldim. Paylaşmaya bilmədim.

SÖNƏN İŞIQ, YANAN İŞIQ

Səksən il bundan öncə, 1913-cü ilin baharında İstanbul şəhərində bir körpə dünyaya göz açdı. Atası Məhəmməd Hacı Mirzəbaba oğlu Bakıdan buraya gəlib universitetin tibb fakültəsinə daxil olmuş, Türkiyəli Fərihə xanımla evlənmiş, İstanbul mühitinə qaynayıb qarışmışdı. Osmanlı klassiklərindən Namiq Kamal, Tofiq Fikrət, Əbdülhəq Hamid, Rza Tofiq irsini mənimsəyib, türklüyün qədim əcdad kökünə - Orxon-Yenisey mənşəyinə bağlılıq əlaməti olaraq burada şöhrət tapan Orxanbəyli soykökünü qəbul etmişdi.

Məmməd bəy ilk övladının adını da Orxan qoymuşdur. İndi Azərbaycanda geniş yayılan həmin adın ilk daşıyıcısı bu yazıda haqqında söhbət açacağımız əməkdar müəllim Orxan Orxanbəylidir.

Orxan bəy xatırlayır ki, Bakıya qayıdandan bir neçə il sonra qonşu həyətdə kimisə "Orxan" deyə səsləmişlər: "Axşam atama dedim ki, məndən də başqa Orxan varmış. Atam dedi: Ola bilməz, Azərbaycanda ilk Orxan sənsən, soruş gör onun neçə yaşı var? Aydın oldu ki, məndən üç yaş kiçikmiş, adını da məndən götürüblərmiş...". Orxan adı bizdə beləcə yayılmışdır.

Mükəmməl tibb mütəxəssisi, alim və həkim kimi millətinə xidmət üçün ailəsilə Türkiyədən Azərbaycana dönəndə Məmməd bəy üçrəngli bayrağın yerində milli birliyə qarşı sinfi barışmazlıq hikkəsilə dalğalanan oraq-çəkic nişanlı imperiya bayrağı ilə üz-üzə gəldi. Siyasəti hələlik kənara qoyub gecəli-gündüzlü təbabətin nəzəri və təcrübi problemlərilə məşğul olan, dörd ildə altı monumental monoqrafiya nəşr etdirən, hərtərəfli biliyə malik, milli ziyalı ləyaqətilə şöhrət tapan Məmməd Orxanbəyli dərisi iki qəpiyə dəyməyən müstəntiq Tevosyanın ittihamnaməsi və şərəfsiz adları DTK sənədlərində silinməz ləkə kimi qalan milli satqınlarımızın ifadəsi əsasında bədnam üçlüyün qərarı ilə güllələndi. Günahı: antisovet təbliğatı, türkçülük, H.Cavidin əsərlərinin Azərbaycan dram teatrının repertuarından çıxarılmasına etirazı olmuşdur. O gündən etibarən son illərədək Orxanbəyli ailəsinin yollarında qırmızı işıq yanmışdır. Qırmızıların qırmızı işığı.

Evin çörək gətirəni Orxan bir savad kursu müəllimliyindən dərhal kənarlaşdırıldı, təhsil aldığı musiqi məktəbində təqaüdü kəsildi, operaya qəbul olunmaq ümidi boşa çıxdı. "Təqsirsiz olaraq işsizlikdən yaşamağa iqtidarım qalmamışdır" deyə respublikanın başçısından imdad diləyici məktubundan da heç bir əks-səda gəlmədi.

O illərdə Orxan çox gənc olmasına baxmayaraq musiqi istedadı ilə fərqlənirdi. Milli musiqi və onun klassik qolunu, muğamatın təcrübi və nəzəri məsələlərini dərindən mənimsəməyə başlamışdı ki, bu sahədə Ü.Hacıbəyli, S.Rüstəmov, M.Mansurov, Ə.Bakıxanov və Ə.Məmmədbəylidən dərs alıb onların istəkli tələbəsi olmuşdur. 1934-cü ildə Firdovsinin 1000 illiyinə həsr olunmuş yubiley konsertində Orxanbəyli tarda "Rahab" muğamını necə məharətlə ifa etdi!

İstedada dövlət "qayğısı" olaraq müharibə başlananda fağır təbiətli bu gənc "xatalı şəxsiyyətlər" sırasında Türkiyəli anası və bacısı ilə ucqar bir guşəyə - Kəlbəcərə sürgün edildi. O illərdə mən də texnikumu bitirib buraya müəllim göndərilmişdim. Düz əlli il bundan əvvəl o "xatalı" adamla tanış oldum. Orxan sürgün olunmağından razı idi, zarafatla deyirdi, "bura lap kurort imiş ki". Torpağımızın bu təkrarsız behişt guşəsi onu valeh etmişdi. Arabir onun kimliyi ilə maraqlananda yeganə təsəllisi olan tarını uşaq səmimiyyətilə sinəsinə basar, "qulaq as, gör kiməm" deyə dərdlərini "Segah"ın dili ilə nağıl edərdi. Sonralar onun tərcümeyi-halından öyrəndiklərimiz barədə özü o vaxt bir kəlmə də dilinə gətirməzdi. Çəkdiyini içəridə çəkirdi. O zaman biz bir dəstə ziyalı - inşaat mühəndisi ixtisaslı Aslan Aslanov (sonralar maarif nazirinin müavini və başqa məsul vəzifələrə irəli çəkilmişdi), onun xalası oğlu, hələ o vaxtlar rus imperiyasına qarşı nifrətini qəzəblə bildirməkdən çəkinməyən Mansur müəllim, əczaçı Rafiq, doktor Qaragözov və başqaları Orxanbəylinin tarının başına yığışardıq. Hansı duyğununsa cazibəsi bizi bir-birimizdən qopmağa qoymazdı. Bu dostluq müharibədən sonra Bakıda davam etdi.

Orxanbəyli ilə əlaqəsi olmasa da yeri gəlmişkən bir haşiyə çıxaraq müharibə dövrünün Kəlbəcərli illərindən xatirəmdə iz buraxan bir nəfəri də qeyd etməyə bilmirəm. Yaşca məndən azacıq böyük olan Məmməd adlı həmin gəncin sovet quruluşu əleyhinə odlu-odlu danışmağını yaxşı xatırlayıram. Deyirdi ki, indi gedən müharibənin bizim millətə heç bir dəxli yoxdur, müharibəyə gedən kimi almanların tərəfinə keçəcəyəm, bizi işğal edən ruslara qarşı döyüşəcəyəm. Onun sonrakı taleyindən xəbərim olmadı...

O.Orxanbəyli, bu "xatalı" adam Kəlbəcər sürgünündən sonra sevdiyi sənətinə daha böyük şövqlə bağlandı. Ustad müəllim olaraq respublikada gənc musiqiçilərin yetkinləşməsində xidmətlər göstərməyində davam etdi. Bununla yanaşı gecəli-gündüzlü zəhməti hesabına az müddət ərzində milli musiqi alətlərinin tədrisi metodikasına aid monoqrafik tədqiqatlar, dərs vəsaiti və proqramlar, 20-yə yaxın elmi-təcrübi əhəmiyyətli məqalə müəllifi kimi də diqqəti cəlb elədi. Onun xalq çalğı alətlərinin tədrisinə dair orijinal fikirləri, tarın not sistemindəki yeniliklərə aid mülahizələri, bu barədə məqalələri, kitabları mötəbər musiqi xadimlərinin nəzərindən yayınmadı.

Mətbuatda dərc olunan bir yazıda deyilir: "1962-ci ildə təcrübəli musiqi müəllimi O.Orxanbəyli tarın köhnəlmiş "Metsosoprano" açarını bas və kaman açarı ilə əvəz etmək məsələsini qaldırdı. Bu münasibətlə keçirilən müşavirədə F.Əmirov, S.Hacıbəyov, Ə.Bakıxanov, S.Ələsgərov, M.İsmayılov və başqa musiqi xadimləri ilə birlikdə Q.Qarayev də həmin təklifi bəyəndi". Orxanbəylinin "Tar tədrisinin metodikası" kitabındakı yeni mülahizələri Moskvada buraxılan musiqi ensiklopediyasının 5-ci cildində əksini tapmış, bu kitab haqqında 1985-ci ildə türk musiqişünası Şonal Onal təqdiredici fikir söyləmişdir.

Bütün bunlara baxmayaraq Orxanbəylinin xidmətləri bəzi tərifnamələr, fəxri fərman və döş nişanları ilə "təltiflərdən" irəli getməmişdi. Ehtiyatı özlərinə "yaraşıq" devizi seçən ixtiyar sahibləri ustadın həqiqi qiymətini vermək məqamı gələndə "xalq düşməni"nin oğluna səxavət göstərməyin düşər-düşməzi olar meyarını daha üstün tutdular. Gərəkli siyahılarda adının üstündən xətt çəkildi. Həqiqət nazilər, üzülməz demişlər. Tale yollarındakı qırmızı işıqlar sönməyə, yaşıl işıqlar yanmağa başladı. Milli müstəqillik amalımızın qələbəsindən az sonra Orxan Orxanbəyli respublikanın əməkdar müəllimi fəxri adına layiq görüldü*.

Orxanı təbrik üçün yanına getmişdim. Uşaq təbiətli dostum uşaq sevincilə göz yaşlarını yığışdıra bilmirdi... Xeyli söhbət elədik. Bir vaxt "Cegah"ın dili ilə dediklərini indi açıq-aşkar bəyan edirdi. Ailəvi yaxınları H.Caviddən nə qədər əzbər şeir bilirmiş. Su axar, çuxurunu tapar. Milli əqidəli, imperiya düşməni olan ziyalılarla gizli təmaslarından maraqlı faktlar danışdı. Müstəmləkə köləliyinin bədnamlığına aid bir vaxt gizli şeirlər yazan həkim Böyükağa Bünyadovun "məxfi dəftər"indən köçürdüyü misralardan nümunələr oxudu:

İnsan kölə olanda başdan da sərsəm olur,

Şadlanmağı, sevinci qüssə olur, qəm olur.

...Hər arzusu, ruzusu ömrü boyu kəm olur.

Əzizim Orxan! Mən sənin barəndə bu qeydləri nəfəsini ilk dəfə çəkib havasını udduğun, köləlik zənciri görməyən bir məmləkətdən, İstanbul şəhərindən yazıb göndərirəm. Bu da taleyin bir dodaqqaçmasıdır. Yeddi təpə üstündə bərqərar olan bu şəhərdə hər şey öz nizamında, hər mənzərə öz əzəmətli gözəlliyindədir. Lakin ayı pəncəsindən qurtarıb tülkü hiyləsinə düçar olan Azərbaycanımızın indiki haləti gözlərim önündəki bütün gözəlliklərə pərdə çəkib. Şair demişkən, "...könlüm ki, açılmaz neçə müşküllər açılsa". Yaşamalı günlərimizə ağı qatanların cəzasını Allah versin. Verəcək, inşallah. Torpağımıza əmin-amanlıq, Sənə uzun ömür arzusu ilə vidalaşıram. Səksən yaşın mübarək! Bu il yüz yaşı tamalanan böyük millət xadimi atan Orxanbəylinin, anan Fərihə xanımın ruhları şad olsun.

İstanbul, 27 aprel 1993

*O.Orxanbəylinin fəxri ada layiq görülməsinə Q.Qasımzadə şəxsən özünün ölkə rəhbərliyinə müraciəti səbəbilə vəsilə olduğunun üzərindən təvazökarlıqla keçir - N.Q.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

John Doe 22 saat əvvəl

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 2 həftə əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 2 həftə əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 2 həftə əvvəl

Xatirə Rəhimli: VƏTƏN!

Xatirə Rəhimli: VƏTƏN!

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Aleksandr Vuçiç: Prezident İlham Əliyev Serbiyanın böyük dostudur

Aleksandr Vuçiç: Prezident İlham Əliyev...

18 may 2026 01:20:19
• İlham Əliyev Vuçiçlə görüşdü}

İlham Əliyev Vuçiçlə görüşdü

17 may 2026 22:39:40
• İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşdü}

İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşdü

17 may 2026 22:37:58
• İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər}

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iş...

16 may 2026 14:45:18
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com