07 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Bayramov ADR-in Kiyevdəki diplomatik missiyasının arxivlərinə baxış keçirib

Bayramov ADR-in Kiyevdəki diplomatik missiyasının arxivlərinə baxış keçirib

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Cihangir İşbilir: Türkiyə-Azərbaycan media əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdəndir

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

Türkiyə heyətinin səfəri ilə bağlı “Zəfərdən sülhə” bəyanatı təqdim edilib +FOTO=18

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Uğura gedən yolda incəsənət əzmi ilə

1 il əvvəl 650 01

Uğura gedən yolda incəsənət əzmi ilə

Gənc rəssam Mədinə Həbib

Müasir dövrümüzdə incəsənətin müxtəlif sahələrində istedadlı olan gənclərimiz yetişir. Bu gənclər arasında kiçik yaşlarından seçdiyi sahəyə olan marağını artırmaq, öz üzərində durmadan çalışaraq yeniliklər edən, təkmilləşdirən və ən əsası öz dəst-xəttini formalaşdırmağı bacaran gəncə rast gəlmək çox az hallarda baş verir. Rəssamlıq sahəsi insanın daxili aləmindəki duyğularını cəmiyyətlə, insanlarla bölüşməyin ən maraqlı yoludur. Eyni zamanda rəssamlıq olduqca dərin bir sənətdir. Bu isə ciddi təxəyyül, əmək, səbr və mütaliə tələb edir. Düşünürəm ki, istedadlı olmaq xüsusi bir bacarıqdır və bu zamanla qazanılan bir şey yox, doğuşdan gələn bir hisdir.
Azərbaycan rəssamlıq sənətinin qədim tarixə malik olan ənənələrindən məharətlə istifadə etmək, müxtəlif janr və üslublarda, sadə və mürəkkəb kompozisiyalı, bir-birindən rəngarəng özünəməxsus əsərlər ərsəyə gətirmək, hazır olduqdan sonra o əsəri izləyib zövq almaq qədər asan deyildir. Tarixdə iz buraxmış fırça ustalarımızın möhtəşəm əsərlərindən bəhrələnib ruhlanaraq, bu istiqamətdə uğurlu addımlar atan gənclərimizdən Mədinə Həbibin adını xüsusi qeyd edə bilərik.
Həbib Mədinə Rüfət qızı 25 dekabr 2008-ci il tarixində Bakı şəhərində hərbçi ailəsində anadan olub. O, yeddinci sinifə qədər Paşa Nəzərov adına 60 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci ildə isə Telman Abbasov adına 225 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Gənc qızımız hələ yaşının az olmasına baxmayaraq kağız üzərində rəngli karandaş, sulu boya, quaş, pastel, tuş, kətan üzərində yağlı boya, akril boyalarla bənzərsiz əsərlər yaradaraq özünə seyrçi məhəbbəti qazanmağı bacarmışdır. Yaratdığı kompozisiyalarda fırçasının həzin hərəkətləri, təsvirlərin ahənglə düzülüşü, rənglərin harmoniyası açıq-aşkar diqqəti cəlb edir desək, yanılmarıq. Indi isə biraz keçmişə qayıdaraq Mədinənin incəsənət sevgisinin necə yaranmasından söhbət açaq.
Mədinə Həbib çox kiçik yaşlarından rəsmə həvəs göstərib. Hələ altı yaşı varkən müxtəlif kitab, jurnal, televiziya ekranlarında görüb ilhamlandığı obrazları canandırardı. Qızlarındaki bu istedadı görən valideynləri ona biganə yanaşmayıb dəstək olaraq incəsənət sahəsinə yönləndirməyi qərara alırlar. Mədinə bu sənətinin sirlərini dərindən öyrənməsi, həmin sahəyə baxışlarını daha da formalaşdırması üçün ilk müəlliməsi olan Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Esmiralda"- Uşaq və Yeniyetmə Rəsm Studiyasının rəhbəri, dizayn ixtisaslı rəssam və pedaqoq Esmiralda Tağızadədən dərslər alır. Keçən zaman, ötən illər ərzində öz dəst-xəttini formalaşdırmağa nail olan gənc rəssamımız öz uğurları ilə ölkəmizdə, eləcə də ölkə xaricində səs-səda salmağı bacarır. 2016-cı ildən etibarən davamlı olaraq sərgi və festivallarda iştirak edərək bütün dünya üzrə müxtəlif çoxsaylı müsabiqələrin qalibinə çevrilir, mükafatlar əldə edir. Bunlara misal olaraq "Misir Azərbaycan uşaqlarının gözü ilə", Saf rənglər" adlı IV Beynəlxalq Uşaq və Yeniyetmə yaradıcılıq festivalı, "Naxışın sirləri", "Həmrəylik", "Rəngli xəyallar", "Zərərli vərdişlərə yox de sağlam həyat tərzi seç", "Xonçalı novruz", "Doğma diyar Azərbaycan", "Rəngli dünya", "Zəfər", "Yeni il hədiyyəm", "Zəngilan etüdləri", "Zəfər günü", "Tarixin tozlu səhifələri", "Rəssam və təbiət","Zəfər 44", "Christmas miracle", "Zərif qadın", "Şərqin incisi", "Rəssamın kitabı", Arif Hüseynovun rəhbərliyi altında keçirilən, təşkilatçısı gənc sənətşünas Ziyarət Qəhrəmanova Cabarova olan  "Gənc istedadlar" fərdi sərgisini və s. sadalamaq olar.  Bu sərgidə Azərbaycan Respublikasının Xalq Rəssamı Arif Hüseynov Mədinənin rəngarəng əsərləri haqqında öz müsbət fikirlərini səsləndirmişdir. Onun öz üzərində daha da çalışaraq gələcəkdə tanınmış rəssam olacağına ürəkdən inandığını söyləmişdir.
Uğurlarının ardı-arası kəsilməyən Mədinə Həbib davamlı olaraq iştirak etdiyi sərgilərdə müxtəlif diplom və sertifikatlara layiq görülüb.
"Misir-Azərbaycan uşaqların gözü ilə", "Naxışın sirləri", "Həmrəylik" (2018), "Azərbaycan-Odlar Yurdu", 1 İyun  Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş (2019), "Rəngli xəyallar", "Doğma diyar Azərbaycan" (2020), "Xonçalı Novruz" (2022), "Zəfər-44", "Rəngli dünya" (2023) adlı müxtəlif mövzulu sərgi və müsabiqələr bu qəbildəndir. O, "Saf rənglər" IV və V beynəlxalq rəssamlıq festivalları (2016-2018), Nyu Yorkun Bruklin şəhərində keçirilən festivala uğurla qatılmış, "Təhlükəsiz dünya gələcəyi, nəqliyyat vasitələri" nominasiyası üzrə 1-ci yerə, 2020-ci ildə keçirilən "Zərərli vərdişlərə yox de, sağlam həyat tərzi seç!" rəsm müsabiqəsində və  2022-ci ildə "Gold time" beynəlxalq rəsm festivalında qrafika nominasiyasında 2-ci yerə layiq görülmüşdür. O, eyni zamanda "International - World Innovative Student Exhibition qalibi, 1-ci yer və qızıl medalın sahibidir.
İstedad və bacarıqları saymaqla bitməyən, yaradıcılıq yoluna uğurla qədəm qoyan Mədinə Həbib rəssamlıqdan əlavə, idmanla da məşğul olur. O, Azərbaycan Respublikası "Vin Çun" döyüş sənəti federasiyasının üzvüdür. Federasiyada Əməkdar məşqçi Asif Sayadovun rəhbərliyi altında peşəkar dərslər alır. Dəfələrlə respublika üzrə çempionatlarda iştirak edərək yüksək yerlər tutub.
Bu gün Azərbaycanlı olaraq belə istedadlı gənclərimizi dünya üzrə ölkəmizi təmsil etdiyini, öz bacarığı ilə yaşıdlarına və digərlərinə nümunə olduğunu görmək olduqca qürurvericidir. Mədinə Həbibə çıxdığı bu yolda böyük uğurlar, bol yaradıcılıq əhval-ruhiyyəsi arzu edirik.

Ziyarət Qəhrəmanova Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi,
ARİ-nın “Gənc Sənətşünaslar” bölməsi üzrə prezident təqaüdçüsü,
Hüsn-Art İncəsənət Mərkəzinin Elmi katibi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

John Doe 1 həftə əvvəl

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

John Doe 2 həftə əvvəl

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

John Doe 2 həftə əvvəl

Sevil Festin 2026-cı il buraxılışı sona çatdı

Sevil Festin 2026-cı il buraxılışı sona çatdı

John Doe 3 həftə əvvəl

Svastika: Hindistan və Azərbaycanı Birləşdirən Müştərək İrs

Svastika: Hindistan və Azərbaycanı Birləşdirən Müştərək İrs

John Doe 3 həftə əvvəl

Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi +VİDEO

Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi +VİDEO

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib +FOTO=11

İlham Əliyev “Yeni Səngəçal” yarımstansi...

5 avqust 2026 13:34:54
• İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi +VİDEO, FOTO=20}

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasim...

31 iyul 2026 19:28:44
• Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib VİDEO/FOTO=8}

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətləraras...

31 iyul 2026 17:44:36
• İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib +VİDEO/FOTO=22}

İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında işt...

30 iyul 2026 23:00:15
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com