13 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Beyrut ABŞ-İran danışıqlarında hər hansı bir iştirakını rədd edib

Beyrut ABŞ-İran danışıqlarında hər hansı bir iştirakını rədd edib

Azərbaycan və Portuqaliya səfirlik mübadiləsi aparacaq

Azərbaycan və Portuqaliya səfirlik mübadiləsi aparacaq

Ərdoğan: "İsrail hazırkı liderlik dövründə xaos, qan və göz yaşı gətirir"

Ərdoğan: "İsrail hazırkı liderlik dövründə xaos, qan və göz yaşı gətirir"

Ermənistan KTMT-dən çıxarılacaq

Ermənistan KTMT-dən çıxarılacaq

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: Müsəlman dünyası nəyə görə kökündən “format” olunmalı, yenilənməlidir?

1 il əvvəl 379 01

Bəybala Mirzəyev:

Müsəlman dünyası nəyə görə kökündən “format” olunmalı, yenilənməlidir?

İndi Türkiyənin yalnız iki yolu var...

İsrailin baş naziri Benyamin Netanyahu ötən gün xalqa müraciətində SAXAL-ın (İsrail Müdafiə Ordusunun) Qəzzada müharibəni dayandırmayacağını bildirib. Livanda da hərbi əməliyyatlar davam edir, gah paytaxt Beyrut, gah da Livanın cənubundakı yaşayış məntəqələri tez-tez bombalanır.

Qəzzada öldürülən dinc insanların sayı artıq 42 min nəfəri keçib. Livanda da öldürülənlərin sayı gün-gündən artır.

Bu arada İsrail ilə “İbrahimi sövdələşmələri” olan Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya kimi iri müsəlman ölkələri İsrailin terrorçularla mübarizə adı altında dinc insanları da qətlə yetirməsinə sinsicə göz yumurlar. Bu gün ərəb ərəbə, müsəlman müsəlmana sahib çıxmır.

İranın da İsrailə etirazları səmərəsizdir. Çünki İran fələstinlilərin və livanlıların qeydinə qalmaq üçün yox, öz geosiyasi maraqları naminə əl-ayağa düşüb aktivlik göstərir.

Yalnız Türkiyənin İsrailə qarşı qətiyyətli mövqeyini müşahidə edirik. Lakin təəssüf ki, bu gün Türkiyənin də İsraili dayandırmaq imkanı yoxdur. Türkiyənin İsrailə qarşı hərbi əməliyyatlara başlamasına mane olan bir sıra ciddi əngəllər, geosiyasi amillər var.

Yeri gəlmişkən, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan da müsəlman ölkələrinin həmrəyliyini hiss etmədi. Biz həmin günlərdə Türkiyə və Pakistandan başqa heç kimi ortada görmədik. Bu mənada bu gün Azərbaycanın Fələstin və Livana fəal dəstək verməməsini anlayışla qarşılamaq olar.

Bir sözlə, görünən budur ki, İslam həmrəyliyi artıq gerçəkdən də mifə, nağıla çevrilib. Ona görə də, zənnimcə, İslam dünyası kökündən “format” olunmalı, yenilənməlidir. İslam həmrəyliyinin sözdə yox, gerçək modeli tapılmalıdır.

İslam birliyini iflic vəziyyətinə salan ərəb-fars qarşıdurmaları, sünni-şiə zehniyyəti də tamamən aradan qaldırılmalıdır. Müsəlmanlar ya məzhəblərdən, yadaki məzhəbçilikdən imtina etməlidirlər. Hərçənd ki, bu günkü şərtlərdə bu elə də asan iş deyil. Ancaq başqa yolumuz da yoxdur. Mütləq və mütləq məzhəblərüstü yeni birlik modeli ortaya qoyulmalıdır.

Bütün dəhşətlərinə baxmayaraq müharibələr xalqlar və ölkələr üçün həm də müalicəvi, sanitar rolunu oynayır. Müharibələr bu və ya digər xalqların zəif və güclü cəhətlərini üzə çıxarır. Netanyahunun Qəzzaya və Livana qarşı Hitlersayağı qırğınlarına müsəlman ölkələrinin səssiz qalması da müsəlman dünyası üçün böyük bir sınaq oldu və zəif cəhətlərimizi, daha doğrusu, zəlilliyimizi ortaya çıxardı. Məlum oldu ki, əslində müsəlman dünyası yoxdur. Daha doğrusu, “müsəlman dünyası” sadəcə mifdir, utopiyadır və sözdə mövcuddur. Və bəzi ərəb dövlətləri də əslində müsəlman yox, yeni yəhudi dövlətləridir. Bəli, ABŞ və İsrail artıq buna nail olub. Bu gün yuxarıda adlarını çəkdiyim aparıcı ərəb ölkələri sadəcə formal olaraq “müsəlman dövləti” sayılırlar. Səudiyyə Ərəbistanı bu gün az qala birbaşa Vaşinqtondan və Təl-Əvivdən idarə olunur. Səudlar yenidən öz yəhudi köklərinə qayıdırlar.

Ona görə də Ərdoğan da artıq reallıq hissinə qayıtmalı, ərəbsevərlikdən əl çəkməli və İslam dünyası ilə bağlı yeni paradiqma, yeni vizyon müəyyənləşdirməlidir. İndi Türkiyənin yalnız iki yolu var: ya Türkiyə meydana girməli və 500 il öncə Osmanlı dövlətinin atdığı addımı təkrarlamalı, çürüməkdə, çökməkdə olan İslam aləminə rəhbərliyi yenidən öz üzərinə götürməli və İslam dünyasını labüd ölümdən xilas etməli, İslama yeni nəfəs verməlidir, yadaki, Türkiyə ümumiyyətlə Fələstinin, Livanın təəssübünü çəkməyə son qoymalı, müsəlman birliyi kimi xəyali projelərdən tamamilə əl çəkməli və üzünü birmənalı olaraq Türk dünyasına tərəf çevirməlidir. Türkiyə bu seçimi etməyə məcburdur.

Çünki hazırkı halıyla müsəlman dünyasını artıq heç bir yaxşı perspektiv gözləmir. Müsəlman dünyası artıq tükənib. Bəli, bunu etiraf etmək lazımdır. Müsəlman ölkələrində heç bir mütərəqqi möcüzə, inqilabi tərəqqi baş verməyəcək. Baxın, müsəlmanların son dövrlərdə ən böyük nailiyyəti və inkişaf nümunəsi yalnız Dubayı yaratmaqdan ibarətdir. Vəssalam, bundan o yanasına onların gücləri, təpərləri çatmır. Süni intellektin dünyada sürətlə hökmran mövqeyə keçməsi isə onsuz da asılı vəziyyətdə olan müsəlman dünyasını tamamilə Qərbdən və Çindən asılı vəziyyətə salacaq.

Məşhur alman tarixçi və filosofu Osvald Şpenqler “Avropanın çöküşü” (ikinci adı - "Qərbin tənəzzülü") kitabında 20-ci əsrin əvvəllərində Avropa sivilizasiyasının siyasi, mədəni iflasından, qürubundan bəhs etmişdi. Maraqlıdır ki, 100 illik aradan sonra, Avropa Birliyi bu gün yenə də sürətlə zəifləməkdə, iqtisadi inkişafı tənəzzülə doğru sürüklənməkdədir. Bunu Makronun”Avropa İttifaqı ölə bilər” açıqlamasından da görmək mümkündür. Bu mənada bu gün geosiyasi çöküşlə, sivilizasiya böhranı ilə üzləşən kontinent təkcə ərəb ölkələri, müsəlman dünyası deyil. Lakin İslam dünyasından fərqli olaraq Avropa İttifaqı durğunluqla barışmaq, öz çöküşünə kənardan seyrçi kmi tamaşa etmək fikrində deyil. Avropa liderləri tez-tez toplaşır, Zirvə görüşləri keçirir, hazırkı krizisdən çıxmaq, Aİ-ni dünyanın əsas iqtisadi-siyasi güc mərkəzlərindən biri kimi ayaqda saxlamaq üçün yollar, çarələr axtarırlar.

Ancaq biz İslam dünyasında isə belə bir narahatlığı, SOS çağırışlarını, anti-böhran müzakirələrini görmürük. Müsəlman dünyasının hazırkı fəna durumu, deqradasiyaya üz tutması, parçalanma tendensiyaları müsəlman liderlərinin qətiyyən vecinə deyil. Dünyanın sürəkli geosiyasi dəyişikliklərə məruz qaldığı, yeni çağırışlarla üzləşdiyimiz hazırkı kritik dövrdə İslam dünyası isə heyrət doğuracaq bir şəkildə öz ənənəvi halıyla yaşamaqdadır. Heç bir hərəkətlənmə yoxdur.

P.S.

Bu arada Livandakı səfirliyimizin əməkdaşlarının bir qismi təhlükəsizlik səbəbi ilə təxliyə edilib. Səfirliyimiz kiçik heyətlə öz fəaliyyətini davam etdirir. Azərbaycanla bərabər, bir çox başqa ölkələr də Livandakı səfirliklərinin əməkdaşlarını təxliyə edirlər. Yeri gəlmişkən, təxliyəyə ilk başlayan ölkələr isə ABŞ və İngiltərə olub. Hərçənd ki, ABŞ öz diplomatlarını və vətəndaşlarını təxliyə etmək əvəzinə, İsraili dayandırmalıydı. Lakin ortada tamam ayrı planlar var...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

John Doe 1 həftə əvvəl

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

John Doe 1 həftə əvvəl

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

John Doe 2 həftə əvvəl

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

John Doe 3 həftə əvvəl

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

John Doe 1 ay əvvəl

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik et...

7 iyun 2026 14:37:00
• Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi}

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

7 iyun 2026 14:32:51
• İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33}

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştira...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com