06 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

NATO Finlandiyanın Rovaniemi şəhərində yeni hərbi qərargah açır

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Netanyahu Livanla atəşkəs planının nəzərdən keçirilməsini blokladı

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçildi

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Ermənistan vətəndaşlarının apelyasiya məhkəməsi başlayıb

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Kamran Nəzirli: 341-ci qrupun Yaşıl Yarpağı

1 il əvvəl 370 01

Kamran Nəzirli:

341-ci qrupun Yaşıl Yarpağı

(Zülfüqar Rüfətoğlunun vaxtsız ölümünə)

Mən çox pis haldayam, elə bir haldayam ki, bilmirəm bu yazını hardan başlayım və harda bitirim. Dostlarımı, yaşıdlarımı sürətlə itirirəm, onlar haqqında xatirə yazmalı oluram. Necə böyük kədərdi bu! Xatirə yazmaq necə də ağrılı bir missiyadı! Sənə əziz və yaxın olan adamın qəflətən ölümünü eşidirsən, özünə gələ bilmirsən, xatirələrin dərhal pərən-pərən olur, başındakı, yaddaşındakı epizodlar, əhvalatlar bir-birinə qarışır, bilmirsən necə və nədən başlayasan. Yaxın və doğma adamın ölümü isti-isti sənin bütün xatirələrini alt-üst edir, sanki dəliqanlı cavanlar kimi bütün sərhədləri birnəfəsə aşmaq, hara gəldi baş vurmaq istəyirsən. Bu xatirələr sanki okeana bənzəyir. Sonu görünməyən, dərinlikləri, sirləri yalnız ikimizə bəlli olan okean!

Bu xatirələrdə 1975-ci ilin 1 sentyabrından ta bugün eşitdiyim qəfil acı xəbərədək bizim səninlə birlikdə YOLumuz var! Bu YOL şirin tələbəlik yoludur, bu YOL gəncliyimizin ən şıltaq, ən qaynar, ən mənalı və gözəl çağlarının YOLudur. Bu Yol bizim dünyanı, həyatı, insanları, ətrafda baş verən hadisələri öyrənmək arzularımızın YOLudur. Bu YOL bizim kövrək hiss və duyğularımızın, sevgimizin və nəhayət, birgə yaradıcılıq addımlarımızın kövrək YOLudur, Zülfüqar!

Yaxşı ki, sonuncu dəfə səninlə görüşəndə o YOLu xatırladıq: tələbə olmuşduq, 1 sentyabrda bizi 26-lar bağına apardılar, biz qoşa addımlayırdıq, çünki eyni qrupa- 341-ci qrupa düşmüşdük. İkimiz də təsadüfən qırmızı köynək geyinmişdik. Bizim qrupda səkkiz qız vardı, iki oğlan, yəni biz. Cəmi on nəfər. Tələbə andını içməyə gedəndə birgə addımlayırdıq, sevincimiz, fərəhimiz aşıb-daşırdı. Gülürdük. “Sən hardan bildin mən qırmızı mil-mil köynək geyəcəm?” gülə-gülə soruşdun. “Bəs sən hardan bildin mən də qırmızı mil-mil köynək geyəcəm?” mən də sualına sualla cavab verdim. Sonra güldük, güldük ki, bu qırmızı köynəkli oğlanlar səkkiz gözəl qızın arasına düşüb. O zaman hər qrupda on nəfər olurdu. Tale bizi eyni qrupa saldı və özümüz də bilmədən biz beləcə YOLa çıxdıq.

Sonra nələr oldu? Həyat bizə yeni-yeni sürprizlər etdi. O mehriban, o gözəl və ləyaqətli qızlarımızla birgə tələbəlik illərimiz daha dolğun, daha maraqlı hadisələrlə yadda qaldı. Sən şeir yazdın, mən nəğmə qoşdum. “Mənim Atəşböcəyim”, “Gecələr yağış yağır” yadındadımı? Sənin sözlərin, mənim qoşduğum musiqi dillər əzbəri oldu, hamı oxudu, Zöhrə Abdullayeva da radioda oxudu… Adil Bağırovun ansamblı ifa elədi, səni şair, məni həvəskar bəstəkar kimi tanımağa başladılar. Sonra nələr oldu? Biz unudulmaz müəllimlərimizin məsləhətiylə dünya ədəbiyyatının klassiklərinin əsərlərini tərcümə eləməyə başladıq. Tərcümələrimizi Azərbaycan mətbuiatı, radio və televiziya proqramları verməyə başladı. Biz birlikdə sevinirdik, biz birlikdə qəmlənirdik. Sənin əziz anan Mirvari xala, atan Rüfət müəllim hər dəfə mənə deyirdilər ki, “biz Zülfüqarla qürur duyuruq, o bizim bütün yarımçıq qalan arzularımızı həyata keçirəcək! Sevinirik ki, Zülfüqarın sənin kimi, Qüdrət kimi, Faiq kimi dostları var! Biri-birinizdən muğayat olun!” Mən səni qoruya bilmədim, əziz dost! Həyat bizi futbol topu kimi ora-bura tulladı. Əlaqələrimiz, təmaslarımız azaldı, səni görmək mənim üçün nadir hadisəyə döndü. Amma biz hər dəfə görüşəndə elə bunu böyük HADİSƏ kimi qeyd edirdik. Zəngləşirdik, yazışırdıq, biri-birimizdən xəbər tuturduq. Bakıya gələndə dərhal məni axtarırdın. Görüşüb dərdləşirdik, 341-ci qrupun sərgüzəştlərini yada salırdıq, deyib-gülür, zarafatlaşırdıq, səndən aldığım müsbət enerji uzun müddət mənə stimul verirdi, birgə layihələr planlaşdırırdıq, ev-məişət qayğılarımızı bölüşürdük, yüngülləşirdik. Sənin qəlbin Azərbaycanla döyünürdü. Bilirdim ki, qərib yurdda nələr çəkirsən.

Sonuncu dəfə mənə Londondan zəng vurdun:

- Mənə Yazıçılar Birliyinin üzvü olmaq üçün təqdimat lazımdı, verə bilərsən?

Çox təəccübləndim.

- Zülü, sən hələ Yazıçılar Birliyinin üzvü deyilsən?

- Yox.

- Ay sənin saqqalın ağarsın! Səni təqdimatsız-filansız qəbul etməlidilər! Axşam yazaram, səhər Rəşad gəlsin aparsın.

- Yox, Firuz Mustafa gələcək. Birini də o yazıb. Deyiblər üç təqdimat olmalıdı…

- Yaxşı. Mənimki artıq hazırdı…

Səhər təqdimat hazır idi, Firuz Mustafa zəng vurdu, biz görüşdük və mən təqdimatı ona verdim.

Bir neçə gündən sonra sən yenə zəng vurdun, o gözəl, gur, qəlbləri titrədən kübar səsinlə bildirdin:

- Qardaş, çox sağ ol, məni lap dağ başına çıxartmısan, o qədər qeyri-adi təqdimat yazmısan ki, kövrəldim…

- Zülü, sən elə dağın başındasan. Səninlə qürur duyuram, qardaşım! Və Bakıya bu dəfə gələndə mütləq görüşək, darıxmışam!

- Gələcəm, mütləq!

Sən gəlmədin, sənin qəfil ölüm xəbərin gəldi. Mən hələ də inana bilmirəm ki, axı bu, necə ola bilər! Axı sən ölməli adam deyildin! Axı sənin sonsuz və tükənməz arzuların vardı! Axı sənin hələ görüləsi işlərin çox idi! Axı biz sənin Bakıya qayıtmağını gözləyirdik! Mən çox sarsıldım, çox üzüldüm! Bizim ailəyə də ağır və üzücü xəbər oldu sənin ölümün!

Sənin qəfil ölüm xəbərin həyatın mənə vurduğu ən böyük zərbələrdən biridir, əziz qardaşım Zülfüqar! Mənim gənclik illərimin diri xatirələrini amansızcasına yetim qoydun! 341-ci qrupun bir yarpağı töküldü. Sən Yaşıl Yarpaq idin…

11 noyabr 2024-cü il

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 1 həftə əvvəl

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

John Doe 2 həftə əvvəl

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 4 həftə əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 1 ay əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 1 ay əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasın...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
• İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb}

İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəst...

28 may 2026 15:40:04
• İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib}

İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri ist...

28 may 2026 15:29:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com