09 iyul 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Çin İrana zenit-raket kompleksləri verib

Çin İrana zenit-raket kompleksləri verib

Faiq İsmayılov: Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

Faiq İsmayılov: Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb

Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər və onların hüquqi varisləri ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər və onların hüquqi varisləri ifadə verib

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Yekaterinburq məhkəməsi Əhliman Gənciyevi həbs edib

Yekaterinburq məhkəməsi Əhliman Gənciyevi həbs edib

Ermənistanda daha bir arxiyepiskopla bağlı iş açılıb

Ermənistanda daha bir arxiyepiskopla bağlı iş açılıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

1 gün əvvəl 42 01

Faiq İsmayılov:

Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

Gorus şəhəri, Qərbi Azərbaycanın Zəngəzur  regionu ərazisində inzibati yaşayış məntəqəsi və rayon mərkəzidir.  Azərbaycanın Rusiya tərəfindən işğalından sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının mərkəzi olmuşdur.  Gorus şəhəri Qafandan 70, İrəvan şəhərindən 240, Bakıdan isə 500 kilometrlik məsafədə yerləşir. Şəhər, İrəvan- Laçın-Xankəndi-Bakı avtomobil yolunun üzərində tikilib.

Gorus və ya Goruslar, bir çox mənbələrdə göstərilir ki bu söz qədim türk tayfalarından birinin adı olub. “Alban tarixi”  əsərində Qafqaz Albaniyası ərazisində Qoroz qalasının adı çəkilir. Bu qalanın adı indiyədək Qərbi Azərbaycanın Gorus(arm.Qoris) formasında qalmışdır. Qoroz toponimi Koros (orta əsrlərdə Gorus) adının yazılış forması kimi göstərilir.
Tədqiqatlar göstərir ki, Qoroz toponimi təhrifə uğradılaraq Xurs və Xoruz kimi də işlədilir. Naxçıvandakı Xurs və Tərtər rayonundakı Xoruzlu kəndlərinin adları ilə Gorus toponimi eyni mənşəli olduğu bildirilir. “VII əsr Albaniyasının şimal-şərqində “Xors qayası” toponimi qeyd olunur. Ərəb mənbələrində isə həmin yer Xursan qalası adlandırılır. Bu qala Dəvəçi rayonundakı məşhur Çıraqqaladır. Həmin Xursan toponimi də mənşəcə yuxarıda göstərdiyimiz Qoroz (Gorus), Xurs və Xoruz adları ilə eyni mənşəlidir.

Moisey Kalankatuklunun “Alban tarixi” əsərində (3-cü kitab 16-cı fəsil) bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Cənubi Qafqazda Qroznı toponimi mənşəcə eyni olub, türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır. Gorus toponimini tədqiq edən əslən Gorusun Şurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eyni mənşəli olduğunu qeyd edir.
Gorus toponimini Qor sözü ilə əlaqələndirən fikir də maraqlıdır. “Alban tarixi” əsərində göstərilir: “Babiki müşaiyət edən Qor və Qazan adlı iki doğma qardaş öz dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Şalat kəndi çıxdı”. Hot və Şalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.
Məhəmmədhəsən Baharlı, Gorus toponiminin İranın Həmədan şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərir. Lakin bu adın Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir.

Gorus tayfası türk mənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynamış və ola bilsin ki Gorus tayfası, XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin Zəngəzura yürüşü zamanı Zəngəzura gələrək burada məskunlaşıblar. Gorus ərazi etibarı ilə Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Əhalisi XIX əsrin sonu və XX əsrin əvvəllərinə kimi azəri türklərindən ibarət olmuşdur.

Bu arada. Ermənilərin bir çox tarixi məqamlarda adı hallanan Gorus toponiminin erməni mənşəyinə uyğunlaşdırmaq istəyi diqqət çəkir. Erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki “qora” – “dağ” sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir təbliğatdır. Ən azı ona görə ki, ruslar Zəngəzuru XIX əsrdə işğal ediblər, Gorus adı isə bundan ən azı 400 il öncədən  mövcud idi.
Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu indiki Gorus rayonu ərazisindəki Yayıcı karvansarasından istifadə etməklə keçib gedirdi. Qarabağ xanları Zəngəzur regionunun erməni əhalisinə qarşı həmişə xoş münasibət bəsləyiblər. Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi vermiş və bu bölgənin idarəçiliyini ona tapşırmışdır.

Kilsə. Qarabağ xanını Pənahəli xanın göstərişi və maddi dəstəyi ilə 1765-ci ildə etimad göstərərək Gorusda məskunlaşan azsaylı ermənilərin dini ibadətləri üçün kilsə tikdirmişd. Lakin sonrakı dövrlərdə bu kilsənin divar yazısı erməni millətçiləri tərəfindən çıxarılaraq erməni dilində yazılan başqa bir daşla əvəz edilmiş, kilsənin xarici interyerində dəyişdirilmişdir. Son, erməni mənbələrində Gorus şəhərindəki kilsənin kim tərəfindən tikilməsi barədə məlumat gizli saxlanılır.
1826-cı ilin iyul ayında Rusiya-İran müharibəsi başladı. Bu müharibə, İran qoşunlarının Qarabağ və Talış xanlıqları ərazisindəki Rusiya postlarına hücumu ilə başlamışdı. Müharibənin başlanmasına səbəb Azərbaycanın bölüşdürülməsi uğrunda olan münaqişə idi. Müharibə 1828-ci ilin 10 fevralında Türkmənçay müqaviləsinin imzalanması ilə sona çatdı. 1826-cı ilin iyul ayında Rusiya-İran müharibəsi zamanı rus ordusunun 42-ci polkunun üç alayı və iki  topu  Gorusda yerləşdirildi.
1868-ci ildə Gorus qəsəbəsi Zəngəzur qəzasının tərkibinə daxil edildi və qəzanın mərkəzi,  Şuşa şəhəri müəyyənləşdirildi.  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, qəzanın mərkəzi Şuşa şəhərindən Gorus şəhərinə köçürüldü. Mərkəzi Gorus şəhəri olan Zəngəzur Qəzasının sahəsi 3212, 5 km² malik idi. 1921-ci il avqustun 31-də Moskvanın göstərişi ilə Zəngəzur qəzasının bir hissəsi Qafan, Meğri, Qarakilsə (Sisian) əraziləri Gorus şəhəri və ətraf əraziləri də daxil olmaqla Azərbaycandan qoparılıb, Azərbaycan ərazilərində Rusiyanın dəstəyi ilə yenicə yaradılan Ermənistan SSR-yə birləşdirildi.
Sovet Rusiyasının Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Ocaqqulu Musayev, 1896-cı ildə Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdu. O, 1917-ci ildə hələ gəncliyinin çiçəkləndiyi bir dövrdə Bakıya gələrək bolşevik hərəkatına qoşulub, 1918-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib, bir müddət Zəngəzur qəzasının ərzaq komissarı kimi fəaliyyət göstərib. Öz işgüzarlığı və bacarığı ilə daim bolşeviklərin diqqət mərkəzində olan Ocaqqulu Musayev 1920-ci ildə isə Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilərək işləmək üçün Gorus şəhərinə göndərilib. Ocaqqulu Musayev 1922-ci ildə ömrünün erkən çağlarında Gorus şəhərində vəzifə başında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi.
Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-31-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilmiş, gəlmə ermənilərin hesabına şəhərin əhalisi artmışdır. Gorus Şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan erməniləşdirməyə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxışdırılıb çıxarılmışdılar.
1988-ci ildə Ermənistanda baş qaldıran separatizm və terror hadisələri zamanı  Gorus rayonun kənd və qəsəbələrində yaşayan bütün azərbaycanlılar son nəfərinə kimi yaşadıqları yerlərdən zorla qovuldular.

Şəhərin mərkəzində yerləşən Yeddibulaq adlı monumental abidə, Gors yaşayış məntəqəsindən qovulan azərbaycanlıların xatirəsində indi də yaşayır. Bu mötəşəm monumental bulaq kompleksi, məhəllədə yaşayan əhalinin içməli su təminatını ödəyirdi. Yeddibulaq burada yaşayan insanların görüş yerləri kimidə xatırlanır. Bulağın divarları üzərində erməni dilində yazıların yerləşdirilməsi, erməni saxtakarlığının növbəti nümunəsidir.
Gorus rayonu kəskin parçalanmış vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun şimalında bazalt süxurlardan ibarət dəniz səviyyəsindən 3548 metr yüksəklikdə olan İşıqlı dağ silsiləsi uzanır. Üçtəpə yaylası Gorus və Sisyan rayonlarının hüdudlarında yerləşən gözəl subalp çəmənliyidir.
Çəmənlik, Üçtəpədən başlayaraq dağlar tədricən aşağı meyillənir, Bazarçay dağ aşırımına (600-800 m) keçərək, Bazarçay üzərindəki yerli xalq arasında “Şeytan körpüsü” deyilən təbii daş tuneli yaradır. Bu rayonun landşaftının özəlliklərindən biri də “Gorus piramidaları” adlandıran daş sütunlardır. Bu sütunlar Gorus şəhərinin şərq və cənub-qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aşınması nəticəsində yaranmış konusvari daş sütunlardır. Vulkanik mənşəli piramidaların hündürlüyü 10-20 m, bəzən daha çoxdur. Xinzirək və Xənəzək, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir.

Gorus çayının orta axarı boyunca yerləşən seyrək meşəliklər qaratikan, zoğal, böyürtkən kolları və qoz ağacları ilə örtülmüşdür. Meşələrin sıx yerində vələs, palıd, ağcaqayın, cır gilas və s. ağaclar üstünlük təşkil edir. Su axarları əsasən Bazar çayı hövzəsinə məxsus olan kiçik dağ çaylarından ibarətdir.

Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Faiq İsmayılov: Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

Faiq İsmayılov: Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

John Doe 1 gün əvvəl

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

John Doe 3 həftə əvvəl

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

John Doe 3 həftə əvvəl

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

John Doe 1 ay əvvəl

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

John Doe 1 ay əvvəl

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com